2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə səsvermənin yeri vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin forması, sayı hazırlanması qaydası haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

 

QƏRAR ¹ 21/96

 

 

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 104.1-ci maddəsinə əsasən məntəqə seçki komissiyaları səsvermənin yeri vaxtı haqqında seçiciləri xəbərdar etməlidirlər.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Mərkəzi Seçki Komissiyası) 2013-cü il 5 iyun tarixli 5/28 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları"nın 2.1-ci bəndinə uyğun olaraq bildirişin forması, sayı hazırlanmasına dair tələblər Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən azı 40 gün qalmış təsdiq edilməli, müəyyən olunmuş formada sayda poliqrafiya müəssisəsində hazırlanmalıdır.

Göstərilənlərlə əlaqədar olaraq seçicinin soyadı, adı, atasının adı ilə yanaşı, özünün səs verəcəyi seçki məntəqəsinin ünvanı haqqında, səsvermənin vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, səsvermə qaydaları s. bu kimi maarifləndirmə xarakterli məlumatları da özündə əks etdirən bildirişin forması respublika üzrə daimi seçici siyahılarına daxil edilmiş seçicilərin sayı nəzərə alınaraq, həmin saydan təqribən 3% artıq olmaqla mətbəə üsulu ilə hazırlanmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü 104.1-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə səsvermənin yeri vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin forması təsdiq edilsin.

2. Səsvermənin yeri vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin sayı 6 516 567 (altı milyon beş yüz on altı min beş yüz altmış yeddi) ədəd müəyyən edilərək mətbəə üsulu ilə hazırlansın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

19.07.2024

Azərbaycan.-2024.- 20 iyul (¹ 151).- S.3.