Strateji əhəmiyyətə malik Azərbaycan-Böyük Britaniya əlaqələri

 

 

Azərbaycanın uğurlu çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini Böyük Britaniya ilə münasibətlər tutur. Böyük Britaniya-Azərbaycan arasında əlaqələr tarixi strateji əhəmiyyətə malikdir. İki ölkənin münasibətlərinin müasir tarixi öz başlanğıcını 90-cı illərin əvvəllərindən götürür. Böyük Britaniya Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk Qərb ölkələrindən biridir. Birləşmiş Krallıq 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1992-ci il martın 11-də qurulub. Ötən müddətdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə olunub hazırda Azərbaycan-Böyük Britaniya münasibətləri inkişafının ən yüksək səviyyəsinə çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti iləAvropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərəyə işgüzar səfəri ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi əlaqələrimizin daha da dərinləşdirilməsi baxımından mühüm töhfə olacaq.

 

AZƏRTAC Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin tarixinə inkişaf yoluna qısa nəzər salır.

 

 

 

Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə Böyük Britaniyaya səfəri uzunmüddətli faydalı əməkdaşlığın əsasını qoydu

İkitərəfli əlaqələrin inkişafının əsasında Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi təcrübəsinin, regionda cərəyan edən prosesləri öncədən proqnozlaşdırmaq dəqiq qiymətləndirmək bacarığının mühüm rolu var. Ulu Öndərin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində atdığı ilk addımlardan biri Böyük Britaniya ilə münasibətlərin inkişaf etdirilməsi oldu. Ümummilli Lider Heydər Əliyevin 1994-cü 1998-ci illərdə Böyük Britaniyaya səfərləri ölkələrimiz arasında qurulacaq müxtəlif istiqamətli əməkdaşlığın əsas sütununu təşkil edib. Xüsusi vurğulamaq lazımdır ki, Ulu Öndərin 1994-cü ildəki səfəri, Birləşmiş Krallığın Baş naziri Con Meycor ilə keçirdiyi görüş imzalanan sənədlər ölkələrimiz arasında uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoydu. Həmin vaxtdan başlayaraq, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq genişlənib, möhkəm siyasi dialoq qurulub, iqtisadi sahədə önəmli nəticələr əldə olunub. Bununla paralel olaraq, humanitar sahədə intensiv mübadilələr həyata keçirilib əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Məhz bunun göstəricisidir ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunda daha geniş Xəzər dənizi hövzəsində Böyük Britaniyanın etibarlı tərəfdaşıdır. Bu tərəfdaşlıq yüksək səviyyəli qarşılıqlı səfərlərdə özünü aydın şəkildə göstərir. Azərbaycan Respublikasının dövlət başçıları Böyük Britaniyaya ümumilikdə 4 rəsmi 7 işgüzar səfər ediblər. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin aprelində andiçmə mərasimindən sonra Türkiyəyə səfərinin növbəti günü Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyin dəvəti ilə Londona səfər edib.

Böyük Britaniya da bir çox sahələrdə, xüsusən enerji sektorunda uzunmüddətli etibarlı əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verir. Britaniyanın sabiq Baş naziri Rişi Sunak bu il martın 14-də XI Qlobal Bakı Forumu ilə bağlı dövlətimizin başçısına ünvanladığı məktubda qeyd edib:

Azərbaycan bütün dünyada dəyər verilən məhsulların daşındığı ticarət marşrutlarının üzərində yerləşir. Böyük Britaniya Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya, Türkiyə Qara dəniz vasitəsilə isə Avropaya aparan yeni bağlantıların açılmasını dəstəkləməkdə davam edəcəkdir... Böyük Britaniya Azərbaycan arasında olan əlaqələr qarşılıqlı firavanlıq təhlükəsizlik maraqları naminə dərinləşməyə genişlənməyə davam edir. 2024-cü ilin sonuna doğru COP tədbirinin Bakıda uğurla keçirilməsini dəstəkləmək üçün Böyük Britaniya yanınızda olacaqdır”.

Böyük Britaniyanın Ermənistan-Azərbaycan münaqişəsinə dair rəsmi mövqeyi hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb. Tərəfdaş ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü suverenliyini tanıyıb. Qırx dörd günlük Vətən müharibəsi dövründə Böyük Britaniya obyektiv münasibət sərgiləyib.

Qeyd edək ki, ölkələrimiz arasında siyasi əlaqələr müxtəlif formatlarda uğurla davam etdirilir. Belə ki, 2016-cı ildən etibarən Xarici İşlər nazirlikləri arasında strateji dialoqun iclasları keçirilir. Həmçinin 1997-ci ildə Milli Məclisdə Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Birləşmiş Krallıq parlamentində isə 2014-cu ildə Azərbaycan üzrə parlament qrupu (All Party Parliamentary Group on Azerbaijan) təsis edilib. Bu qrupların birgə fəaliyyəti nəticəsində iki ölkənin parlament üzvləri arasında işçi əlaqələr yaradılıb, qarşılıqlı səfərlər həyata keçirilib.

Böyük Britaniyanın yüksək səviyyəli nümayəndə heyətləri dəfələrlə Azərbaycanda səfərdə olub. Bu səfərlər Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərə təkan verməklə yanaşı, əlaqələrimizə yeni impuls qazandırır. Bu səfərlər arasında Böyük Britaniyanın Avropa qonşuluğu Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonun 2021-ci ilin fevralında ölkəmizə səfərini xüsusi qeyd etmək olar. Dövlətimizin başçısı fevralın 9-da xanım naziri qəbul edərkən dediyi sözlər ölkələrimiz arasında münasibətlərin strateji xarakterindən xəbər verir: “Bu (səfər – Red.) bir daha ölkələrimiz arasında güclü tərəfdaşlıq münasibətlərini əlbəttə ki, əməkdaşlığımızı davam etdirmək üçün gələcək planlarımızı əks etdirir. Çox yaxşı siyasi təmaslarımız, çox fəal siyasi dialoqumuz var. Sizin Azərbaycana səfəriniz bunu bir daha nümayiş etdirir”.

 

 

 

Siyasi münasibətlərin yüksək səviyyədə olması uzunmüddətli uğurlu iqtisadi əməkdaşlığın əsasını təşkil edir

 

İki ölkə arasında siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərə müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Bu ölkə 2023-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına ümumilikdə 83 milyard dollar sərmayə qoyub. 2023-cü ildə Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 790 milyon dollardan çox olub. Cari ilin yanvar-may aylarında isə ticarət dövriyyəsinin həcmi 140 milyon ABŞ dollarından artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10 faizdən çoxdur.

İqtisadi əməkdaşlığımızın uzun tarixi kökləri var. Hələ XIX əsrin sonu-XX əsrin ilk illərində ingilis şirkətləri Bakının neft müəssisələrinə böyük həcmdə kapital yatırıb. 1904-cü ildə Böyük Britaniya neftə tələbatının 47 faizini Bakı nefti hesabına ödəyib. 2016-cı ilin aprelində Baronessa Emma Nikolson Baş nazirin Azərbaycan, Türkmənistan İraq üzrə ticarət elçisi təyin edilib. Həmin vaxtdan E.Nikolson ölkəmizə bir sıra səfərlər edib, həmçinin iqtisadi sahədə əməkdaşlığın genişlənməsi məqsədilə ölkəmizin müxtəlif dövlət qurumlarının rəhbər mütəxəssislərinin Britaniyaya səfərlərini təşkil edib. 2021-ci ilin mayında təsis edilən Britaniya-Azərbaycan Ticarət Sənaye Palatası 2022-ci ildə fəaliyyətə başlayıb.

Ölkələrimizin iqtisadi əlaqələrində neft-qaz sahəsində əməkdaşlıq mühüm yer tutur. BP Azərbaycanın neft-qaz sektorunda çalışan əsas Britaniya şirkətidir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir. BP “Azəri-Çıraq-Günəşli”, “Şahdənizlayihələrinin operatoru, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin komponentləri olan Cənubi Qafqaz boru kəmərinin, TANAP, TAP kimi irimiqyaslı layihələrin əsas sərmayədarlarından biridir. BP Azərbaycanda ən böyük xarici investordur. 1994-cü ilin sentyabrındaƏsrin müqaviləsiimzalandığı vaxtdan etibarən SOCAR BP arasında enerji sahəsində uğurlu əməkdaşlıq qurulub 2017-ci il sentyabrın 14-də SOCAR BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşənAzəri”, “Çıraq”, “Günəşliyataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni saziş imzalanıb. Sazişin imzalanması Azərbaycan-Britaniya əməkdaşlığında növbəti tarixi hadisədir. Bu saziş ölkələrimiz arasındakı əlaqələrin möhkəmliyinin, qarşılıqlı etimadın faydalı investisiya layihələrinin uğurlu təzahürüdür.

Bundan başqa, 2018-ci il aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində BP ilə SOCAR arasında Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı işlənilməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş imzalanıb.

İki ölkə arasında şəhərsalma, ərazi planlaşdırılması memarlıq sahəsində əməkdaşlıq inkişaf etməkdədir. Azərbaycan Dövlət Şəhərsalma Arxitektura Komitəsi ilə qarşı tərəfin müvafiq qurumu arasındaağıllı binalar, ağıllı şəhər ağıllı kəndşəhər inkişafının planlaşdırılması, şəhərsalma tikinti layihələrinin tətbiqisahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.

Azərbaycanda 500-dən çox Birləşmiş Krallıq investisiyalı kommersiya qurumu fəaliyyət göstərir. Bu rəqəm iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin mühüm göstəricisidir. Mühüm istiqamətlərdən biri odur ki, Britaniya şirkətləri işğaldan azad olunmuş ərazilərin bərpası, o cümlədən minalardan təmizlənməsi işində iştirak üçün maraq göstərir. BritaniyanınChapman Taylor LLP” şirkəti ilə Azərbaycan Dövlət Şəhərsalma Arxitektura Komitəsi arasında Şuşa Cəbrayıl şəhərlərinin Baş planlarının hazırlanmasına dair müqavilələr imzalanıb. Dövlətimizin başçısı Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi qanlı faciələr nəticəsində həyatını itirmiş sakinlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Gəncə Memorial Kompleksinin yaradılması barədə tapşırıq verilib. Həmin kompleksin layihəsiChapman Taylorşirkəti tərəfindən hazırlanıb.

Ölkələrimiz arasında alternativ enerji sahəsində uğurlu əməkdaşlıq qurulub. 2018-ci ildə Energetika Nazirliyi ilə BP şirkəti arasındaBərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumuimzalanıb. 2021-ci il mayın 20-də “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Böyük Britaniya Şimali İrlandiya Birləşmiş Krallığının Beynəlxalq Ticarət Departamenti arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumuimzalanıb. Sənəddə iki ölkə arasında enerji məsələlərində, o cümlədən bərpaolunan enerji, enerji səmərəliliyi, aşağıkarbonlu texnologiyalar, liberal enerji bazarına keçid elektrik şəbəkələri kimi sahələrdə əməkdaşlıq iqlim dəyişikliyi probleminin həlli imkanlarının araşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bərpaolunan enerji, aşağıkarbonlu texnologiyalar, hidrogen enerjisindən istifadə üzrə BB təcrübəsinin öyrənilməsi, eləcə bu sahədə kadr potensialının gücləndirilməsi məqsədilə Energetika Nazirliyi Böyük Britaniyanın ölkəmizdəki səfirliyi arasında əməkdaşlıq çərçivəsində çoxsaylı təlim seminarlar keçirilməkdədir.

Nəqliyyat, rabitə yüksək texnologiyalar sahələrində səmərəli əməkdaşlıq həyata keçirilir. İki ölkə arasında avtomobil nəqliyyatı ilə az həcmdə beynəlxalq yük daşımaları həyata keçirilir. Azərbaycanda Britaniya istehsalı olan 29 adda dərman dövlət qeydiyyatından keçib.

 

 

 

Təhsil, mədəni mübadilə xalqlar arasındakı təmaslar ikitərəfli əlaqələrdə mühüm yer tutur

 

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin digər mühüm istiqamətini təhsil, mədəni mübadilə xalqlar arasındakı təmaslar təşkil edir. 1994-cü il fevralın 23-də “Azərbaycan Respublikası Hökuməti Böyük Britaniya Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında təhsil, elm mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması ilə ölkələrimiz arasında təhsil, elm mədəniyyət sahəsində əməkdaşlığın təməli qoyulub. Britaniya tərəfindən bu sahədə əməkdaşlıq Britaniya Şurası (British Council) vasitəsilə həyata keçirilir. Ötən dövrdə minlərlə azərbaycanlı tələbə, müəllim, alim tədqiqatçı Britaniyada təhsil almış ya müxtəlif layihələri həyata keçiriblər. Ümumilikdə, Azərbaycanın Təhsil Nazirliyi Mədəniyyət Nazirliyi ilə Britaniya Şurası arasında əməkdaşlıq mövcuddur.

Hər il yüzlərlə azərbaycanlı gənc Böyük Britaniya universitetlərində təhsil almağa yollanır. Birləşmiş Krallıq azərbaycanlıların təhsil almaq üçün ən çox üz tutduğu üçüncü ölkədir.

2013-cü ildən etibarən Oksford Universitetində Nizami Gəncəvi adına Qafqazşünaslıq Elmi Mərkəzi fəaliyyət göstərir. Universitetin kitabxanalarından biri Nizami Gəncəvinin adını daşıyır. Hər il Bakıda Londonda çoxlu sayda mədəni tədbirlər keçirilir.

Azərbaycanı Qafqazı tədqiq edən Böyük Britaniya Fondunun dəstəyi ilə Azərbaycanın, Qafqazın Orta Asiyanın tarixi, dilləri mədəniyyətlərinin öyrənilməsi üçün 2018-ci il mayın 23-də Oksfordda Mərkəz açılıb. Fondu Kanslerin Xeyriyyəçilər Komitəsində Fondun Qəyyumlar Şurasının sədri professor Nərgiz Paşayeva təmsil edir.

Azərbaycan Cənubi Qafqaz regionunda ilk layihə olan ingilis dilində idman jurnalistikası üzrə magistr proqramı icra edilir. Britaniyanın Hallam Universiteti Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqrama tanınmış britaniyalı jurnalist Den Mayson (Dan Mason) rəhbərlik edir. Proqram idmanın müxtəlif sahələri üçün ən müasir təhsil proqramlarının tətbiqi yolu ilə jurnalistlərin hazırlanmasını ehtiva edir.

2019-ci il mayın 22-də Böyük Britaniya Parlamentinin Lordlar Palatasının deputatı, Leyboristlər Partiyasından Azərbaycanın dostları qrupunun sədri Lord Devid Evansa məxsusSenate Publishing” nəşriyyat evinin SOCAR-la əməkdaşlıq çərçivəsində nəşr etdirdiyiAzərbaycan Böyük Britaniya - 100 illik tərəfdaşlıqadlı kitabın təqdimat mərasimi keçirilib.

2023-cü il mayın 26-da Böyük Britaniyanın tarixi Viktoriya Albert MuzeyininRafaelqalereyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikası Atçılıq Federasiyası Londonda ənənəvi olaraq keçirilən “Royal Windsor Horse Show” atçılıq şousunda fəal çıxış edir. 2022-ci il mayın 12-15-də Londonda keçirilmiş “Royal Windsor Horse Show” atçılıq şousunda Federasiyanın təşkilatçılığı ilə Dövlət Sərhəd XidmətininSüvariləratlılar dəstəsi “Land of Fire - Azerbaijanadlı xüsusi proqramla çıxış ediblər. Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Kraliça II Elizabet ilə görüşüb Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi olanŞöhrətadlı Qarabağ atını Kraliçaya təqdim edib. Həmçinin Azərbaycanın tanınmış heykəltaraşı Faiq Hacıyevin yaratdığıAlxanadlı Qarabağ Qalxanadlı Dilbaz atlarının heykəlləri Kraliçaya hədiyyə olunub.

Beləliklə, Prezident İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri Azərbaycanın ikitərəfli əməkdaşlığın inkişafına böyük diqqət yetirməsinin göstəricisidir.

 

Azərbaycan.-2024.- 19 iyul (¹ 150).- S.8.