Avropanın Azərbaycana ehtiyacı artır

 

 

İlham Əliyev Böyük Britaniyadan enerji siyasətinin yeni hədəflərini açıqladı

 

 

 

İyulun 18-də Böyük Britaniyada Qərb ölkələri arasında siyasi əlaqələndirmə platforması hesab edilən "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı keçirildi. 45 dövlət hökumət başçısının iştirak etdiyi budəfəki toplantıya ilk dəfə NATO, ATƏT Avropa Şurasının nümayəndələri dəvət olunmuşdu. Əsas mövzular arasında  qeyri-qanuni miqrasiya ilə mübarizə, təhlükəsizlik sahəsində Avropa ilə daha sıx əməkdaşlıq məsələləri var idi. Birgünlük iclasda açılış yekun plenar iclas, onların arasında isə müxtəlif mövzularda - miqrasiya, enerji, demokratiyanın müdafiəsi təmini ilə bağlı üç "dəyirmi masa" keçirilib.

Böyük Britaniya Kralı III Çarlz da zirvə toplantısının keçirildiyi Blenheym sarayına gəlib onun adından liderlər üçün ziyafət verilib.

Dünyanın nüfuzlu ölkələrinin rəhbərlərinin qatıldığı zirvə toplantısında Birləşmiş Krallığın Baş naziri Kir Starmerin dəvəti ilə Prezident İlham Əliyev iştirak edib. Əlbəttə ki, bu, beynəlxalq miqyasda Azərbaycanın yüksələn mövqeyinin bilavasitə İlham Əliyevin dünya liderləri arasında böyük söz sahibi olmasının göstəricisidir. Bu həm onu deməyə əsas verir ki, Azərbaycan Avropanın təkcə enerji təhlükəsizliyində mühüm rol oynamır, eyni zamanda qitənin Aİ-nin gələcəyi ilə bağlı müzakirələrdə rəyinə, mövqeyinə önəm verilən ölkə kimi çıxış edir. Bu isə son illərdə, xüsusilə Vətən müharibəsindən sonra İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın artan nüfuzu, verdiyi sözə əməl etməsi, etibarlı tərəfdaş, regionda söz sahibi olması ilə birbaşa bağlıdır. Bu gün elə bir beynəlxalq mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərdə iştirak etməsin, müasir dövrün çağırışları, mövcud problemlərin həlli yolları barədə fikirləri öyrənilməsin.

 

 

 

Avropanın üzləşdiyi problemlərin müzakirə edildiyi platforma

 

 

 

2022-ci ildə yaradılan bu hökumətlərarası təşkilata həm Avropa İttifaqı ölkələri, həm Aİ-nin üzvü olmayan digər dövlətlər daxildir. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini rifahını gücləndirməkdir.

Avropa Siyasi Birliyinin ilk zirvə toplantısı 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqada keçirilib. 44 ölkənin dövlət hökumət başçılarının iştirak etdiyi sammit Avropa ölkələrinin liderlərini bərabərhüquqlu birlik ruhunda bir araya gətirib. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh təhlükəsizlik, iqtisadi vəziyyət, enerji iqlim, miqrasiya hərəkətlilik məsələlərini müzakirə ediblər.

2023-cü il iyunun 1-də isə Moldovanın paytaxtı Kişineuda "Avropa Siyasi Birliyi" 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib. Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət hökumət başçıları iştirak ediblər. Sammitdə liderlər sülh təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin Avropada ölkələrarası əlaqələrin gücləndirilməsi mövzularında müzakirələr aparıblar.

Həmin il oktyarbr ayının 5-də isə İspaniyanın Qranada şəhərində "Avropa Siyasi Birliyi" 3-cü Zirvə toplantısı keçirilib. 51 ölkənin iştirakı ilə real-laşan sammitdə Avropanın gələcəyi müzakirə edilib.

Avropa İttifaqı bildirir ki, "Avropa Siyasi Birliyi" genişlənmə prosesini əvəzləmək ya ləngitmək niyyəti daşımır, eyni zamanda orada yer alan ölkələrin vaxtsa mütləq Aİ-nin üzvü olacağı anlamına gəlmir. Bu platforma Avropanın üzləşdiyi əsas çağırışların, habelə Avropa ölkələri arasında regional ikitərəfli məsələlərin müzakirəsi məqsədilə dövlət hökumət başçıları üçün qeyri-rəsmi sərbəst mühit yaratmaq məqsədi daşıyır. Qərbi Balkan ölkələri, "Şərq Tərəfdaşlığı" ölkələri ilə yaxın münasibətləri olan digər Avropa ölkələri birliyin iştirakçısı ola bilərlər.

Onu da vurğulamaq yerinə düşər ki, "Avropa Siyasi Birliyi"nin Zirvə toplantıları çərçivəsində Azərbaycan Ermənistan liderləri arasında sülh danışıqları çərçivəsində görüşlər keçirilib. Bu görüşlərdə Nikol Paşinyan bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edərək sülhə hazır olduğunu söyləsə , hələ Ermənistan sənədə imza atmaqdan boyun qaçırır.  

 

 

 

Azərbaycanın Avropaya qaz ixracı 25 milyard kubmetrə çatacaq

 

 

 

Prezident İlham Əliyevin Böyük Britaniya Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərəyə işgüzar səfəri isə ilk növbədə ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi əlaqələrimizin daha da dərinləşdirilməsi baxımından mühüm töhfə oldu.

Zirvə toplantısı çərçivəsində İlham Əliyevin dövlət hökumət başçıları ilə görüşləri baş tutdu. Diqqətçəkən məqam isə odur ki, görüşlər qarşı tərəflərin istəkləri əsasında gerçəkləşdi. Bu da onu göstərir ki, dünyada etibarlı, güvənli vacib tərəfdaş statusunu qazanan, nəhəng faydalı layihələr icra edən ölkəmizlə əlaqələr qurmaq, mövcud əməkdaşlığı daha da genişləndirmək istəyən dövlətlərin sayı durmadan artır.

Sammit çərçivəsində "Enerji bağlantı" mövzusunda keçirilən "dəyirmi masa"da çıxış edən İlham Əliyev Azərbaycanın enerji potensialı qarşıdakı hədəfləri açıqladı. Dövlət başçısı bildirdi ki, enerji sahəsində Bakıda müəyyənləşdirilən strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur: "Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir".

Bu gün Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi ittifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan Serbiya, eləcə Türkiyə.

Prezident diqqətə çatdırıb ki, Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verib. Azərbaycan bir neçə aya Sloveniya bazarına da daxil ola biləcək. Bununla yanaşı, Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.

Dövlət başçısı çıxışında bir daha xatırladıb ki, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş ümumavropa qaz təchizatçısı adlandırıb. Bu, çox böyük məsuliyyətdir əlbəttə ki, Azərbaycan yalnız Avropanı 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öhdəliyini yerinə yetirmək üçün çalışır. Bu, Azərbaycanın hədəfidir. İlham Əliyev, həmçinin digər enerji layihələri barədə məlumat verərək Azərbaycanın etibarlı enerji təchizatçısı olduğunu bir daha bəyan edib.

 

 

 

Qətiyyətli ədalətli mövqe

 

 

 

Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Avropa Azərbaycanı ən etibarlı tərəfdaş hesab edir. İlham Əliyevin mötəbər sammitlərdə, konfranslarda çıxışı irəli sürdüyü təkliflər, təşəbbüslər bir daha göstərir ki, Azərbaycan Prezidenti təkcə regional məsələlərdə deyil, qlobal proseslər zamanı da qətiyyətli ədalətli mövqe nümayiş etdirir. Beynəlxalq ictimaiyyət tərəfindən dərk olunur ki, Azərbaycan Prezidentinin fikirləri, irəli sürdüyü təşəbbüslər, verdiyi tövsiyələr qlobal miqyasda beynəlxalq həmrəyliyin əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində önəmli nümunədir.

Ölkəmiz iqtisadi inkişafı, siyasi qüdrəti, beynəlxalq mövqeyi, qlobal layihələrdə iştirakı ilə daha da güclənir. İlham Əliyevin mükəmməl xarici siyasət kursu birbaşa dövlətimizin inkişafına, ərazi bütövlüyümüzün təminatına, suverenliyimizin güclənməsinə, geopolitik mövqeyimizin yüksəlməsinə xidmət edir.

Əgər diqqət etsək görərik ki, təkcə bir ay ərzində İlham Əliyev bir neçə nüfuzlu konfranslara dəvət alıb həmin mərasimlərdə çıxış edərək dost tərəfdaş ölkələrə çağırışlar edib. Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxışı, Çinlə imzalanan strateji tərəfdaşlıq sazişi, Astanada Rusiya Prezidenti ilə görüş, Azərbaycan-Türkiyə-Pakistan formatında əməkdaşlıq, münasibətlərin güclənməsi yeni imkanların yaranması, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin daha da dərinləşməsi, Prezidentin Pakistan səfəri, dost qardaş ölkələr arasında yeni müqavilələrin imzalanması İlham Əliyevin xarici siyasətinin təntənəsidir.

Bir sözlə, İlham Əliyevin yalnız bu ay üçün gündəliyinə nəzər yetirmək kifayət edir ki, onun xarici siyasətdə ardıcıllıq bütövlük nümayiş etdirdiyinin əyani şahidi olasan. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan artıq sözü eşidilən, təklifləri təqdir edilən beynəlxalq birliyin fəal üzvü olan dövlətlərdən birinə çevrilib.

İlham Əliyev isə tam müstəqil siyasəti, dərin uğurlu diplomatiyası şəxsi keyfiyyətləri ilə həm öz mövqeyini, həm Azərbaycanın imicini daha da gücləndirir.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2024.- 20 iyul (№ 151).- S.4.