2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

 

QƏRAR ¹ 21/101

 

 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ədalət Partiyası Ali Məclisinin 2024-cü il 17 iyul tarixli Qərarı ilə səlahiyyətli nümayəndələr maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü 52-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Ədalət Partiyasının səlahiyyətli nümayəndələri maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

 

 Səlahiyyətli nümayəndələr:

 

 Ədalət Kamil oğlu Qurbanov

Əlməhəmməd Mehdi oğlu Hüseynov

Meydan Əli oğlu Babayev

Rasim Mustafakamal oğlu Rəsulov

 

 Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

 

 Əliheydər İlham oğlu Babazadə

Rəşid Məmmədağa oğlu Əliyev.

 

 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr       Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

19.07.2024

Azərbaycan.-2024.- 20 iyul (¹ 151).- S.3.