Saymon Still: COP29 bizə
çox böyük ümidlər verir
İqlim dəyişikliyi
nəticəsində fəlakətlər
dünyanın hər
yerində özünü
göstərir. BMT vasitəsilə
əməkdaşlıq edərək
belə böhranların
qarşısını almağa
çalışmaq lazımdır.
COP29 iqlim dözümlülüyünün
artırılması üçün
yeganə şansdır.
COP29 Azərbaycan Sədrliyi
daha iddialı fəaliyyət göstərmək
və maliyyə öhdəlikləri götürülməsinə
diqqəti cəlb etmək üçün fəal çalışır.
AZƏRTAC xəbər verir ki, bunu COP29 Azərbaycan Sədrliyinin iyulun 19-da təşkil etdiyi mətbuat konfransına videoformatda qoşulan BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
icraçı katibi
Saymon Still deyib.
“COP sədrlikləri troykası
öz öhdəliyini
- iqlim dəyişikliyi
üzrə fəaliyyət
planını açıqladı.
Bu, temperaturun 1,5 dərəcədən
aşağı saxlanılması
öhdəliyinə sadiqliklə
bağlıdır. Bütün
dövlətlər müxtəlif
sektorlarda öz öhdəliklərini yerinə
yetirməli və bu sahəyə daha çox investisiya qoyulmalıdır.
Təəssüf ki, yalnız
15 ölkənin milli adaptasiya
planı var və bu, çox aşağı göstəricidir.
Maliyyələşməni artırmaq üçün
bu sahəyə daha çox vəsait yönəldilməlidir.
Dəyən ziyanın
qarşısını almaq
üçün maliyyə
vəsaiti artırılmalıdır.
Qarşıdan gələn
COP bizə çox böyük ümidlər
verir. Bu istiqamətdə
kollektiv şəkildə
uğurlar əldə
etməliyik”.
Maliyyə boşluqlarını
doldurmaq üçün
funksional beynəlxalq maliyyə nəzarəti olmalıdır. Odur ki, 6-cı maddə Bakıda keçiriləcək
COP29-da əsas müzakirə
mövzusu olmalıdır.
Biz öz rolumuzu oynamalıyıq. Fikir ayrılıqlarına
baxmayaraq, Bakıda keçiriləcək görüşdə
qarşıda duran çağırışlarla bağlı
səylərimizi birləşdirməyə
çalışmalıyıq”, - deyə S.Still bildirib.
Azərbaycan.-2024.-
21 iyul (№ 152).- S.7.