88
yaşlı fermer Lətif Cəfərovu Biləsuvarda belə
tanıyırlar
Biləsuvarlı fermer
Lətif Cəfərovu
çoxdan tanıyıram.
Əvvəllər də
bir neçə dəfə görüşmüşük,
həmsöhbət olmuşuq.
Biləsuvardan İran İslam
Respublikası sərhəd-keçid
məntəqəsinə gedən
yolun kənarında qurub-yaratdığı komasında
duz-çörək də
kəsmişik. Koma deyəndə fermer təsərrüfatı sahəsində
tikdiyi yaşayış
yerini nəzərdə
tuturam. Əsl ev-eşiyi isə rayonun Təzəkənd kəndindədir. Kolxoz quruluşu dağılandan,
torpaq islahatı aparılandan sonra iş yerinə yaxın olsun deyə burada təzə məskən salıb, münasib şərait yaradıb, köç-külfətini də
bura gətirib. O bunları ürəyinin hökmü ilə edib.
Ağlı
kəsəndən təsərrüfat işlərində,
xüsusilə yay aylarında məktəblilər tətilə
buraxılan zaman ata-anası ilə birlikdə səhərdən
axşamacan pambığın becərilməsində,
yetişdirilən "ağ qızıl"ın
yığılıb dövlətə təhvil verilməsində
yaxından iştirak etməsi onu torpaqla ömürlük
ülfət bağlamağa sövq edib. Kəndlərindəki
orta məktəbi bitirib, Salyan Kənd Təsərrüfatı
Texnikumunun aqronomluq şöbəsinə qəbul
olunub. Buranı bitirib, təyinatını
Təzəkənd kəndindəki
kolxoza alıb. Bir müddət kiçik aqronom, aqronom-entemoloq kimi fəaliyyət göstərib.
Əməksevərliyini, təşkilatçılığını,
ixtisasını yaxşı
bilməsini nəzərə
alaraq kolxoz sədri onu pambıqçılıq briqadiri
təyin edib.
Biləsuvarda adlı-sanlı
pambıqçıların: Qızqayıt Həsənovanın,
Ərəstun Məmmədovun
və başqalarının
dövlət yanında,
xalq arasında böyük hörmətə
malik olduğunu görən gənc briqadir onlara oxşamağa çalışır,
bundan ötrü qüvvə və bacarığını əsirgəmir.
Çəkdiyi zəhmət
hədər getmir. Onun üçün il ildən uğurlu
gəlir. Qazandığı
nailiyyətlər sinəsini
bəzəyən orden
və medallara çevrilir. Rayonda keçirilən müxtəlif
tədbirlərdə qabaqcıl
əmək adamı olaraq ondan ötrü
ön sırada yer ayırırlar.
İndi həmin
günlər tez-tez kinolenti kimi onun gözlərinin önündən gəlib
keçir. Deyir: "Həyatda sevincli, kədərli günlərim
çox olub. Hər biri də
mənim üçün
unudulmazdır. Çünki
onlarda mənim uğurlu günlərim, aylarım, illərim, bəzən də hamı kimi kədərli anlarımın
izləri yaşayır.
Amma bir günün xatirəsi məndən ötrü çox əzizdir. Payız vaxtı idi. Dedilər, Heydər Əliyev Biləsuvara gələcək.
Rayon rəhbərliyi bütün əhalini bu böyük insanı layiqincə qarşılamağa səfərbər
etdi. Yaxşı yadımdadır: üç
gün idi həyəcanla gözləyirdik.
Ulu Öndər Biləsuvara gəldi. Pambıq tarlalarına baş çəkib zəhmətkeşlərlə söhbət
apardı, insanların
problemləri ilə maraqlandı. Elə həmin gün rayonun mədəniyyət
evində fəallar ilə görüş keçirdi. Biləsuvar zəhmətkeşlərinin pambıqçılıqda
əldə etdiyi nailiyyətləri yüksək
qiymətləndirdi. Məni
də səhnəyə
dəvət etdilər.
Heydər Əliyev əlimi sıxaraq
"QAZ-24" markalı "Volqa" maşınının
açarını mənə
hədiyyə etdi. Sevincim yerə-göyə
sığmırdı. O vaxt
"QAZ-24" maşını çox az adama
nəsib olurdu. Sevincimin digər səbəbi isə bu mükafatı mənə şəxsən
xalqımızın böyük
oğlunun verməsi idi".
Müsahibimin nurlu
çöhrəsindən tutqun
bir kölgə gəlib keçir. O, köksünü ötürüb
hansı xatirələrin
təsiri iləsə
sözünə davam
edir: "İllər
keçdi. Zaman da dəyişdi, quruluş da. SSRİ adlı o boyda dövlət Mixail Qorbaçov deyilən bir dövlət adamının xəyanəti
nəticəsində dağıldı.
Əslinə qalsa, bu bizim xeyrimizə
idi. Çünki müstəqil
dövlət olduq. Düzdür, əvvəllər
çox çətinliklərlə
qarşılaşdıq. Həm
hərbi, həm iqtisadi, həm də maddi-mənəvi sahələrdə xalqımız
çox çətinliklərlə
üz-üzə gəldi.
Amma 1993-cü ilin ortalarında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması
ilə ölkəmizdə
taleyüklü məsələlər
öz həllini tapmağa, işlər məcrasına düşməyə
başladı. İlk
illərdə, məlumdur
da, vəziyyət necə idi. Təsərrüfatlar dağılmışdı.
İşsiz qalan adamlar çaşbaş qalmışdılar. Nə
edəcəklərini bilmirdilər.
Yalnız az bir hissə, mənim özüm də onların içində olmaqla torpaqdan əl çəkmədik. Mən
taxılla yanaşı,
pambıq əkib-becərdim".
Onun dedikləri
Biləsuvar camaatından
eşitdiyim bir sözü yadıma salır: "Bəlkə
elə buna görədir ki, səni "pambıq Məcnunu" adlandırırlar",
- deyirəm.
O isə gülə-gülə:
"Adamlar da ad qoymaqda mahirdirlər.
Qoy onlar deyən olsun. Təki yaxşı işlərlə, zəhmətlə
adımız hallansın",
- deyir.
Lətif kişi
fermer təsərrüfatını
yaradaraq oğlanları
Mübariz, Əsgər,
Anar, Mehdi və böyüyüb ərsəyə gələn
nəvələrini də
yanına çəkir.
Hərəsinə təsərrüfatının
bir sahəsini tapşırır. Təcrübəli
adam kimi onların işlərinə
nəzarət edir. Yeri gələndə göstərişlərini verir.
Səmərəli fəaliyyət
nəticəsində gəliri,
qazancı da ildən-ilə artır. Əldə etdiyi vəsaitin mühüm bir hissəsini təsərrüfatının genişləndirilməsinə
sərf edir. Əlavə olaraq icarəyə torpaq sahələri götürür,
müxtəlif markalı
kənd təsərrüfatı
maşınları alır.
Bunlar isə ona şərait yaradır ki, fermerlik fəaliyyətini daha da səmərəli
etsin, həmçinin
xeyriyyəçilik işlərində
imkanlarını genişləndirsin.
Oğlanlarının köməyindən istifadə
edərək Lətif
kişi mal-qara saxlamağı da yaddan çıxarmır.
Dediyinə görə,
40 başdan çox inəyi, 70-80 baş qoyun-keçisi var. Həyətində də istədiyi qədər toyuq, qaz-ördək saxlayır. O deyir ki, fermer, kənd
yerində yaşayan hər bir kəs
ətə, yağa, südə, yumurtaya pul verməməlidir. Əksinə, yetişdirdiyi
məhsulların bir hissəsini özü və ailəsi üçün götürüb,
qalanını bazara çıxarmalı və
ya hansısa dükana verməlidir. Dövlətimiz, Prezidentimiz
İlham Əliyev kənd təsərrüfatının
inkişaf etdirilməsi,
bolluq yaradılması
ilə əlaqədar
görün nə qədər işlər görüb! Pambıq istehsalı və tədarükü ilə bağlı olaraq Biləsuvarda, səhv etmirəmsə, beş şirkətin filialları
ilə müqavilə
bağlanılır. Onlar
şumdan, əkindən
tutmuş yığıma
qədər fermerlərin
yanındadır, torpaq
sahibinə dəstək
verirlər, fermerə
hər cür köməklik göstərirlər.
Yığdığın pambığı
satmaqda da çətinlik çəkmirsən.
Taxıl, yun və digər məhsulların da alışı belə olsa, fermerlərin çətinliyi qalmaz.
"İndiki zamanda
kimdənsə, nədənsə
narazı qalan birinci növbədə yaxşı-yaxşı düşünüb-daşınmalıdır.
Bilməlidir ki, zəhmət çəkmədən
halal çörək
qazanmaq olmur. Zəhmət adamından ötrü kənddə istədiyin bir meydan var: onun
adı torpaqdır. Başını aşağı
salıb onu becərsən, o da səni naümid qoymayacaq. Ailəni də geninə-boluna dolandıracaqsan, xeyir-şərini
də yola verəcəksən. Mən
bu səxavəti torpaqdan həmişə görmüşəm," - deyir
L.Cəfərov.
Lətif kişi
doqquz övlad böyüdüb. Beş oğul, dörd qız. Onların hər birinin öz ailəsi, evi-eşiyi var. Nəvələrini soruşuram.
"Vallah, desəm ki, saylarını bilmirəm, məni qınamayın. Necə deyərlər, maşallah,
ürkütməsən, saya
bilməzsən. Nəvələr
də ağıllı
və zəhmətkeşdirlər.
İçərilərində ali təhsil alanları da var. Bunlara görə
Allahımdan çox razıyam. Ümidvaram ki, onlar da
həyatda öz yerlərini tapacaqlar. Hörmətimi saxlayırlar,
dediklərimi yerinə
yetirirlər. 88 yaşlı
bir baba üçün bundan qiymətli nə ola bilər?!"
Bəli, özünün
də qeyd etdiyi kimi, L.Cəfərov
ömrünün 88-ci ilini
yaşayır. Bu yaşda da əli
işdən soyumur. Onu belə sağlam,
gümrah saxlayan da elə budur
- əməyə bağlılığıdır.
Keçən ilin payızında əkdiyi
70 hektar taxıl sahəsinin hər hektarından 50 sentner məhsul götürüb.
Pambığa gəldikdə
o bu bitkinin bilicisi, deyildiyi kimi, "Məcnunu"dur.
Pambıq əkdiyi 30 hektar sahədə indiyə kimi 4 dəfə kompleks becərmə aparıb. Gənclik həvəsi ilə yaşayan qocaman fermer həmişə olduğu
kimi, bu payız da pambıq
yığımında birincilər
sırasında olmaq üçün ailə üzvlərinin bütün
qüvvə və bacarığını səfərbər
etmişdir. Onlar səhər gün çıxandan gün batana qədər tarladadırlar.
Seyran
CAVADOV,
Azərbaycan.-2024.-
21 iyul (№ 152).- S.8.