İlqar
FƏHMİ: "Vaqif Poeziya
Günləri əlamətdar
hadisələri özündə
birləşdirir"
"Qarabağ işğaldan
azad edildikdən sonra Azərbaycan Prezidentinin imzaladığı
sərəncamlardan biri
də Şuşa şəhərinin Azərbaycanın
mədəniyyət paytaxtı
elan edilməsi haqqında olub. Beləliklə, mədəniyyət
paytaxtımız Şuşa
şəhərində "Xarıbülbül" Beynəlxalq
Musiqi Festivalının,
Vaqif Poeziya Günlərinin keçirilməsi
ənənəsi bərpa
edilib. Ötən 4 ildə qala-şəhərimizdə
təşkil olunan bu və digər
tədbirlər çox
möhtəşəm keçirilib.
Builki Vaqif Poeziya Günləri də olduqca zəngin, çoxşaxəli
formada təşkil olunub".
Bu fikirləri
AZƏRTAC-a Azərbaycan Yazıçılar Birliyinin (AYB)
katibi İlqar Fəhmi söyləyib.
"Bu il
artıq bərpadan sonra dördüncü dəfədir ki,
ölkəmizdə Vaqif Poeziya Günləri keçirilir.
Builki tədbir Azərbaycan Yazıçılar Birliyinin
yaranmasının 90 illik yubileyi ilə üst-üstə
düşür. Bundan əlavə, 2024-cü il
üçün Şuşa "İslam dünyasının
mədəniyyət paytaxtı" elan olunub. Bu səbəbdən
Azərbaycan xalqının klassik İslam mədəniyyətinə,
elminə, ədəbiyyatına verdiyi böyük töhfələri
əks etdirən ədəbi-bədii kompozisiyalar da tədbir
çərçivəsində təqdim olunacaq. Həmçinin
bu il dahi şairimiz Məhəmməd Füzulinin 530 illiyi
dövlətimizin başçısının müvafiq Sərəncamı
ilə silsilə tədbirlərlə qeyd olunur. Belə bir
yaddaqalan tarixi hadisələrin fonunda keçirilən Vaqif
Poeziya Günləri olduqca əlamətdardır", - deyə
AYB-nin katibi bildirib.
Azərbaycan.-2024.-
19 iyul (№ 150).- S.10.