Azərbaycan
ŞƏT-dəki statusunun
dəyişdirilməsi üçün
müraciət edib
Bu, hər iki tərəfin maraqlarına cavab verir
Bəşəriyyətin indiki durumunda beynəlxalq təşkilatların üzərinə
çox böyük vəzifələr düşür.
Bunu dünyada sürətlə dəyişməkdə
olan geosiyasi şəraitdən doğan
sülh və sabitliyin möhkəmləndirilməsi,
iqtisadi inkişafın
dəstəklənməsi, ictimai-siyasi tarazlığın
qorunması və təhlükəsizliyin təmin
edilməsi tələb
edir.
Bu mənada Şanxay Əməkdaşlıq
Təşkilatı (ŞƏT) son zamanlar beynəlxalq arenada nüfuzu artan, həm təhlükəsizlik, həm
də iqtisadi inkişaf sahələrində mühüm rol oynamağa başlayan qurum kimi daha çox
diqqət çəkir.
Məlumat üçün
bildirək ki, həm ərazisinə, həm də əhalisinə görə
dünyanın ən böyük ölkələrindən
bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq
Təşkilatı 2001-ci ildə
Qazaxıstan, Çin,
Qırğızıstan, Rusiya,
Özbəkistan və
Tacikistan tərəfindən
Şanxayda təsis olunub. Hazırda
ŞƏT-in 9 üzvü
(Qazaxıstan, Çin,
Rusiya, Qırğızıstan,
Özbəkistan, Tacikistan,
Pakistan, Hindistan,
İran), 3 müşahidəçi üzvü (Əfqanıstan,
Monqolustan, Belarus) və
14 dialoq tərəfdaşı
(Azərbaycan, Türkiyə,
Birləşmiş Ərəb
Əmirlikləri, Bəhreyn,
Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı,
Şri-Lanka) var.
Təşkilatın əsas məqsədləri
üzv dövlətlər
arasında qarşılıqlı
etimad və qonşuluq münasibətlərinin
gücləndirilməsi; siyasət,
ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, təhsil,
enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli
əməkdaşlığın inkişaf etdirilməsidir.
Regionda sülh, təhlükəsizlik və
sabitliyin əldə edilməsi üçün
birgə səylərin
göstərilməsi, yeni
siyasi və iqtisadi beynəlxalq düzənin
yaradılması üçün
addımların atılması
da ŞƏT-in vəzifələrinə daxildir.
İqtisadi güc mərkəzinə çevrilmək
baxımından
ŞƏT qarşıya qoyulan məqsədə doğru irəliləyir. Demək lazımdır ki, qurum bu
müstəvidə böyük potensiala malikdir. Bəlkə də bu səbəbdən
ŞƏT-i "Böyük yeddiliy"in alternativi adlandırırlar.
Təşkilat üzv
ölkələr arasında
faydalı tərəfdaşlıq
şərtləri əsasında
bərabərhüquqlu iqtisadi
və siyasi əlaqələrin yaradılması,
inkişaf etdirilməsi
baxımından da mühüm rol oynayır. Üzv ölkələrin ümumi
daxili məhsulunun
(ÜDM) birgə həcmi
dünya ÜDM-nin dörddəbirini təşkil
edir. Müşahidəçi
və dialoq tərəfdaşları olan
ölkələr də
nəzərə alınsa,
onda dünya iqtisadiyyatının yarısının
ŞƏT-in payına
düşdüyünü çəkinmədən
demək mümkündür.
Demoqrafik baxımdan da təşkilat böyük resursa malikdir. ŞƏT-ə
üzv, müşahidəçi
və dialoq tərəfdaşları olan
ölkələrdə dünya
əhalisinin yarısı
yaşayır.
Bu qurum dünyada güc mərkəzlərinin təsir
dairəsindən kənar
qalmağı
bacarıb. Müstəqil
siyasət, dünyanın
çoxqütblülüyünün tanınması və üzv dövlətlərin
hegemonluq iddialarından
uzaq durması
ŞƏT-in üstünlüyüdür.
Hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna
sahib olan ölkəmiz müşahidəçi, daha
sonra isə tamhüquqlu üzv olmaqda maraqlıdır. Bu günlərdə Azərbaycan mötəbər
qurumda müşahidəçi statusu
almaq niyyətini reallaşdırmaq üçün
ŞƏT-ə müraciət edib. Bu barədə
İranın ŞƏT Katibliyindəki
milli koordinatoru Mehrdad Kiayei deyib: "Bir neçə ölkə,
o cümlədən Kamboca,
Şri-Lanka, Ermənistan,
Banqladeş, Azərbaycan
və digər ölkələr təşkilata
üzv olmaq üçün müraciət
ediblər. Bu ölkələr (Banqladeşdən
başqa - red.) statuslarını dialoq üzrə tərəfdaşdan
müşahidəçi statusuna
dəyişmək istəyirlər.
Prinsipcə, bu məsələyə baxmağa
və müvafiq müraciət edənlər
və təşkilata
üzv dövlətlərlə
razılaşaraq müəyyən
nəticəyə gəlməyə
hazırıq". Onun
sözlərinə görə,
əvvəlcə onlar
müşahidəçi olmalıdırlar
və yalnız bundan sonra tam
iştirakçı ola
bilərlər: "Banqladeş
dialoq üzrə tərəfdaşlardan biri
deyil, lakin müşahidəçi statusuna
gedən yolda bu mərhələdən
yan keçmək olar. Bunun üçün
təşkilatın bütün
üzvlərinin razılığı
lazımdır".
Hələ 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında
əməkdaşlıq sahələrini
əks etdirən memorandum imzalanıb. Ölkəmizlə əməkdaşlıq
ŞƏT-in özü
üçün də
cəlbedicidir. Xüsusən
Azərbaycanın Avrasiya
məkanında əsas
tranzit məkanına çevrilməsi, "Şimal-Cənub",
"Şərq-Qərb" dəhlizlərinin qovşağında
yerləşməsi, eləcə
də malik olduğu nəqliyyat infrastrukturu ölkəmizin
ŞƏT üçün əhəmiyyətini daha da artırır. Bu baxımdan, Zəngəzur dəhlizinin
açılması ŞƏT üçün də nəqliyyat-logistika sferasında
əlavə üstünlüklər
yaradacaq. Prezident İlham Əliyev
ŞƏT-in 2022-ci ildə
Səmərqənddə keçirilmiş
sammitində çıxışı
zamanı bu dəhlizlə bağlı
demişdi: "Zəngəzur
dəhlizinin açılması
region ölkələrinin
nəqliyyat imkanlarını
daha da artıracaq
və bu marşrut üzərində
yerləşən bütün
ölkələr üçün
faydalı olacaq".
ŞƏT-in daha geniş inkişaf etməsi üçün gözəl
perspektivləri var. Bunlar nəqliyyat, enerji, ərzaq və ekoloji təhlükəsizlik, innovasiya,
rəqəmsal transformasiya
və "yaşıl
iqtisadiyyat"dır.
Prezident İlham
Əliyevin uzaqgörən
siyasəti nəticəsində
sürətlə inkişaf
edərək regionda ən nüfuzlu dövlətə çevrilən
Azərbaycanın ŞƏT-də müşahidəçi
statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyacaq.
Təbii ki, bunun da əsasında
bir sıra mühüm amillər dayanmaqdadır. Bunlardan ən birincisi odur ki, Azərbaycan
gənc müstəqil
dövlət olmasına
baxmayaraq, özünü
dünyada mötəbər
beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə
olunduğu mühüm
platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini
alaraq BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi
üzvü seçilən
Azərbaycanın BMT-dən
sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına
uğurlu sədrliyi, ölkəmizin bu il COP29 kimi ən
nüfuzlu tədbirə
evsahibliyi etməsi Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının göstəricisidir.
Dövlət başçısının iyulun 4-də Astana sammitindəki çıxışı zamanı
söylədiyi fikirlər
Azərbaycan dövlətinin
iqtisadi gücündən
xəbər verir:
"Təxminən 200 ölkənin
yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a evsahibliyi
edəcək. Biz Bakıda keçiriləcək
COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında
körpü yaratmaq üçün səylərimizi
əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə
alacaq razılaşmanın
əldə edilməsinə
çalışacağıq. Azərbaycanın prioritetləri
sırasında həm
də iqlim dəyişikliyinin mənfi
təsiri səbəbindən
ekzistensial təhlükə
ilə üzləşən
inkişaf etməkdə
olan kiçik ada dövlətlərinə
dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi
texniki yardım fondunun yaradılması təşəbbüsü ilə
çıxış edib.
Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə
hazırlıq istiqamətində
ŞƏT ilə işi
davam etdirəcəyik.
Mən artıq
ŞƏT-ə üzv dövlətlərin
liderlərinə rəsmi
dəvət məktubları
ünvanlamışam və
həmkarlarımı noyabrda
Bakıda görəcəyimə
ümid edirəm".
Göründüyü kimi, ŞƏT-lə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın
maraqlarına tam cavab verir. Bu,
ölkəmizin beynəlxalq
əlaqələrində yeni
səhifə açmaqla
yanaşı, onun siyasi, iqtisadi və digər mühüm parametrlər baxımından daha da güclənməsi deməkdir.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
20 iyul (¹ 151).- S.4.