COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirilib

 

 

Ekoloji maarifləndirmə iqlim dəyişmələri ilə mübarizədə gənclərin fəal iştirakının təmin edilməsi, bu sahədə aktiv təcrübənin qazanılması, həmçinin ölkədə irimiqyaslı qlobal əhəmiyyətli tədbirlərin təşkili sahəsində peşəkar gənclərin yetişdirilməsi məqsədilə təsis olunan COP29 Akademiyasının açılış mərasimi keçirilib.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə test müsabiqələr nəticəsində 360 namizəd arasından COP29 Akademiyasına qəbul olunan 29 gəncin adı açıqlanıb.

Tədbirdə COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova iştirak ediblər.

Muxtar Babayev çıxış edərək Akademiyaya qəbul olunmuş gənclərə təbriklərini çatdırıb, iqlim dəyişmələri ilə mübarizə sahəsində bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, iqlim dəyişmələri ilə mübarizədə müasir texnologiya innovasiyaları təqdim etmək potensialı ilə gənclərin qlobal tədbirlərdə iştirakının böyük önəmi var.

COP29 Akademiyasının seçim mərhələsi tədris proqramı barədə ətraflı məlumat verən Nərmin Carçalova vurğulayıb ki, Akademiyada tədris prosesi sentyabr ayının əvvəlinə qədər davam edəcək müxtəlif modullardan ibarət Akademiyanın tədris proqramı çərçivəsində iştirakçılara mentorluq, davamlı peşəkar inkişaf üçün imkanlar təklif edilməklə onların layihələrin idarəedilməsi, peşəkar davranış kodeksi s. kimi yumşaq bacarıqlara dayanıqlılıq sahəsində biliklərə yiyələnməsinə şərait yaradılacaq.

Qeyd edək ki, COP29 Akademiyasının xüsusi fərqlənən iştirakçıları Əməliyyat Şirkətində müxtəlif funksiyalar üzrə işlə təmin edilərək COP29 tədbirinin təşkilinə işçi heyətinin üzvü qismində töhfə verməyə cəlb olunacaqlar.

 

Azərbaycan.-2024.- 20 iyul (№ 151).- S.5.