Şuşada
"Sözün repressiyası"
sənədli filmi nümayiş olunub
Vaqif Poeziya Günləri çərçivəsində
iyulun 19-da Şuşa
Otel-Konqres Mərkəzində
Mədəniyyət Nazirliyinin
dəstəyi ilə çəkilən "Sözün
repressiyası" sənədli
filminin nümayişi
olub.
AZƏRTAC xəbər
verir ki, "Bulatfilm Production" şirkətinin istehsalı
olan filmin rejissoru Rafiq Həşimov, ssenari müəllifi Səlim
Babullaoğlu, operatoru Rüfət Süleymanovdur.
Filmdə
repressiya qurbanlarına çevrilmiş 31 yazıçı,
şair və digər ədiblərimiz xatırlanır, bəzilərinin
faciəvi tarixçəsi danışılır. Eyni zamanda, filmdə
Stalin repressiyalarının
retrospektiv planda faciəvi və tarixi fəlsəfəsi araşdırılır.
Ekran əsərində
Xalq yazıçısı
Anar, tarixçi-cavidşünas
Həmid Cəfərov,
akademik Rafael Hüseynov, Siyasi Repressiya Qurbanları Muzeyinin rəisi Mirabbas Məmmədov, filoloq alimlərdən Firudin Qurbansoy və Bədirxan Əhmədovun Stalin repressiyalarının və
kommunist siyasətinin mahiyyəti ilə bağlı fikirləri yer alıb. Ekran əsəri tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanıb.
Azərbaycan.-2024.-
20 iyul (№ 151).- S.9.