Milli mətbuatdan müasir mediaya uzanan 149 il

 

Azərbaycan milli mətbuatı - 149

 

 

 

Həyatımızın müxtəlif sahələrinin texnoloji təkamül prosesi ilə sinxronlaşa bilməməsi son onillikdə ciddi polemika mövzularındandır haqlı olaraq gündəmə çevrilən bu məsələ media dünyasında da aktualdır. Müxtəlif beynəlxalq platformalarda son illərdə bu, gəlişməkdə olan, böyük ehtimalla, sonsuzluğa qədər inkişafını davam etdirməsi heç bir şübhə doğurmayan informasiya-kommunikasiya texnologiyaları resurslarının yaratdığı mənzərə ilə izah olunur. Məsələn, daha çox reklam bazarında televiziya kanallarının payının davamlı olaraq tendensiyaya çevrilməsi, rəqəmsallaşma ilə əlaqəli məsələlər, ilk növbədə, regional oyunçularla gənc auditoriya arasında televiziyaya baxışın azalması bu fikirləri intensivləşdirir.

Media menecerlərinin qənaəti onunla əsaslanır ki, internetin inkişafı televiziya kanalları üçün iki əsas dəyişikliyə səbəb olub bu, onlar üçün, ilk növbədə, tamaşaçılara eksklüziv çıxışı itirmək reallığının fonunda baş verir. Məsələ bundadır ki, tezlik üçün lisenziya əldə olunması artıq izləyicinin diqqətini cəlb etməyə zəmanət vermir. Üstəlik, bazara getdikcə daha çox müasir kommunikasiya oyunçusu daxil olmaqdadır. Onlar klassik kanalların məzmununda dominantlığa nail olmaq yolunu təşkil etdikləri masaüstü avadanlıqlar cihazlarda, gözlənilməyən sürətlə təkmilləşən mobil telefonlarda görürlər. Bu isə yeni dalğanın  üstündə gələnlərə öz iddialarını təsdiqləməklə bərabər, tamaşaçı ovunun müxtəlif cəlbedici metodlarını mənimsəmək üçün kifayət edən mühüm psixoloji üstünlük yaradır. Onlar üçün nəinki "kino" məzmunu yoxdur fon görüntüləri ilə işləməyi öyrənməsələr , tamaşaçı üçün lazım olduğunu akademik formada əxz ediblər. Telekanalların itkisi bununla kifayətlənmir "itirilənlərin" ikincisi, bizə elə gəlir ki, daha vacibdir: televiziya kanallarında sanki "izləyici xəzanı" başlayıb, üstəlik, kreativ yanaşmalar ləngisə, bu, daha uzunmüddətli nəticələrə gətirib çıxaracaq.

Oxşar mövzuda aktual olduğu qədər intensiv səslənən fikirlərin platformalarına evsahibliyi edən ölkələrdən biri Azərbaycandır 2023-cü il iyul ayının 22-də Şuşada "Heydər Əliyev İli" çərçivəsində Azərbaycan milli mətbuatının 148-ci ildönümünə həsr edilən "IV Sənaye İnqilabı dövründə yeni media" mövzusunda Şuşa Qlobal Forumu bu mövzu üzrə ən məhsuldar tədbirlərdən biri kimi yadda qaldı. Diqqətli oxucular yaxşı xatırlayırlar ki, 48 ölkədən 150-yə yaxın jurnalistin, həmçinin yerli beynəlxalq səviyyəli media təsisatı nümayəndələrinin iştirak etdiyi forumun açılış mərasimində iştirak etməklə bərabər, iştirakçıların suallarını cavablandıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələ ətrafındakı suala qədər konseptual, ölkə dünya media qurucuları üçün yol xəritəsi olacaq fikirlər səsləndirdi. Ölkəmizin nüfuzlu ali məktəblərinin birində kommunikasiya sahəsi ilə bağlı müəllimin ölkə Prezidentinə ünvanlanan "Bu gün ərzində biz həmkarlarımızla müasir media trendləri haqqında danışacağıq bu sahədə yaranan sual sosial media ilə peşəkar KİV arasında əlaqələrə aiddir. Burada müəyyən rəqabət var. Siz sosial şəbəkələrdə çox fəalsınız, fəaliyyətiniz işıqlandırılır Sizi müxtəlif nəsillərin nümayəndələri izləyirlər. Mənim oğlum da Sizin fanatınızdır Birinci Xanım da bilməlidir ki, biz onu çox diqqətlə izləyirik. Onun mesajları, videoları çox isti səmimi olur o da Sizinlə birbaşa təmasın vasitəçisidir, heç bir maneəsiz, süzgəcsiz. Sosial şəbəkələrdən istifadə baxımından Siz sosial medianın rolunu necə görürsünüz Siz ondan istifadə edirsiniz"- sualına cavab ibrətamizliyi ilə yadda qaldı. O, belə səslənirdi: "Mən sizə deyə bilərəm ki, ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm. Media ilə təmaslarımda həmişə deyirdim ki, siz mənim gündəlik işimdə mənə yardımçı olursunuz. Çünki hər bir prezidentin bir-birinə bənzər fəaliyyəti var. Xüsusilə Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir istənilən xəbərə, yaxşı ya pis xəbərə hazır olmalıdır. Eyni zamanda fəaliyyətin miqyası o qədər böyükdür ki, bəzən bir görürsünüz, cəmiyyətin nəbzini müəyyən qədər hiss etməmək olur, çünki cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır".

O da vurğulanmalıdır ki, kommunikasiya üzrə mütəxəssis sosial medianı "idarəolunan media"dan fərqləndirən getdikcə sosiumu "heç bir maneəsiz süzgəcsiz"liyinə görə cəlbediciliyini dilə gətirir. Yeniyetməliyindən, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda oxuduğu dövrlərdən bəri zamanın ən yeni kommunikasiya vasitələrinin imkanlarından bəhrələnən Prezident cənab İlham Əliyev həmişə olduğu kimi cavablarında birmənalı səmimidir: "Mən ölkədə səyahət edirəm, insanlarla görüşürəm təbii ki, sosial mediadan istifadə edirəm. Azərbaycanda baş verən bir çox hadisələr ya mənə məruzə edilməmiş bəzi faktlar, bürokratik maneələr, yaxud bilərəkdən mənə məruzə edilməyən müəyyən məsələlər olubdur ki, bu barədə nəvələrim mənə müəyyən məlumatları verirlər. Övladlarım sosial mediada gördüklərini mənə deyirlər mən özüm sosial medianı izləyirəm. Etiraf edim ki, qrafikimin gərginliyi səbəbindən müəyyən məsələlər diqqətimdən yayına bilər. Həm sosial media, həm ənənəvi KİV mənə kömək edir ki, məsələlərdən xəbərdar olum ona dərhal reaksiya verim".

Bu, ölkə Prezidentinin birinci növbədə yerli ənənəvi media qurucularına, menecerlərinə ismarışı kimi qəbul edilməli bazar iqtisadiyyatının bütün sosial sahələr üçün getdikcə aktuallaşan "qızıl qaydası"ndan yayınmağın mümkünsüzlüyünün ən sərrast ifadəsidir.

Bu, daha çox özünəməxsus iqtisadi, siyasi, mədəni şəraiti olan oxşar təsisatların mövcudluğunu dünya tendensiyaları ilə ayaqlaşmağa çalışmaq məcburiyyətində qoymaqla yanaşı, sabitliklər reallığından asılı olanların "yanlış başa düşülməmək" üçün atılan addımlarıyla televiziyanın inkişaf səviyyəsinin ziddiyyətli qiymətləndirilmələrinə səbəb olur. Nəticə olaraq, sosial təfəkkürdə televiziya istehsalının böyük əksəriyyətində məzmunun aşağı səviyyədə olmasından narahatlıq ifadə olunur, digərləri isə televiziyanın sosial şəbəkə mediasından geri qalma riski barədə fikirləşirlər. Nəticədə neçə min illərdir qaçılmaz yeniliklərlə "əbədi funksionallıq qaynağı" olan klassiklər arasında müasir televiziyanı inkişaf tendensiyaları ətrafındakı " etməli" sualı aktual olaraq qalır. Həm kütləvi kommunikasiya tədqiqatçıları, həm müasir televiziya kanallarında çalışan praktiklər arasında mübahisə müzakirələrə səbəb olan bu sualın hər iki tərəfdən eşidilən cavabları qədər arqumentli səslənsə , yaranmış situasiyada dominantlıq ab-hava yaratmaqdan uzaq görünür.

Müasir telekanalların proqramlaşdırılması prinsiplərinin dəyişdirilməsi, dominantlıq yayım şəbəkəsinin strukturlaşdırılmasında reytinq yanaşması siyasətində media bazarına əsaslı təsir edən tendensiyaların dəyişməsi qaçılmazdır. O dəyişikliklərdən yayınmaq intuitiv olaraq ortaya çıxan gerçəklik effektini saxlayır bunun bariz ifadəsinin necə baş verdiyi Azərbaycan Televiziya Radio Verilişlərinin nümunəsində müşahidə edilir. Bu baxımdan, yerli radiodan 30 il sonra, 1956-cı il fevralın 14-də fəaliyyətə başlayan Azərbaycan Televiziyasında ayrı-ayrı kontekstlərdən baxılan inkişaf, daha sərrast ifadə etsək, tamaşaçı ilə qurulan ünsiyyət formulasına baxmağımız maraqlı olardı.

"Böyük dövlət xadimlərinin fəaliyyət izi hər bir xalqın həyatının bütün sahələrində özünü göstərir" - deyimini xatırlatmaqla onu qeyd etmək yerinə düşər ki, Ana Televiziyamızın inkişafında yaddaqalan hadisələr Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmə düşür. Ovaxtkı Azərbaycanın ictimai-siyasi mədəni həyatında yeni texniki vasitə olaraq daxil olan Azərbaycan Televiziyası təkcə  xalqımızın keçmiş şərəfli tarixinin ən parlaq səhifələrinin təbliği ilə məşğul olmur, həm milli-mənəvi dəyərlərimizin, yetişən gəncliyin şüurunda özünə yuva qurmasında başlıca missiyanı yerinə yetirirdi. Bu, ölkənin Birinci şəxsinin baxışları ilə birbaşa bağlı olan məsələdir onun vacibliyini nəzərdə tutan Ulu Öndər televiziyanın fəaliyyətinə xüsusi önəm verir, bunun üçün ilk növbədə, onun maddi-texniki bazasının möhkəmlənməsi, məzmun forma yenilənməsi üçün iradəsini ortaya qoyur, nəticə olaraq, onun yayım arealının genişləndirilməsi üçün hər cür dəstək göstərirdi.

Azərbaycan Televiziya Radiosu keçdiyi 68 illik yolda qazanılan zəngin təcrübəsi ilə milli dəyərlər, dövlətçilik təfəkkürü əsasında yaradılmış məktəbə çevrilib bu gün ölkənin televiziya məkanında aparıcı rolunu saxlamaqdadır. İstər özünün maddi-texniki bazasının zənginliyi, istərsə uzun illərdən bəri formalaşan ən yaxşı ənənələr əsasında yetişən peşəkar yaradıcı heyəti ilə AZTV rəngarəng mövzuları, təqdimat formaları ilə seçilən, teleməkanda öz auditoriyasını qazanan, inkişaf yolunda yeni addımlar atan, gündən-günə mövqelərini möhkəmləndirməkdə olan quruma çevrilməkdədir.

Media diskursunun diqqətəlayiq mövzularından birinə çevrilmiş konvergensiya indi müxtəlif kontekstlərdə - sənaye hadisəsi kimi, təşkilati idarəetmə qərarlarının məcmusu kimi, jurnalist fəaliyyətinin yeni xüsusiyyəti, yeni medianın yaranması üçün ilkin şərt kimi nəzərdən keçirilir. Bu zaman interaktivlik (media ilə istifadəçilər arasında birbaşa əlaqə, müəllif-istehlakçı ünsiyyət modelində rolun inversiyası), hipermətn məzmunu (sistem tərəfindən birləşdirilən potensial sonsuz mətnlər toplusundan ibarət mətn), multimedia transsərhəd (media redaksiyasının coğrafi yerindən asılı olmayaraq məlumatların yayılması, məhdudiyyətsiz potensial auditoriya) faktorları başlıca amil kimi diqqəti cəlb edir.

"Şəbəkənin inkişafı dəyişdikcə, medianın mühüm sistem xüsusiyyətləri üzə çıxır, məlumatın yenilənmə tezliyi, yayılma sahəsi, informasiyanın diqqət mərkəzində olan sahələr məzmun müxtəlifliyi daha həssas yanaşmalar tələb edir" fikirləri ötənilki Şuşa Qlobal Forumunda səsləndirilib. ABŞ Qlobal Siyasət İnstitutunun prezidenti Paolo fon Şirahın "Medianın gələcəyi: jurnalistikada kommunikasiyada yeni alətlər rəqəmsal dövrdə medianın rolu" adlı sessiyada çıxışı zamanı ifadə etdiyi fikri bu cür əsaslandırırdı: "Hər bir insan öz xəbər agentliyini yaratmağa çalışır. Xəbərlər əyləncələr arasındakı sərhədlər bulanıqlaşıb artıq ikisi arasında eyniləşdirmə var. Nəyə baxdığımızı bilmək çətindir: sənədli film ya şou. Bütün bunlar dezinformasiyanın yayılmasına gətirib çıxarır".

Düşündürücü olduğu qədər nəticə çıxarmalı fikirlərdir bu, müasir media üçün adət etmədiyimiz yeni diferensial ödəniş situasiyası yaradır. Qloballaşma prosesində intensivləşən şərait insan həyatının bütün sahələrində olduğu kimi, dünya mediasının da yeni trendi bunu deyir.

 

 

Elməddin QULİYEV,

"Azərbaycan Televiziya Radio

Verilişləri" QSC-nin şöbə rəisi

Azərbaycan.-2024.- 21 iyul (№ 152).- S.6.