2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Gələcək Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

 

QƏRAR ¹ 21/97

 

 

 

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Gələcək Azərbaycan Partiyası İdarə Heyətinin 2024-cü il 12 iyul tarixli Qərarı ilə səlahiyyətli nümayəndələr maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Gələcək Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

 

 

 

Səlahiyyətli nümayəndələr:

 

 

Ağasif Şakir oğlu İbrahimov

Aslan Fazil oğlu Həmidli

Murad Baxşeyiş oğlu Bayramov

Sirac Amil oğlu Balakişiyev

Coşğun Rəşad oğlu Alıyev

Rahib Vahid oğlu Məhərrəmov

Hüseyn Arif oğlu Qasımov

 

 

 

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

 

 Tovuz Vəliəddin qızı Sultanova

Natiq Fazil oğlu İsgəndərov.

 

 

 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 Sədr      Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

 

19.07.2024

 

Azərbaycan.-2024.- 20 iyul (¹ 151).- S.3.