Yalçın
Rəfiyev: “İqlim
maliyyə fəaliyyət
fondu vasitəsilə
1 milyard dollar vəsait toplamağa çalışırıq”
İqlim maliyyə
fəaliyyət fondunun
yaradılması əsas
təşəbbüslərdən biridir.
AZƏRTAC xəbər
verir ki, bunu COP29-un baş danışıqçısı,
Azərbaycanın xarici işlər nazirinin müavini
Yalçın Rəfiyev COP29 Azərbaycan Sədrliyinin mətbuat
konfransında deyib.
“Əsas
çağırışların aradan qaldırılması
üçün maliyyə
çatışmazlığını görərək biz
buna yeni bir yanaşma ilə maliyyə mexanizminin
yaradılmasını təklif edirik. İqlim
maliyyə fəaliyyət
fondunun yaradılması
üçün ənənəvi
enerji istehsalçılarının
bu fonda töhfələrini verməsi
və qrant əsaslı maliyyələr
ayrılmasını təklif
edirik. Bu fonda əsas töhfə verənlər
özəlliklə neft-qaz
və kömürdən
istifadə edən ölkələrdir. Həmin
Fond vasitəsilə 1
milyard dollar vəsait toplamağa çalışırıq.
Qrant əsaslı
töhfələrin verilməsini
lazım bilməyimizin
əsas səbəblərindən
biri odur ki, kiçik ada dövlətləri təbii fəlakət baş verəndə və bununla bağlı beynəlxalq təşkilatlara müraciət
edəndə gec cavab alırlar və cavab aldıqları
vaxt dəstəyə
artıq ehtiyac duymurlar. Biz daha operativ maliyyə
qurumunu yaratmağa çalışmalıyıq ki,
onlar təbii fəlakət baş verdiyi zaman artıq
operativ cavab versinlər. Ayrılan vəsaitin 50 faizi iqlim layihələrinə,
yaşıl enerji texnologiyalarına enerji səmərəliliyi və
iqlim dəyişikliyinə
dözümlülüyün artırılmasına yönələcək.
İnvestisiyalardan gələn
gəlirlərin 20 faizi
isə 2R2F adlandırdığımız
maliyyə mexanizmi vasitəsilə inkişaf
etməkdə olan ölkələrə yönəldiləcək.
Bu fond kiçik
və orta bərpaolunan enerji istehsalçılarına da
dəstək göstərəcək
ərzaq və kənd təsərrüfatı
sahəsinə net sıfır səviyyəsinə
çatmağa imkan verəcək”, - deyə Yalçın Rəfiyev bildirib.
Azərbaycan.-2024.-
21 iyul (№ 152).- S.7.