2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

 

QƏrar ¹ 21/98

 

 

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Müsavat Partiyası Divanının 2024-cü il 15 iyul tarixli Qərarı ilə səlahiyyətli nümayəndələr maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Müsavat Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

 

Səlahiyyətli nümayəndələr:

 

 Sabir Rza oğlu Məmmədov

Osman Əlişirin oğlu Kazımov

 

 Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə

 

 Seymur Sabir oğlu Məmmədrzalı.

 

 2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

19.07.2024

Azərbaycan.-2024.- 20 iyul (¹ 151).- S.3.