İcma:
Fransanın Ermənistana
silah satması bu ölkəni Azərbaycana qarşı təkrar müharibəyə
sövq edir
Fransa
Prezidenti Emmanuel Makron Birləşmiş Krallığın
Vudstok şəhərində baş tutan Avropa Siyasi
İcmasının sammitində keçirdiyi mətbuat
konfransında ölkəsinin Ermənistanı
silahlandırmasına haqq qazandırmağa və Azərbaycana
böhtan atmağa cəhd edib.
"Azərbaycan"
qəzeti xəbər verir ki, Qərbi Azərbaycan
İcması bununla bağlı bəyanat yayıb.
Bəyanatda
deyilir: "2020-ci ildə Azərbaycanın öz ərazilərini
30 illik işğaldan azad etməsini mənfi müstəvidə
təqdim etməyə cəhd göstərən Fransa
Prezidentinə xatırladırıq ki, 44 günlük Vətən
müharibəsi BMT Nizamnaməsinin müddəalarının
və Təhlükəsizlik Şurasının konkret qətnamələrinin
icrasını təmin etməklə beynəlxalq hüququn və
ədalətin təntənəsi olmuşdur. Prezident Makron bu
şanlı tarixə qara yaxmağa cəhd göstərmək
əvəzinə, Fransanın uzun illər ərzində Ermənistanı
dəstəkləyərək onu Azərbaycan ərazilərinin
işğalını davam etdirməyə cəsarətləndirməsinə
görə öz ölkəsinin məsuliyyətini etiraf etməlidir.
Vurğulamaq
lazımdır ki, Azərbaycan ərazilərinin 20 faizini zəbt
edərək 30 il ərzində işğal altında
saxlamış Ermənistana Fransanın silah satması ordusunda
və bir çox siyasi dairələrində revanşist hisslərin
hakim olduğu bu ölkəni Azərbaycana qarşı təkrar
müharibəyə sövq etmək və regionu qana
çalxalamağa xidmət edir.
Qərbi Azərbaycan
İcması Fransandan Ermənistanı
silahlandırmasını və digər pozucu əməllərini
dərhal dayandırmağı tələb edir".
Azərbaycan.-2024.-
20 iyul (№ 151).- S.8.