Fransa bəşəriyyətə qarşı törətdiyi cinayətlərə görə birincidir

 

 

Bəşər tarixində Fransa ordusunun törətdiyi qətliamların miqyası coğrafiyası o qədər genişdir ki, saymaqla qurtarmır. Dünya kolonializm tarixinin qanlı cinayətlərinin əksəriyyəti məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyublar.

XX əsrdə 30 il ərzində Polineziyada Fransa tərəfindən 200-ə yaxın, altı il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilib. Həmin nüvə sınaqlarının ağır fəsadları Polineziya Əlcəzair xalqları tərəfindən bu gün yaşanmaqdadır.

Əlcəzairi 132 il işğal altında saxlayan Fransa dövləti tərəfindən 1,5 milyon insan qətlə  yetirilib. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti digər ölkələr bu gün fransız ordusunun törətdiyi ağır fəsadları həyatlarında hiss edirlər.

Dünyaya insan haqlarından "dərs" keçmək iddiasında olan Parisin İnsan Muzeyində müstəmləkə müharibələrində XIX əsrdə qətlə yetirilən döyüşçülərin 18 min ədəd kəllə sümüyü saxlanılır nümayiş etdirilir. Həmin kəllə sümükləri arasında əlcəzairli döyüşçülərin kəllə sümükləri var. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbi Fransa tərəfindən bu gün yerinə yetirilmir.

Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan, törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit Atlantik okeanlarda dənizaşırı ərazilərdə yaşayan xalqların azadlıq arzularına hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Fransız Qvianasında sosial vəziyyət getdikcə pisləşir, əhalinin təxminən yarısı yoxsulluq durumundadır, işsizlik səviyyəsi hər il artır. Bu ərazidə təbii sərvətlər talan edilir torpaqların 90 faizi  Fransa dövlətinin mülkiyyətindədir. Martinika Qvadelupa iki böyük fəlakətlə üz-üzədir. Yerli əhali gizli qanunsuz məskunlaşma yolu ilə assimilyasiya edilir. Fransa Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanımaqdan imtina edir. Yeni Kaledoniyada əhalinin yarısının iştirakı olmadan referendum keçirilir bu minvalla Yeni Kaledoniya xalqının müstəqil olmaq hüququ əlindən alınır. Etnik azlıqlar konsepsiyasını qəbul etməyən Fransa Korsika dilini qadağan edir. BMT bunu ayrı-seçkilik beynəlxalq hüququn pozulması kimi qiymətləndirsə , bu beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının üzvü olan Fransa öz maraqları naminə beynəlxalq hüquq normalarını kobud surətdə pozmaqdan çəkinmir. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur.

Bu günlərdə Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya müstəqillik hərəkatlarının rəhbər şəxslərinin qurultayının Bakıda keçirilməsi heç təsadüfü deyil. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə , bu gün kolonializmə qarşı mübarizə aparan azad olmağa çalışan xalqlara  həmişə dəstək verərək beynəlxalq ictimaiyyətin diqqətini bu ciddi problemə yönəltməyi bacarıb. 2023-cü il iyulun 6-da Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Bakıda keçirilən Nazirlər Toplantısı zamanı, daha sonra  sentyabrın 22-də Nyu Yorkda BMT Baş Assambleyasının qərargahında, ötən il isə oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Bakıda  "Neokolonializm: İnsan hüquqlarının pozulması ədalətsizlik" adlı beynəlxalq konfransda da kolonializmə qarşı mübarizə aparan siyasi partiya hərəkatlara  dəstək verib. Bu baxımdan Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə məhz Bakıda qurultay keçirmələrini müstəqillik əldə etmək istəyən qüvvələrin  Beynəlxalq Azadlıq Cəbhəsi yaradılmasını anlamaq o qədər çətin deyil.

Qurultay iştirakçısı, Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin baş katibi Jan-Jakob Bisep Parisə təzyiq göstərmək öz müqəddəratını təyinetmə hüquqlarını qorumaq üçün beynəlxalq dəstəyə ümid etdiyini açıqlayıb.

Yeni kaledoniyalı Mikael Forrest müstəqillik tərəfdarları ilə Fransa təhlükəsizlik qüvvələri arasında toqquşmaların davam etdiyi arxipelaqdakı ağır vəziyyətə diqqət çəkib. O, Parisin ədalətsiz siyasətindən əziyyət çəkən Karib Sakit Okean xalqları ilə həmrəy olmağa çağırıb.

Xatırladaq ki, cümə axşamı Bakıda keçirilən qurultayda Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması ilə bağlı bəyannamə imzalanıb. Eyni zamanda yeni təşkilatın internet saytı da fəaliyyətə başlayıb. Sənəddə Fransanın xaricdəki ərazilərdə repressiv hərəkətləri irqçi siyasəti pislənilir.

Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest Bakıda I Qurultay çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib: "Biz bir çox istiqamətdə fəaliyyət göstərəcəyik, həmçinin konfranslar təşkil edəcəyik. Bununla da biz özümüzdən, problemlərimizdən danışacağıq səsimizi dünyaya çatdıracağıq. Bu gün burada sizin qarşınızda olan xalqların nümayəndələri bunları edəcəklər".

Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Biser Bakıda I Qurultay çərçivəsində keçirilən mətbuat konfransı zamanı səsləndirdiyi  "Fransa özünü insan hüquqları üzrə "çempion" adlandırır, amma məncə o, bəşəriyyətə qarşı cinayətlər üzrə "çempion"dur fikirləri ilə Fransanın  siyasi portretini cızmış olub.

 

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 20 iyul (№ 151).- S.8.