YAP Mərkəzi
Aparatında Milli Məclisə seçkilərlə
əlaqədar müşavirə
keçirilib
İyulun 20-də Yeni
Azərbaycan Partiyasının
(YAP) Mərkəzi Aparatında
Azərbaycan Respublikası
Milli Məclisinə
2024-cü il sentyabrın
1-nə təyin edilmiş
növbədənkənar seçkilərlə
əlaqədar yerli seçki qərargahları
sədrlərinin iştirakı
ilə müşavirə
keçirilib.
YAP-dan AZƏRTAC-a bildirilib
ki, müşavirədə
partiyanın İdarə
Heyətinin 2024-cü il
3 iyul tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında
əks olunan əsas hərəkət və tədbirlərlə
əlaqədar ötən
müddət ərzində
görülmüş işlər
ətrafında müzakirələr
aparılıb, onların
icra vəziyyətinin
təhlili əsasında
növbəti dövr
üçün konkret
vəzifələr müəyyən
edilib, müvafiq tapşırıq və tövsiyələr verilib.
Azərbaycan.-2024.-
21 iyul (№ 152).- S.3.