Şuşada "Vaqiflə səyahət" adlı bədii-musiqili tamaşanın premyerası olub

 

Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb

 

 

Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günləri başa çatıb.

AZƏRTAC xəbər verir ki, poeziya bayramına iyulun 19-da Xurşidbanu Natəvanın evinin qarşısında təşkil edilən "Vaqiflə səyahət" adlı bədii-musiqili tamaşa ilə yekun vurulub.

İlk dəfə təqdim olunan tamaşa azərbaycanlı səyyah, coğrafiyaçı, tarixçi, etnoqraf, filosof şair Hacı Zeynalabdin Şirvaniyə həsr olunub. Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olub. O, ilk təhsilini ailəsi Kərbəla şəhərinə köçdüyündən orada alıb. 1796-cı ildə təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedib. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya riyaziyyat elmlərini, habelə xarici dilləri öyrənib. Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb gəlmiş alimlərin, müqəddəs şəhərin ziyarətinə gələn zəvvarların söhbətləri bu gənc oğlanın nəzərlərində yeni bir dünya açıb. Dünyanı görmək onun möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə çevrilib o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlib.

Xalqımızın tərbiyə edib böyütdüyü bu görkəmli alimin adı nəinki vətənimizdə, hətta onun sərhədlərindən çox-çox uzaqlarda geniş şöhrət tapıb. H.Z.Şirvaninin tarixi, fəlsəfi, coğrafi, bioqrafik xarakter daşıyan əsərləri Çin, Hindistan, Koreya Respublikası, İran, Türkiyə, İndoneziya, Bolqarıstan, Polşa, Fransa, İngiltərə s. ölkələrin mütəxəssisləri alimləri tərəfindən çox yüksək qiymətləndirilir.

Şuşada təqdim olunan səhnə əsərində bu görkəmli alimin həyat yolu, ömür kredosu bir daha vərəqlənərək tamaşaçıya çatdırılıb.

Tamaşanın ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Təqdimatdan əvvəl AZƏRTAC-a müsahibə verən Loğman Kərimov deyib ki, bu, Hacı Zeynalabdin Şirvaninin həyatından bəhs edən musiqili səhnə əsəridir. O, 42 il dünyanı səyyah kimi gəzib.  Tamaşanın iki aydan çox müddətə ərsəyə gəldiyini söyləyən L.Kərimov deyib ki, səhnə əsərində, eyni zamanda Məhəmməd Füzuli, Nəsimi, Məhsətidən tutmuş, Azərbaycan şeirinin, musiqi mədəniyyətinin inkişafında xidmətləri olan onu dünyada təbliğ edən, yayan, tanıdan söz xiridarlarının ömür yoluna, yaradıcılığına toxunulur, onların keçdiyi yol bir örnək kimi təqdim edilir.

Hacı Zeynalabdin Şirvaninin dünyada geniş tanındığını qeyd edən Loğman Kərimov deyib: "Olduqca qürurvericidir ki, bu gün hətta İndoneziyada Zeynalabdin Şirvani adına böyük kitabxana fəaliyyət göstərir".

Tamaşanın premyerasının Şuşada Vaqif Poeziya Günləri çərçivəsində keçirilməsini böyük mədəni hadisə adlandıran quruluşçu rejissor deyib: "Mədəniyyət Nazirliyinin xüsusi sifarişi ilə hazırlanan bu səhnə əsəri dünyada Azərbaycan mədəniyyətini yayan azərbaycanlılarımızı tanıtmaq məqsədilə ərsəyə gətirilib".

Sonra səhnə əsəri təqdim olunub.

Tamaşada Şuşa Dövlət Musiqili Dram Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı Azərbaycan Dövlət "Yuğ" Teatrının aktyorları ilə yanaşı, Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Nigar Şabanova, xanəndələr Hüseyn Məlikov, Nüşabə Kərimli, Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblı Bakı Xoreoqrafiya Akademiyasının tələbələri iştirak ediblər.

Böyük peşəkarlıqla hazırlanmış səhnə əsəri hər bir tamaşaçıya görkəmli söz xiridarlarımızı daha yaxından tanıdıb.

Bununla da mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilən növbəti Vaqif Poeziya Günləri yekunlaşıb.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair dövlət xadimi Molla Pənah Vaqifin (1717-1797) məqbərəsinin Poeziya evinin təntənəli açılışı olub. Məhz həmin tədbirdə Heydər Əliyev ədəbiyyat xadimlərimizin bu yöndə təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.

Qırx iki illik tarixə malik Vaqif Poeziya Günləri işğaldan azad edilmiş Şuşada artıq dördüncü dəfə təşkil olunur.

 

Azərbaycan.-2024.- 20 iyul (№ 151).- S.9.