Şuşadaİslam dünyasında qadınlar: ənənələr çağırışlarmövzusunda konfrans keçirilib

 

 

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhərindəİslam dünyasında qadınlar: ənənələr çağırışlarmövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Azərbaycan Respublikası Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, konfransın məqsədi qadının dəyəri, onun statusu hüquqları barədə mövcud yanaşmalar haqqında ətraflı fikir mübadiləsi aparmaqla İslam mədəniyyətinin təbliğində qadınların rolunun gücləndirilməsinin vacibliyini bir daha vurğulamaq, onları İslam dünyasının inkişafına yönələn bütün istiqamətlərdə fəal olmağa çağırmaqdır.

Şuşa şəhərinin 2024-cü il üçünİslam dünyasının mədəniyyət paytaxtıelan edilməsini önəmli hadisə olduğunu vurğulayan komitə sədri deyib: “Bu gün Azərbaycan siyasi, iqtisadi mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ölkəmizdə keçiriləcək.

Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdəYaşıl dünya naminə həmrəylik ilielan edilib. İndi Yer kürəsinin hər hansı regionunda baş verən təbii fəlakət təkcə həmin ərazinin deyil, bütün dünyanın problemi sayılır.

Bəşəriyyətin yaranması, inkişaf etməsi, eləcə yenilənməsində əvəzsiz rol oynayan qadınlar bu gün belə qlobal problemləri aradan qaldırmağın yollarını kişilərlə birgə axtarırlar. COP29-un Təşkilat Komitəsində qadınların da iştirakı bunun əyani sübutudur”.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ölkəmizin İslam dünyasının bir parçası olduğunu, tarixdə qazandığı nailiyyətləri ilə bir çox ilklərə imza atdığını söyləyib. Şərqdə ilk qadın opera bəstəkarının, ilk təyyarəçi xanımın, ilk qadın kinorejissorun azərbaycanlı olduğunu xatırladan komitə sədri bunun Azərbaycan qadınının İslam dünyasında mütərəqqi ənənələrin inkişafına önəmli töhfələr verdiyini təsdiqləyən faktların yalnız bir hissəsi olduğunu bildirib. Deyib ki, bu, həmçinin xalqımızın böyüklüyünü, müdrikliyini, ümumbəşəri dəyərlərə bağlılığını göstərir.

İşğala son qoyduqdan sonra dövlətimiz azad olunmuş torpaqlarda xariqələr yaratdığını söyləyən R.Məmmədov Qarabağda həyata keçirilən bərpa quruculuq işlərində ən həssas istiqamətlərdən birinin tarixi, dini mədəniyyət abidələrinin bərpası olduğunu söyləyib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Qarabağ Şərqi Zəngəzurda tarixi mədəniyyət abidələrinin bərpası işlərinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ölkəsindəki qadınların hüquqlarından danışıb, onların bir çox sahələrdə rəhbər vəzifələrdə çalışdıqlarını diqqətə çatdırıb.

Türkiyə Azərbaycanda qadın hüquqlarına hörmət bir çox ölkələrə baxdıqda daha ön sıralarda yer alır”, - deyə o bildirib.

Səfir qeyd edib ki, ölkələrimiz arasında qadın uşaqlarla bağlı bir çox proqramlar, layihələr həyata keçirilir.

VI çağırış Milli Məclisin deputatı, Ailə, qadın uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, qadın uşaq hüquqları ilə bağlı ciddi maarifləndirmə aparılmalıdır. Ümidvaram ki, görülən tədbirlər nəticəsində müsəlman qadınları dünyada terrorçu kimi deyil, vəkil, siyasətçi, həkim, müəllim, savadlı insan, ailənin təməli kimi tanınacaqlar.

O, bəzi İslam ölkələrində hələ qadınların hüquqlarının pozulması hallarının baş verdiyini deyib. “İslam Əməkdaşlıq Təşkilatı, həmçinin müxtəlif ölkələrin müvafiq qurumları İslam dünyasının problemlərini araşdıran təsisatlar bu istiqamətdə önəmli tədbirlər təşkil edir”, - deyə Hicran Hüseynova diqqətə çatdırıb.

Mədəniyyət nazirin müavini Səadət Yusifova qadınların əzəldən bəri dialoq tərəfdarı olduqlarını, tarixin yeni dönəmində Azərbaycanın quruculuğuna, “Yaşıl dünya naminə həmrəylik ili”nə öz töhfələrini verdiklərini, Böyük Qayıdışın aparıcı qüvvələrindən olduqlarını deyib. O, Azərbaycan qadınının həm ailədəki, həm cəmiyyətdəki sarsılmaz mövqeyinin dövlətimizin uğurlu sosial siyasətinin nəticəsi olduğunu vurğulayıb.

 

X X X

 

Konfrans işini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən panel iclasla davam etdirib.

Komitə sədrinin müavini İslam coğrafiyasında qadınların təhsilalma hüququnun dünyada ümumi göstəricidən tam aşağı olduğunu deyib.

Qeyd edib ki, İslam dünyasında müsəlman kişilər 6,9 il təhsil aldıqları halda, müsəlman qadınlarda bu rəqəm 4,9 il təşkil edir. Müsəlman kişilərinin yalnız 10 faizi, qadınların isə 6 faizi təhsilini davam etdirir.

Cəbrayıl, Qubadlı Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva Qarabağın quruculuğunda dayanıqlı inkişafında qadınların rolu haqqında danışıb. O diqqətə çatdırıb ki, hazırda işğaldan azad edilmiş Ağalı kəndində qadınların sayı kişilərdən çoxdur.

VI çağırış Milli Məclisin Deputatı Ceyhun Məmmədov Azərbaycan cəmiyyətinin ən vacib yanaşmalardan biri olan qızların mütləq şəkildə təhsil almalarının önəmini qeyd edib.

C.Məmmədov bəzi ölkələrdə qadın kişilərin bir məkanda, fərqli tədbirlərdə iştirak etmək hüquqlarının olmadığı məsələsinə toxunub.

Azərbaycan Memarlıq İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Şuşanın tanınmış qadın şəxsiyyətlərinin şəhərin tarixində rolundan bəhs edib. Rektor Xurşidbanu Natəvan, Ağabəyim Ağa, Fatma xanım Kəminə kimi ədiblərin Azərbaycanın mədəniyyətinə böyük töhfələr verdiklərini bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin İctimaiyyətlə əlaqələr ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı Azərbaycanın mina problemindən bəhs edib. Bildirilib ki, ermənilər işğaldan azad olunan əraziləri minalayıblar. Bu qeyri-insani addımın təkcə İslamda deyil, bütün dinlərdə tənqid olunduğu vurğulanıb.

Əhməd Ağaoğluİctimai Birliyinin sədri Nigar Axundova isə, öz növbəsində, Əhməd bəy Ağaoğlunun müsəlman cəmiyyətində qadınlara olan münasibətindən söz açıb.

Tədbir müzakirələrlə davam edib.

 

Azərbaycan.-2024.- 19 iyul (¹ 150).- S.10.