2024-cü il
sentyabrın 1-nə təyin
edilmiş Azərbaycan
Respublikasının Milli
Məclisinə növbədənkənar
seçkilərdə Vəhdət
Partiyasının səlahiyyətli
nümayəndələrinin və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələrinin
qeydə alınması
haqqında Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
QƏRAR ¹ 21/100
2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
Vəhdət Partiyası
Baş Məclisinin
2024-cü il 9 iyul tarixli Qərarı ilə səlahiyyətli nümayəndələr və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndələr təyin
edilmiş və həmin şəxslərin
qeydə alınması
üçün müvafiq
sənədlər Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar Azərbaycan
Respublikası Seçki
Məcəlləsində (bundan
sonra - Seçki Məcəlləsi) nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması
üçün əsasların
olmasını müəyyən
etmişdir.
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən
qərara alır:
1. 2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
aşağıdakı şəxslər
Vəhdət Partiyasının
səlahiyyətli nümayəndələri
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələri
kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Rəhilə Xəlil
qızı Heydərova
Cavid Hidayət
oğlu Məmmədov
Aftandil Vahid oğlu Məmmədov
Seymur Əbülfəz
oğlu Bağırov
Mahir Xanış
oğlu Bayramov
Mirkərim Seyidhüseyn
oğlu Həsənov
Cahangir Fariz oğlu Məhərrəmli
Emin Elşən
oğlu Həsənov
Turqut Vasif oğlu Əfəndi
Fidan Habil qızı Səmədova
Maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndələr:
Rəhimə Xəlil
qızı Heydərova
Coşqun Qurban
oğlu Kürçaylı
Cəmil Mircəlal
oğlu Həsənov
Səma Vasif qızı Əfəndi
Qəmər Vəzir
qızı Həsənəliyeva.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr
Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
19.07.2024