Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri güclənməkdədir

 

 

"Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri çox uğurlu oldu. Dövlət başçısının bir sıra ölkələrin liderləri ilə keçirdiyi görüşlər, aparılan müzakirələr bir daha təsdiqlədi ki, dövlətimizin beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənməkdədir".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.  Deputat bildirib ki, Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısına dəvət olunması iştirakı dövlət başçısının beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir. Ümumilikdə, "Avropa Siyasi Birliyi" qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini rifahını gücləndirməkdir.

Azərbaycanın "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə görüşünə evsahibliyi edən Böyük Britaniya ilə geniş əlaqələrə malik olduğunu vurğulayan deputat bildirib ki, uğurlu çoxşaxəli xarici siyasətdə əsas istiqamətlərdən birini bu ölkə ilə münasibətlər tutur. "Böyük Britaniya-Azərbaycan arasında əlaqələr tarixi strateji əhəmiyyətə malikdir. İki ölkənin münasibətlərinin müasir tarixi öz başlanğıcını ötən əsrin 90-cı illərinin əvvəllərindən götürür. Böyük Britaniya Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk Qərb ölkələrindən biridir. Ötən dövr ərzində iki dövlət arasında müxtəlif sahələr üzrə əlaqələr uğurla inkişaf edib", -deyə müsahibimiz əlavə edib .

Sevinc Fətəliyeva xatırladıb ki, Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən "Enerji bağlantı" mövzusunda "dəyirmi masa"da çıxış edərək bildirib ki, enerji sahəsində Bakıda müəyyənləşdirilən strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. 2021-ci ildə Azərbaycanın Avropa qitəsinə qaz təchizatı ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il 25 milyard kubmetrə çatacaq.  Nəzərə almaq lazımdır ki, qaz ixracının yarıdan çoxu Avropaya gedir. Bu ölkələrə Türkiyə, Gürcüstan, Serbiya, Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan Rumıniya daxildir. Həmin ölkələrdən beşi Avropa İttifaqının üzvüdür. O da məlumdur ki, Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə qaz ixrac edir. Eyni zamanda bu məsələdə tranzit ölkə rolunu oynayır.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın böyük neft qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb: "Azərbaycanın enerji siyasəti həm Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur bu prosesdən bütün dövlətlər bəhrələnə bilirlər. Burada əsas məqamlardan biri Avropa ölkələrinin Azərbaycandan mavi yanacaq "yaşıl enerji" idxal etmək imkanlarının geniş olmasından ibarətdir. Bu gün dünyada gedən siyasi-iqtisadi proseslər yeni çağırışları aktuallaşdırır. Bu çağırışların əsasında isə əməkdaşlıq yeni enerji layihələri dayanır. Statistik rəqəmlər sübut edir ki, Azərbaycanın beynəlxalq bazara, əsasən , Avropa bazarına qaz ixracında böyük irəliləyişlər var. Proseslər Avropanın Azərbaycan qazına "yaşıl enerji"sinə daha çox ehtiyacının olduğunu göstərir".

Ölkəmizin bu gün dünyada etibarlı tərəfdaş kimi tanındığını deyən S.Fətəliyeva əlavə edib ki, bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Bütün bunlara paralel olaraq Azərbaycan alternativ enerji siyasətini gücləndirir, "yaşıl enerji"yə böyük önəm verir. COP29-un bu il ölkəmizdə keçirilməsi bunu təsdiqləyir.

Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin bır sıra görüşlər keçirdiyini xatırladan deputat bildirib ki, Almaniya Kansleri Olaf Şoltsla, Macarıstanın Baş naziri, Litvanın Prezidenti, eləcə digər bir sıra ölkələrin liderləri ilə danışıqları olub. Məhz uğurlu xarici siyasətimizin nəticəsidir ki, Avropa ölkələri Azərbaycanla əməkdaşlığa böyük maraq göstərirlər.

Mükəmməl xarici siyasətimizin göstəricilərindən biri kimi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrini göstərmək olar. Cənab Prezidentin bu ay ŞƏT-in Qazaxıstanda keçirilən sammitində iştirakı da bunu təsdiqləyir. Həmçinin ölkəmiz mötəbər bir beynəlxalq tədbirə - Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə evsahibliyi edib.

Bütün bunlar göstərir ki, uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə dostlarının sayı artır, eləcə dünya miqyasında nüfuzu mövqeləri güclənir. Prezident İlham Əliyevin Böyük Britaniyada keçirilən "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə görüşündə iştirak etməsi bu istiqamətdə ölkəmizin daha bir uğurudur.

 

Əsmər QARDAŞXANOVA

Azərbaycan.-2024.- 21 iyul (№ 152).- S.3.