COP29 Akademiyasının
iştirakçıları gənc iqlim fəallarıdır
Bu gün iqlim dəyişikliyi ilə mübarizə təkcə hökumətlər
və böyük şirkətlər tərəfindən
deyil, həm də gənc nəsillər tərəfindən
həyata keçirilir.
Gənclərin iqlim müzakirələrində fəal
iştirakı bu problemin həllində mühüm rol oynayır. Bu baxımdan, BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
(COP29) Azərbaycanda keçirilməsi
gənc fəallar və liderlər üçün qlobal iqlim siyasətinə töhfə vermək üçün mühüm
platformadır.
Gənclərin belə
qlobal tədbirdə fəal
iştirak etməsinin
böyük önəmi
var. Sirr deyil ki,
onlar iqlim dəyişikliyi ilə mübarizədə müasir
texnologiya və innovasiyaları təqdim etmək potensialına malikdirlər. Gənclər
COP-a yaradıcı yanaşmaqla
ənənəvi metodlardan
kənara çıxaraq
daha effektiv strategiyaların hazırlanmasına
kömək edə bilərlər. Beləliklə
də səslərinin
eşidilməsi və
qlobal iqlim siyasətlərinə inteqrasiya
etmək üçün
mükəmməl fürsət
qazanarlar.
Qlobal tədbirə
hazırlıqlar çərçivəsində gənclərin
fəallığı bu
günlərdə qabarıq hiss olunur. Onlar
vaxtaşırı toplaşaraq
tədbirin keçiriləcəyi
günlərdə görəcəkləri
işləri müzakirə
edir, planlar qurur, irəli sürdükləri təklif
və təşəbbüslərini
həyata keçirməyə
çalışırlar. İndidən
məlumdur ki, COP29-da bir çox gənc liderlər və fəallar müxtəlif panel və tədbirlərdə
çıxış edəcək,
üstəlik də yaşadıqları regionda
iqlim təşəbbüslərini
və uğur hekayələrini bölüşəcək,
digər gəncləri
bu istiqamətdə iş görməyə, təşəbbüs göstərməyə,
təklif verməyə
ruhlandıracaqlar. Gənclərin
belə təşəbbüslərinə
dəstək olmaq, eləcə də dəyər vermək üçün COP29 Akademiyası
təsis olundu.
Məlumat
üçün bildirək
ki, COP29 Akademiyası mentorluq, peşəkar inkişaf və iş imkanları təklif edən genişmiqyaslı bir layihədir. Proqramın əsas məqsədi iştirakçıların iqlim
dəyişmələri və
dayanıqlılıq sahəsində
yeni biliklərin əldə edilməsi, bu məlumatların həmyaşıdları və
ailələri ilə
paylaşılmasının təmin edilməsidir. Proqramın əsas hədəflərindən biri
də davamlı inkişaf və öyrənmə mədəniyyətinin
təşviqidir. Proqramda
həmçinin liderlik,
ünsiyyət, davamlı
peşəkar inkişaf,
layihələrin idarəolunması,
öyrənmə mədəniyyəti
və bu kimi digər vacib bacarıqların inkişafına yönəlmiş
bir sıra təlim sessiyaları yer alıb. Akademiyanın iştirakçıları
sahənin aparıcı
peşəkar mütəxəssisləri
tərəfindən dəstək,
dəyərli biliklərə
yiyələnmək və
mühüm işgüzar
əlaqələrin qurulması
kimi imkanlar qazanacaq, eləcə də iki aylıq
fəaliyyəti dövründə
ekoloji maarifləndirmə
və iqlim dəyişmələri ilə
mübarizədə gənclərin
fəal iştirakının
təmin edilməsi, bu sahədə aktiv təcrübənin qazanılması, ölkədə
irimiqyaslı və qlobal əhəmiyyətli
tədbirlərin təşkili
sahəsində peşəkarların
yetişdirilməsi yönümündə
iş aparılacaq.
COP29 Akademiyasının bu günlərdə keçirilən açılış
mərasimində test və müsabiqələr
nəticəsində 360 namizəd
arasından COP29 Akademiyasına
qəbul olunan 29 gəncin adı açıqlanıb. Ekologiya
və təbii sərvətlər naziri,
COP29-un müəyyən edilmiş
prezidenti Muxtar Babayev çıxış
edərək akademiyaya
qəbul olunmuş gəncləri təbrik edib. Onlara iqlim
dəyişmələri ilə
mübarizə sahəsində
bundan sonrakı fəaliyyətlərində uğurlar
arzulayıb. Bildirib ki, iqlim dəyişmələri
ilə mübarizədə
müasir texnologiya və innovasiyaları təqdim etmək potensialı ilə gənclərin qlobal tədbirlərdə iştirakının
böyük önəmi
var.
Qeyd edək ki, akademiyanın iştirakçıları COP29 Azərbaycan Əməliyyat
Şirkəti tərəfindən
işlə təmin olunaraq beynəlxalq konfransın təşkilinə
işçi heyətinin
üzvü qismində
töhfə verməyə
cəlb ediləcəklər.
Onlar fərqli departamentlərdə mövcud
tələblərə uyğun
olaraq vəzifələrə
təyin ediləcək
və müvafiq əməkhaqqı alacaqlar.
COP29 Akademiyası çərçivəsində
həyata keçiriləcək
təlimlər iyul-avqust
aylarını əhatə
edəcək. Akademiyada
tədris prosesi sentyabr ayının əvvəlinə qədər
davam edəcək və müxtəlif modullardan ibarət akademiyanın tədris proqramı çərçivəsində
iştirakçılara mentorluq,
davamlı peşəkar
inkişaf üçün
imkanlar təklif edilməklə onların layihələrin idarəedilməsi,
peşəkar davranış
kodeksi və s. kimi yumşaq bacarıqlara və dayanıqlılıq sahəsində
biliklərə yiyələnməsinə
şərait yaradılacaq.
COP29-a hazırlıqlar çərçivəsində görülən işlərin
dinamizminə nəzər
salanda hiss olunur ki, gənclər
qlobal tədbirin iştirakçıları olmaqdan
dolayı konfransa öz töhfələrini verməyə
çalışırlar. Bir
çox gənc liderlər və fəallar müxtəlif panel və tədbirlərdə
çıxış etməyə
hazırlaşırlar. Onlar
indidən yaşadıqları
regionda iqlim təşəbbüslərini və
uğur hekayələrini
bölüşür, digər
gəncləri bu istiqamətdə iş görməyə, təşəbbüs
göstərməyə, təklif
verməyə ruhlandırırlar.
Konfrans zamanı gənclər arasında şəbəkələşmə imkanlarının təmin
ediləcəyini də
əlavə etsək,
gələcək əməkdaşlığın
təməlinin qoyulacağına
şübhə qalmır.
Yeri gəlmişkən
qeyd edək ki, Azərbaycanda "Gənc İqlim Elçiləri" adlı
proqram da yaranıb. UNICEF-lə birlikidə Gənclər
və İdman Nazirliyi proqrama dəstək verir. Bu proqramın iştirakçıları COP29 çərçivəsində gördüyü işlərlə
fərqlənən savadlı, müasir düşüncəli,
bu günün pəncərəsindən sabaha
inamla baxan, elm, təhsil və innovasiyaların köməyi ilə gələcəyə açılan
qapıdan içəri girən iqlim fəallarıdır.
Gənc İqlim
Elçiləri və
COP29 Akademiyasının iştirakçıları
ekoloji sağlam cəmiyyətin yaradılması
üçün ətraf
mühitin mühafizəsi
ilə bağlı görülən tədbirlərdə
iştirak edərək
"Yaşıl dünya
naminə həmrəylik
ili"ndə "yaşıl
təşəbbüs"lərinin həyata keçirilməsində
mövqe nümayiş
etdirirlər. Ona görə də şübhə yox ki, ekoloji maarifləndirmənin
gücləndirilməsində və ekologiyanın cəmiyyət tərəfindən
sağlam həyat tərzinin bir hissəsi kimi qəbul
edilməsində gənclərin
rolu COP29-un keçiriləcəyi
günlərdə daha
bariz görünəcək.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-
2024.- 21 iyul (¹ 152).- S.7.