COP29 tərəfdaşlıq proqramı təqdim edilib

 

 

COP29 Azərbaycan Əməliyyat Şirkəti bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransı çərçivəsində yerli kiçik orta biznesin təmsil olunması üçün unikal tərəfdaşlıq proqramını elan edib. Proqram çərçivəsində təklif olunan fürsət imkanlar iyulun 19-da Əməliyyat Şirkətinin COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainin kiçik orta biznes nümayəndələri ilə keçirilən görüşündə açıqlanıb.

Əməliyyat Şirkətinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tərəfdaşlıq proqramının əsas hədəfləri yerli sahibkarlar arasında ekoloji cəhətdən təmiz dayanıqlı istehsal üsullarının tətbiqini təşviq etmək, ətraf mühit iqlim dəyişmələri mövzusunda maarifləndirmə işləri aparmaqdır. Tərəfdaşlıq proqramı milli brendlərin məhsullarını beynəlxalq auditoriya qarşısında tanıtmaq məqsədilə yerli KOB məhsullarını dünya əhəmiyyətli COP29 konfransı çərçivəsində sərgiləmək ölkə iqtisadiyyatının inkişafında KOB payını dəstəkləməyə xidmət edir. COP29 çərçivəsində yerli məhsulların sərgilənməsi, eyni zamanda misilsiz ənənəvi Azərbaycan naxış motivlərinin, milli ənənə mənəvi dəyərlərimizin beynəlxalq səviyyədə təbliğinə bir töhfədir. 

Görüşdə çıxış edən N.Arpadarai İqlim üzrə yüksək səviyyəli çempion olaraq prioritet fəaliyyət istiqamətlərindən birinin KOB subyektlərinin yaşıl biznesə keçidinin dəstəklənməsi olduğunu qeyd edib. O, yerli sahibkarlara müraciət edərək KOB ilə birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətindən danışıb.  Tədbirdə yerli biznes subyektlərinin nümayəndələrinə proqrama müraciət şərtləri qaydaları, məhsulların keyfiyyətinə dair tələblər, COP29-un "Yaşıl" "Mavi" zonalarında sahibkarlar üçün yaradılacaq şərait, məhsulların brendinq qablaşdırılmasına dair ətraflı məlumat verilib.

Görüşün yekununda sahibkarları maraqlandıran mövzu suallar ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, COP29-la tərəfdaşlıq imkanlarından yararlanmaq niyyətində olan kiçik orta biznes nümayəndələri müraciətlərini iyulun 31-dək mercandising@cop29.az elektron poçt ünvanına göndərə bilərlər.

 

Azərbaycan.-2024.- 20 iyul (№ 151).- S.5.