"Anadolu"
agentliyi COP29-u ən yüksək səviyyədə
işıqlandıracaq
Türkiyənin rəsmi
"Anadolu" agentliyi
Azərbaycanda keçiriləcək
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasını (COP29) ən yüksək səviyyədə işıqlandırmağı
planlaşdırır. Bu
sözləri agentliyin
Ekoloji xəbərlər
departamentinin rəhbəri
Hale Aydoğmuş
AZƏRTAC-a müsahibəsində deyib.
Onun sözlərinə
görə, COP29 kimi beynəlxalq tədbirlər
dünya ictimaiyyəti
üçün xüsusi
əhəmiyyət kəsb
edir.
Departament rəhbəri
əlavə edib:
"Planetin ekoloji gündəliyi ilə bağlı noyabr ayında Bakıda keçiriləcək müzakirələrdə
Türkiyə liderlərinin
də iştirakı planlaşdırılır. Bununla
əlaqədar olaraq,
"Anadolu" agentliyi
Bakı ofisinin əməkdaşları ilə
yanaşı, Ankaradan
da bir qrup
jurnalist və fotomüxbirlərin Azərbaycandakı
tədbirin işıqlandırılmasına
cəlb edilməsini öhdəsinə götürür".
Agentliyin nümayəndəsi
qeyd edib ki, "Anadolu" əvvəlki COP sammitlərini
də diqqətlə izləyib və işıqlandırıb.
Aydoğmuş vurğulayıb:
"Biz ekoloji gündəmin geniş işıqlandırılması üçün AZƏRTAC və
Azərbaycanın digər
media orqanları, eləcə də qardaş ölkənin hökumət strukturları
ilə əməkdaşlığa
hazırıq". O, "Anadolu"nun
Azərbaycan Dövlət
Neft Şirkəti
(SOCAR) ilə uğurlu
əməkdaşlığını nümunə göstərib:
"Əvvəllər agentliyimiz
SOCAR və Türkiyə
universitetlərinin dəstəyi
ilə ətraf mühitin mühafizəsi,
xüsusən neftlə
çirklənmiş su
hövzələrinin təmizlənməsi
mövzusunda silsilə
materiallar hazırlayıb.
Biz Azərbaycanın bütün müvafiq strukturları ilə əməkdaşlığa açığıq".
"Anadolu"
agentliyinin ətraf mühitin mühafizəsi
mövzusuna xüsusi önəm verdiyini diqqətə çatdıran
Aydoğmuş bildirib
ki, bu kontekstdə
bir neçə il əvvəl Türkiyədə ilk dəfə olaraq "Yaşıl xətt" adlı ayrıca ekoloji xəbərlər departamenti yaradılıb.
"İqlim
dəyişiklikləri qlobal
ölçülərə çatıb və biz ətraf mühitin mühafizəsi
gündəliyinə öz
töhfəmizi verməyə
borcluyuq. Türkiyədə
mühüm təşəbbüslərdən
biri də Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşının
təklif etdiyi "Sıfır tullantı"
layihəsi olub. Həmin ideya BMT səviyyəsində yüksək
qiymətləndirilib. Bu
cür layihələr
"Anadolu" üçün
prioritet olaraq qalır", - deyə agentliyin departament rəhbəri vurğulayıb.
Azərbaycan.-2024.-
19 iyul (№ 150).- S.9.