Məşhur heykəltaraş Cəlal Qaryağdının yaradıcılıq yolu

 

 

Azərbaycan heykəltaraşlıq məktəbinin formalaşmasında inkişafında onun əvəzsiz xidmətləri olub. O, bədii yaradıcılıq fəaliyyəti ilə adını Azərbaycan təsviri sənət tarixinə əbədi daxil edib. Bu görkəmli tişə ustası Xalq rəssamı Cəlal Qaryağdıdır (1914-2001). Bu il heykəltaraşın anadan olmasının 110 illiyi qeyd olunur.

Cəlal Məhərrəm oğlu Qaryağdı Azərbaycanın qədim incəsənət beşiyi füsunkar təbii gözəllikləri ilə insanları valeh edən Şuşa şəhərində dünyaya göz açıb. O, əvvəlcə ixtisas təhsilinə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1928-1932), daha sonra isə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında (1932-1935) yiyələnib. Gənc heykəltaraş sənətin xüsusi incəliklərini müəllimi Gürcüstanın Xalq rəssamı, professor Y.İ.Nikoladzedən əxz edib. C.Qaryağdı yaradıcılığının lap erkən dövrlərindən sərgi müsabiqələrdə uğurla iştirak edib. Heykəltaraş 1954-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

C.Qaryağdı heykəltaraşlığın müxtəlif sahələrində - monumental heykəl, portret, büst, qorelyef, barelyef digər bir-birindən maraqlı əsərlər yaradıb. Görkəmli tişə ustasının yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi, obrazların mahiranə plastik həllini, kompozisiya bitkinliyini, yaradıcılıq manerasının genişliyini, surətlərin fərdi xarakterlərinin ustalıqla açılmasını, heykəltaraşın özünə qarşı ciddi yaradıcılıq tələbkarlığını digər xüsusiyyətləri qeyd etmək olar.

C.Qaryağdının monumental heykəltaraşlıq əsərləri ölkəmizin paytaxtı Bakı şəhəri ilə yanaşı, bölgələri bəzəyir tamaşaçıların bədii-estetik zövqünün formalaşmasına müsbət təsir göstərir. Onun monumental heykəltaraşlıq əsərlərinə nümunə olaraq Molla PənahVaqifin heykəli (1939-40, Bakı, Nizami adına Ədəbiyyat Muzeyinin qərb fasadının lojası), Mirzə Ələkbər Sabirin heykəli (tunc, qranit, 1958, memarlar Ənvər İsmayılov Qəzənfər Əlizadə, Bakı), Nəriman Nərimanovun heykəli (tunc, qranit, 1966-68, memar Tahir Abdullayev, Bakı, açılışı 1972-ci ildə olmuşdur), həmçinin Qazaxda Səməd Vurğunun heykəli (1966), Ordubadda akademik Yusif Məmmədəliyevin abidəsi (1977), Lənkəranda Həzi Aslanovun heykəli (1983) başqalarını göstərmək olar.

Bakı şəhərinin mərkəzində ucaldılmış Azərbaycanın satirik şeirinin ən görkəmli nümayəndələrindən olan M.Ə.Sabirin heykəlini həmin məkandan kənar təsəvvür etmək mümkünsüzdür. Oturmuş halda, başında buxara papaq, sağ əlində dillər əzbərinə çevrilmiş "Hophopnamə"sini tutmuş vəziyyətdə təsvir edilmişdir.

Abidənin ətraf aləmlə heykəlin postamenti ilə üzvi bağlılığı ustalıqla tapılıb son dərəcə uğurlu həll edilib. Azərbaycanın görkəmli maarifçisi dövlət xadimi N.Nərimanovun əzəmətli heykəli C.Qaryağdının cəlbedici əsərlərindəndir. Lakin bu nəhəng abidənin postamentlə uyğunsuzluğu gözə çarpır. Heykəltaraşın həyat yoldaşı Firəngiz Hüseynova abidə barədə deyirdi: "Hələ o vaxt, abidənin açılışına az qalmış Moskvaya məktub göndərib, azərbaycanlıların Bakıda Kirovun heykəlindən hündür heykəl ucaltmaq istədiklərini xəbər verdilər. Heykəl hazır idi. Tuncdan tökülmüş abidənin kiçildilməsi mümkün deyildi. Ancaq sovet hökuməti Nərimanovun öz xalqına Kirovdan uca nöqtədən baxmasına yol vermədi. Heykəlin postamenti kiçildildi. Cəlal o zaman bundan çox narazı qaldı". Məşhur kimyaçı alim, akademik Yusif Məmmədəliyevin Ordubad rayonunun mərkəzində ucaldılmış abidəsi şəhərə xüsusi yaraşıq verir bu abidə həmyerlilərinin qürur mənbəyinə çevirilib.

C.Qaryağdı həmçinin tanınmış incəsənət xadimlərinin hərbçi qəhrəmanların büst-portretlərinin müəllifidir. Bunlara misal olaraq Sövet İttifaqı qəhrəmanları Adil Quliyevin (1945) Həzi Aslanovun (1948-49), snayperçi qadın Ziba Qəniyevanın (1948), rəssam Bəhruz Kəngərlinin (1947), vokalçı Bülbülün (1948), şairə Xurşid Banu Natəvanın (1949), şair Mirzə Ələkbər Sabirin (1962), bəstəkar Qara Qarayevin (1963), bəstəkar Fikrət Əmirovun (1964) büstlərini həmçinin "Tarzən", "Kamançaçı", "Xanəndə" (hamısı 1967) fiqurlarını qeyd etmək olar. Tişə ustasının yaradıcılığında hərbçilərə və qəhrəmanlara xüsusi yer ayırması təqdirəlayiqdir və bu tendensiyanın digər sənət adamlarının da yaradıcılığına sirayət etməsi arzu ediləndir. Heykəltaraşın dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının motivləri əsasında yaratmış olduğu "Fərhad Bisütun dağını yararkən" adlı barelyefi (1947) diqqətçəkəndir. Əsər barəsində sənətşünaslıq doktoru Nurəddin Həbibov yazır: "Qabartma heykəli dərin ekspressiya qüvvəsinə malikdir. Gərgin dramatik vəziyyətdə verilən Fərhadın fiquru Bisütun dağının sərt cizgiləri fonunda möhtəşəm və əzəmətli görünür".

Azərbaycan təsviri sənətinin inkişafına özünün bədii yaradıcılıq nümunələri ilə töhfələr bəxş etmiş Cəlal Qaryağdı kimi sənət ustaları xalqımız və dövlətimiz tərəfindən həmişə xüsusi ehtiramla anılır.

 

 

Əsəd QULİYEV,

Aəzəpbaycan Rəssamlar

İttifaqının üzvü, sənətşünas

Azərbaycan.-2024.- 19 iyul (№ 150).- S.11.