The Guardian”: “Azərbaycan
qazıntı yanacağı
istehsalçılarına qlobal
istiləşmə ilə
mübarizəyə qoşulmağı
təklif edir”
Xarici mətbuat
bu il COP29 iqlim sammitinə ev sahibliyi edəcək
Azərbaycanın irəli
sürdüyü İqlim
Maliyyəsi üzrə
Fəaliyyət Fondunun
yaradılması təşəbbüsündən
bəhs edir.
AZƏRTAC xəbər
verir ki, İngiltərənin nüfuzlu “The Guardian” qəzetinin
iyulun 20-də dərc etdiyi məqalədə iqlim investisiya
fondunun qazıntı yanacağı istehsal edən ölkələrdən
və şirkətlərdən maliyyə töhfələri
qəbul edəcəyi və bu vəsaitləri inkişaf etməkdə
olan ölkələrdə istixana qazı emissiyalarının
azaldılması, ekstremal hava şəraiti ilə mübarizə
və müqavimətin artırılmasına yönəlmiş
layihələrə investisiya üçün istifadə edəcəyi
qeyd edilir. Diqqətə çatdırılır ki,
fondun vəsaitinin 1 milyard dollara çatacağı gözlənilir.
COP29-un baş müzakirəçisi
Yalçın Rəfiyevin
sözlərinə görə,
ənənəvi maliyyələşdirmə
üsulları iqlim böhranının çağırışlarına
qeyri-adekvat olduğunu
sübut edib. O deyib: “Ona görə
də biz problemə fərqli yanaşmaya qərar verdik. Fond qazıntı
yanacağı istehsal
edən ölkələrin
və şirkətlərin
töhfələri hesabına
formalaşacaq və istənilən inkişaf etməkdə olan ölkə bu fonddan pul ala
biləcək”.
The Guardian” qəzetinin ətraf mühitin mühafizəsi üzrə
redaktoru, məqalənin
müəllifi Fiona Harvey yazır: “Fondun yaradılması BMT-nin iqlim danışıqlarında
mədən yanacaqları
və dünyanın əksər istixana qazları emissiyalarını
istehsal edən ölkələr və sənaye cəhətdən
yoxsul ölkələrə
üzləşdikləri iqlim
böhranının öhdəsindən
gəlməkdə kömək
etmək öhdəliyi
ilə əlaqələndirmək
üçün ilk cəhddir”.
Qazıntı Yanacağının
Yayılmaması Müqaviləsi
Təşəbbüsü üçün qlobal əlaqə direktoru Haryet Sinqh inkişaf
etməkdə olan ölkələr üçün
yeni fond təklifinin şirkətlərin
karbon emissiyalarını
azaltmaq üçün
məsuliyyətini bir
daha təsdiq etdiyini deyib. O, iqlim böhranına qazıntı yanacaqlarının
istehsalının səbəb
olduğunu və bu sənaye şirkətlərinin iqlim
dəyişikliyinin fəsadlarını
da ödəməli olduğunu vurğulayıb.
Nəşr xatırladır
ki, daha əvvəl Qrenada arxipelaqındakı doğma
adasında Beril qasırğasının dağıdıcı
nəticələrinin şahidi
olmuş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil bütün
ölkələri emissiyaları
azaltmaq və iqlim böhranından ən çox təsirlənən yoxsul ölkələrə yardım
göstərmək üçün
daha sərt planlar hazırlamağa çağırıb.
İcraçı katib
vurğulayıb ki,
UNFCCC Tərəflərinin Konfransının əhəmiyyəti
ondan ibarətdir ki, o, bəşəriyyətə
iqlim böhranını
aradan qaldırmaq, karbonsuzlaşdırma məqsədinə
nail olmaq və iqlimə davamlılıq yaratmaq üçün ümid verir.
Azərbaycan.-2024.-
21 iyul (¹ 152).- S.3.