Mədəniyyət
paytaxtımızda növbəti
Vaqif Poeziya Günləri başlayıb
İyulun 18-də Şuşa
şəhərində Molla
Pənah Vaqifin muzey-məqbərə kompleksi
önündə Vaqif
Poeziya Günlərinin
açılışı olub.
AZƏRTAC xəbər verir ki, Vaqif
Poeziya Günləri Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı
ilə keçirilir.
Açılış mərasimində dövlət
və hökumət rəsmiləri, respublikanın
tanınmış elm
və mədəniyyət
xadimləri, Azərbaycan
Yazıçılar Birliyinin
(AYB) üzvləri, gənc
yazıçılar, şairlər,
eləcə də ilk dəfə olaraq yerli sakinlər
iştirak ediblər.
Açılış mərasimində Azərbaycan
Yazıçılar Birliyinin
birinci katibi, Xalq yazıçısı
Çingiz Abdullayev çıxış edərək
Şuşada belə bir möhtəşəm tədbirdə iştirakdan
məmnun olduğunu söyləyib. Bildirib ki, builki Vaqif
Poeziya Günləri bir çox mühüm əlamətdar
hadisələrlə üst-üstə
düşür: “İlk
olaraq onu qeyd edim ki,
builki tədbir Ali Baş Komandan,
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın
ərazi bütövlüyü
tam bərpa edildikdən və Qarabağ savaşında yekun Qələbə qazanılandan sonra keçirilən ilk poeziya bayramıdır. Bundan əlavə, Şuşa şəhəri
2024-cü il üçün
“İslam dünyasının
mədəniyyət paytaxtı”
elan olunub. Bu il, həmçinin
dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd
Füzulinin 530, Azərbaycan
Yazıçılar Birliyinin
isə 90 illik yubileyləri qeyd olunur. Builki şeir bayramında AYB-nin 100-dən çox üzvü iştirak edir”.
AMEA-nın prezidenti
akademik İsa Həbibbəyli Molla Pənah Vaqifin yaradıcılığından söz açıb. Qeyd edib ki,
Vaqif Azərbaycan ədəbiyyatında ədəbi
məktəb yaradan şairlərdəndir. Bu,
hər qələm adamına nəsib olan xoşbəxtlik deyil. Həmçinin onu özündən əvvəlkilərdən fərqləndirən
əsas cəhətlərdən
biri də ilk dəfə olaraq Azərbaycan coğrafiyasını açıq
və geniş şəkildə ədəbiyyatımıza
gətirməsidir. Onun
yaradıcılığı hər şeydən əvvəl azərbaycançılıq
hadisəsidir. Hesab edirik ki, sovet
hökumətinin məkrli
şəkildə Qarabağda
beynəlmiləlçilik hərəkatını,
siyasətini həyata
keçirdiyi bir zamanda Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin Şuşada Vaqifə belə bir əzəmətli
məqbərə ucaltması
Qarabağa Azərbaycanın
möhürünü vurması
demək idi. Eyni zamanda, Prezident
İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş Şuşada Vaqifin məqbərəsinin yenidən
bütün əzəməti
ilə bərpa edilməsi mühüm əhəmiyyətə malikdir.
Yenidən təşkil
olunan Vaqif Poeziya Günləri Prezident İlham Əliyevin liderliyi ilə günü-günündən
gözəlləşən Azərbaycanın şeir-sənət
dili ilə ifadə olunan böyük təntənəsidir.
Mən bu gözəl tədbirə
görə Vaqif Poeziya Günlərinin təşkilatçılarına öz minnətdarlığımı
bildirirəm”.
Xalq yazıçısı
Elmira Axundova Ulu Öndər Heydər Əliyevin hər zaman Azərbaycan dilinə, ədəbiyyatına sonsuz
sevgisindən, qayğısından
danışıb. Bildirib
ki, hələ sovet dövrünün ən çətin vaxtlarında Heydər Əliyev milli düşüncənin, azərbaycançılıq
ideyasının yaşamasına,
inkişafına təkan
verib. Bu düşüncəni yaşadan,
gələcək nəsillərə
çatdıran əsərlərə
Dövlət Mükafatının
verilməsinə nail olub.
Vaqif Poeziya Günlərində ilk dəfə iştirak etdiyini söyləyən Xalq yazıçısı
bundan böyük xoşbəxtlik duyduğunu
söyləyib, bu günləri bizə yaşadan Ali Baş Komandanımıza,
qəhrəman Ordumuza
minnətdarlığını çatdırıb.
VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa söyləyib ki, bu gözəl
məkanda bəlkə
də ilk xatırladığımız 1980-ci illərə aid rəsmdir: “O rəsmin mənası fərqli cür yozula bilər. Amma rəsmdə Ümummilli Lider Heydər Əliyevin çiyninə
yağan o gözəl
qar bir xeyir-dua
verirdi ki, Vaqifin məqbərəsi açılır. Amma illər keçəndən
sonra o gözəl qarın ardınca bir qar uçqunu
gəldi. Bu məqbərə də daxil olmaqla bütün
Şuşa bu uçqunun altında qaldı. Otuz ilə yaxın biz Şuşanı o uçqunun altından təmizləyə bilmədik.
Bu bizə həm də onu göstərdi ki, qazandığımız
dəyərləri nə
vaxtsa itirmək riskini göz önünə almalıyıq.
Ona görə də elə bir möhkəm zəmin yaratmalıyıq
ki, o uçqun təmizlənəndə altından
o dəyərləri yenidən
canlandıra bilək.
Ali Baş Komandan İlham Əliyevin böyük təşkilatçılıq qabiliyyəti, Azərbaycan
Ordusunun böyük rəşadəti ilə torpaqlarımız işğaldan
azad olundu. Azad olunandan sonra o uçqunun altından çıxan bu mavzoley, burada
yaşamış böyük
şəxsiyyətlərin ruhları oldu. Bu gün Şuşa
Azərbaycanın rəmzinə
çevrilən bir məkan olaraq yenidən öz gücünü möhkəmləndirir”.
Daha sonra çıxış edən
Xalq şairi Sabir Rüstəmxanlı,
Azərbaycan Mətbuat
Şurasının sədri,
AYB-nin sədr müavini Rəşad Məcid, AYB-nin katibi, şair-tərcüməçi
Səlim Babullaoğlu
və AYB-nin Qazax bölməsinin sədri Barat Vüsal Şuşanın
füsunkarlığı, qeyri-adi
təbiəti, bənzərsizliyi,
beynəlxalq tədbirlərin
ünvanına çevrilməsindən
danışaraq, şeirlərini
söyləyiblər.
Bədii hissədə
Əməkdar artistlər
Azad Şükürov
və Nazir Rüstəmovun ifasında
Məhəmməd Füzuli
və Molla Pənah Vaqifin poetik dueti təqdim
edilib.
Əməkdar artist
Nigar Şabanova, solistlər Abgül Mirzəliyev, İlkin Dövlətov və Leyla Rəhimli konsert proqramı ilə çıxış
ediblər.
Proqramda “Qarabağ
kompozisiyası”, “Şuşanın
dağları” və
“Bura Vətəndir” musiqi əsərləri səsləndirilib.
Azərbaycan.-2024.-
19 iyul (¹ 150).- S.10.