Dövlətin
sosial siyasətinin ana xətti
Məşğulluğun
təmin olunması üçün yeni yollar axtarılır, ehtiyat mənbələrindən
istifadə edilir
Ölkəmizdə əhalinin
məşğulluğunun təmin
edilməsi gündəmdən
düşməyən, daim
diqqət mərkəzində
olan məsələdir.
Bu, Prezident İlham Əliyevin yürütdüyü sosial
siyasətin, eləcə
də həyata keçirilən sosial islahatların ayrılmaz hissəsini təşkil edir. Şəhər əhalisi ilə yanaşı, kənd sakinlərinin də işlə təmin olunmasına xüsusi önəm verilir.
Son 20 ildə regionların tarazlı inkişafı bölgələrdə
çoxsaylı və
müxtəlif təyinatlı
müəssisələrin açılmasına
imkan verib ki, bu da
istər rayon mərkəzlərində, istərsə
də kəndlərdə
yaşayan insanların
öz məşğulluq
problemini həll etməsi ilə nəticələnib. Belə
ki, 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına yönəldilən
I Dövlət Proqramının
icrasına start veriləndən üzübəri
bu sahədə ardıcıl tədbirlər
həyata keçirilir.
Qeyri-neft/qaz sektorunun getdikcə irəliləməsi, iqtisadiyyatın
diversifikasiyası və
prioritet sahələrə
irihəcmli investisiyaların
yatırılması qarşıya
qoyulan vəzifələrin
müvəffəqiyyətlə yerinə yetirilməsinə,
istehsal və emal müəssisələrinin
fəaliyyətə başlamasına
zəmin yaradır.
Statistik rəqəmlərə
müraciət edək.
İlkin məlumatlara
əsasən, cari il iyul ayının
başlanğıcında Azərbaycanda
iqtisadi fəal əhalinin sayı 5 milyon 280,6 min nəfər olub. Onlardan 4 milyon 996,5 min nəfəri məşğul əhalidir.
İyunun 1-i vəziyyətinə
isə muzdla çalışan işçilərin
sayı 1 milyon 749,4 min nəfər olub. İqtisadiyyatın dövlət sektorunda 893,1
min, qeyri-dövlət
sektorunda 856,3 min nəfər çalışıb.
Neft-qaz sektorunda 31,9 min, qeyri-neft/qaz sektorunda 1 milyon 717,5 min nəfər cəmləşib.
Təkcə bu
ilin birinci rübündə ölkədə
22 min 517 yeni iş yeri açılıb.
Bu da keçən
ilin eyni dövründə olduğundan
25,9 faiz çoxdur. Yeni iş yerlərinin
20 min 37-si mövcud,
2265-i isə yeni müəssisə və təşkilatlarda açılıb.
Beləliklə, ölkədə
istifadəyə verilən,
iqtisadiyyatın müxtəlif
sahələrini əhatə
edən yeni müəssisələr məşğulluq
məsələsinin həllinə
töhfələrini verməkdədir.
İqtisadiyyatın şaxələndirilməsi,
xüsusilə qeyri-neft
sektorunun inkişafı
ilə bağlı qarşıya qoyulan prioritetlər uğurla həllini tapır. Qeyri-neft sektorunda kənd təsərrüfatı
məhsullarının payı
artır. Nəticədə,
həm də emal müəssisələri
çoxalır. Bu isə ərzaq təhlükəsizliyinin təmin
olunması və idxaldan asılılığın
aradan qaldırılması
ilə yanaşı, həm də yeni iş yerləri
deməkdir.
Dövlətimizin başçısı
bölgələrə hər
səfərində yeni
müəssisələrin açılışını
edir, yaxud təməlini qoyur. İndi işğaldan azad edilmiş ərazilərimizdə aparılan
tikinti-quruculuq və bərpa işləri diqqət mərkəzində
olsa da, digər bölgələr
də əsla unudulmur.
Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət
Məşğulluq Agentliyi
tərəfindən yanvar-iyun
aylarında ölkə
üzrə 203,1 min şəxs aktiv məşğulluq tədbirləri
ilə əhatə olunub. Onlardan 84,4 min nəfərin münasib işlərlə
təminatı həyata
keçirilib. 1,9 min şəxs isə özünüməşğulluq proqramı çərçivəsində
kiçik ailə təsərrüfatlarını yaratmaları üçün
aktivlərlə təmin
edilib. Qeyd olunan dövrdə agentlik tərəfindən
8,5 min nəfər işsiz və işaxtaran şəxs üçün peşə
hazırlığı kursları
təşkil edilib,
108,3 min şəxsə
peşəyönümü xidmətləri göstərilib.
Özünüməşğulluq
geniş vüsət alır. Bu, vətəndaşlar üçün
əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin
öz büdcəsi olur, bunun sayəsində
də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin
köməyi ilə. Bu proqram insanların
dolanışığını yaxşılaşdırmaqla yanaşı,
iqtisadi inkişafa təkan verir.
Özünüməşğulluğun
təşkili zamanı
şəhid ailəsi
üzvləri və qazilərə, ünvanlı
dövlət sosial yardımı alan, eləcə də əlilliyi olan və həssas kateqoriyaya aid digər şəxslərə
üstünlük verilir.
Prezident İlham
Əliyevin tapşırığına
uyğun olaraq "Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa
dair I Dövlət Proqramı" çərçivəsində
doğma yurdlarına köçürülən sakinlərin
məşğulluğunun həlli
istiqamətində ardıcıl
tədbirlər həyata
keçirilir. Onlarla görüşlər keçirilərək
məşğulluq imkanları
qiymətləndirilir və
məşğulluqlarının təmin olunması üçün müvafiq
ərazilərdə fəaliyyət
göstərən işəgötürənlərlə
əməkdaşlıq şəraitində
dəstək tədbirləri
görülür. Bu tədbirlər çərçivəsində
ötən dövrdə
Füzuli və Laçın şəhərlərində
əmək yarmarkaları
təşkil edilib.
İşğaldan azad
olunmuş ərazilərə
dönən sakinlərin
məşğulluğunun təmin
edilməsi istiqamətində
görülən işlərin
əsas istiqamətlərindən
biri də peşə hazırlığı
kurslarının təşkilidir.
2026-cı ilə qədər
bu ərazilər üzrə nazirliyn xətti ilə ilkin mərhələdə
12 min şəxsin peşə hazırlığına
cəlb edilməsi planlaşdırılır. Ümumilikdə
2023-cü ildə ölkə
üzrə 1000-dən çox
keçmiş məcburi
köçkün peşə
hazırlığına cəlb
olunub. İşğaldan
azad edilmiş ərazilərimizdə aktiv
məşğulluq proqramları
davamlı olaraq genişlənir.
Bu ilin mayında Dövlət Məşğulluq Agentliyində
işğaldan azad olunmuş ərazilərimizdə
fəaliyyət göstərən,
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı və Ağdam Sənaye Parkına aid işəgötürənlərlə
görüş keçirilib.
Tədbirdə "Məşğulluqdan
məskunlaşmaya" devizi
ilə həyata keçirilən aktiv məşğulluq proqramları
barədə məlumat
verilib. Bu proqramların icrasında həmin ərazilərdə
fəaliyyət göstərən
şirkətlərlə əməkdaşlığın
önəmi vurğulanıb.
Bildirilib ki, işəgötürənlər tərəfindən vakansiya
bankına vakant iş yerləri barədə məlumatlar daxil edilməsi, habelə vakant iş yerləri barədə məlumatların
agentliyin müvafiq filiallarına təqdim edilməsi Qarabağ və Şərqi Zəngəzurda sakinlərin
məşğulluq tədbirləri
ilə əhatə olunmasında mühüm rola malikdir.
Görüşdə işəgötürənlərlə bu istiqamətdə gələcək əməkdaşlığa
dair təqdimat edilib, işəgötürənlərin
təklifləri dinlənilib,
müzakirələr aparılıb.
Əmək qabiliyyəti
olan keçmiş məcburi köçkünlərlə
fəal iş aparılmasının nəticəsidir
ki, onlardan 1300 nəfərin daimi məşğulluğu təmin
olunub. Böyük qayıdış çərçivəsində
bütün vasitələrdən
istifadə edilir. Doğma yurda dönənlərə həm
vakansiyalar üzrə
işə düzəlmək,
həm də özünüməşğulluq proqramı çərçivəsində
dəstək verilir.
Bir sözlə,
ölkənin hər bir yaşayış məntəqəsində
əməkqabiliyyətli insanların işlə təmin edilməsi
üçün yeni yollar axtarılır, məşğulluğun
yeni formaları tapılır, bu məqsədlə daxili ehtiyat mənbələrindən
geniş istifadə olunur.
Flora
SADIQLI,
Azərbaycan.-2024.-
20 iyul (№ 151).- S.8.