Net Zero əldə edilsə belə, dünyada enerji təhlükəsizliyi üçün qalıq yanacaqların müəyyən rolu qalacaq

 

 

"2050-ci ildə qlobal məqsəd kimi Net Sıfır emissiyalara nail olunsa belə, dünyada enerji təhlükəsizliyi üçün qalıq yanacaqların müəyyən rolu qalacaq".

Bunu energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında Azərbaycanın sədrliyinin Fəaliyyət Planının təqdimatında deyib.

"Qlobal istiləşmənin 1,5 dərəcəyə qədər məhdudlaşdırılması istixana qazlarının tullantılarının azaldılması məqsədlərindən biridir, lakin unutmaq olmaz ki, karbohidrogenlərin istehsalı daşınması karbon qazı emissiyası yaratsa da, dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Məsələn, bp-nin son enerji proqnozunda qeyd edilib ki, hətta 2050-ci ilə qədər Net Zero ssenarisi altında qlobal elektrik enerjisi istehsalının bir faizi elektrik stansiyaları üçün yanacaq kimi kömürdən istifadə edəcək", - Soltanov qeyd edib.

O, plastik tullantılar probleminin plastikin istehsalını istifadəsini azaltmaqla həll oluna biləcəyi fikrini bildirib. Bu, təbii qaza keçid yanacağı kimi qənaət edəcək.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu onun katibliyi Bonnda yerləşir.

 

Azərbaycan.-2024.- 21 iyul (№ 152).- S.7.