2024-cü il
sentyabrın 1-nə təyin
edilmiş Azərbaycan
Respublikasının Milli
Məclisinə növbədənkənar
seçkilərdə Azad
Vətən Partiyasının
səlahiyyətli nümayəndəsinin
qeydə alınması
haqqında Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
QƏRAR ¹ 21/99
2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
Azad Vətən Partiyası Siyasi Şurasının 2024-cü il
15 iyul tarixli Qərarı ilə səlahiyyətli nümayəndə
təyin edilmiş və həmin şəxsin qeydə alınması üçün
müvafiq sənədlər
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi
Seçki Komissiyası bununla əlaqədar Azərbaycan
Respublikası Seçki Məcəlləsində (bundan sonra -
Seçki Məcəlləsi) nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma
aparıb, təqdim edilmiş şəxsin qeydə
alınması üçün əsasların olmasını
müəyyən etmişdir.
Mərkəzi
Seçki Komissiyası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə
əsasən qərara alır:
1. 2024-cü
il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə növbədənkənar
seçkilərdə Əlizamin Zöhrab oğlu Əliyev
Azad Vətən Partiyasının səlahiyyətli nümayəndəsi
kimi qeydə alınsın.
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
19.07.2024
Azərbaycan.-2024.-
20 iyul (¹ 151).- S.3.