Milli
Kitabxanada virtual sərgilər açılıb
Şuşa şəhərinin
2024-cü il üçün
"İslam dünyasının
mədəniyyət paytaxtı"
elan edilməsi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının hazırladığı
"Şuşa əl
işləri" adlı
virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim
olunub.
Bu barədə kitabxanadan məlumat verilib. Bildirilib ki, virtual sərgidə
Şuşa şəhərində
XIX əsr tikmə nümunələri, onların
təsnifatı, əyani-vizual
görüntüləri və
qısa tarixi öz əksini tapıb.
* * *
Azərbaycan Milli Kitabxanasının
hazırladığı "Şuşa zərgərlik
məmulatları" adlı
virtual sərgi istifadəçilərə
təqdim olunub.
Kitabxanadan bildirilib
ki, sərgidə Şuşa
sənətkarlarının hazırladığı zərgərlik
nümunələri, onların
təsnifatı haqqında
məlumatlar, əyani-vizual
görüntüləri və
qısa tarixi əksini tapıb.
Azərbaycan.-2024.- 19 iyul
(№ 150).- S.11.