Co Bayden təzyiq altındadır

 

Demokratların əksəriyyəti Kamala Harrisin partiyanın prezidentliyə namizədi olmasını istəyirlər

 

Hazırda koronavirusa yoluxma diaqnozu ilə təcrid olunmuş ABŞ Prezidenti Co Baydenin ailə üzvləri onun prezidentlik yarışından geri çəkilməsi planını müzakirə edirlər. Bu barədə xəbər verən NBC nəşri yazır ki, Baydenin çıxış planı ABŞ-nin keçmiş prezidenti Donald Trampı məğlub etmək üçün Demokratlar Partiyasına ən əlverişli vəziyyət yaratmalıdır.

Bildirilir ki, Baydenin yenidən seçilmə səylərinin bir hissəsi olan partiya liderləri, sponsorlar məmurlar arasında narahatlıqları Trampla üç həftə əvvəl keçirilmiş debatdan bəri hər keçən gün artır.

Bundan əvvəl, iyulun 18-də "Axios" nəşri bir sıra yüksəkvəzifəli demokratlara istinadla, Baydenin partiya daxilində ciddi təzyiq altında olduğunu bildirmişdi. Məlumata əsasən, Amerika Prezidenti seçki yarışından imtina etməyə məcbur edilir.

Baydenə, xüsusən qocaldığına səhhətinin zəifliyinə görə etibar edilmir, çünki ABŞ-nin hazırkı lideri dəfələrlə ictimaiyyət qarşısında qəribə davranışlar nümayiş etdirib. Məsələn o, bir radio müsahibəsində özünü qaradərili qadın kimi təqdim edib. Mart ayında Miluokidəki çıxışı zamanı Bayden hansı müddətdir prezident olduğunu deyə bilməyib. İyulun 18-də isə prezident müdafiə naziri Lloyd Ostinin adını soyadını unudub onu sadəcə olaraq, "qaradərili kişi" adlandırıb.

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi Demokratlar Partiyasının üzvlərinə bildirib ki, Co Baydeni tezliklə prezidentlik yarışından geri çəkilməyə razı sala bilərlər. Bu barədə Demokrat Partiyasındakı mənbələrə istinadən "Vaşinqton Post" məlumat yayıb.

Keçmiş spiker partiya üzvlərinə deyib ki, Bayden noyabrda qalib gəlmək şansına dair ciddi şübhələr fonunda tezliklə seçkidən kənarlaşdırıla bilər. Partiya daxilində hələ əhəmiyyətli təsirə malik olan Pelosi prezidentin yenidən seçilməkdən imtina etməyə yaxın olduğuna inandığını vurğulayıb.

Konqresdəki mənbələrin bildirdiyinə görə, Pelosi dəfələrlə Evdə siyasi böhranı müzakirə etməyə onu aradan qaldırmaq yollarını axtarmağa hazır olduğunu bildirib. Partiya üzvləri ilə görüşlər zamanı o, əsas bölgələrdə səsvermə məlumatları Baydenə ictimai dəstək haqqında ətraflı qeydlər aparıb.

 ABŞ-nin hazırkı Prezidenti ilə son söhbətində keçmiş spiker ona sorğunun nəticələrinin ümidverici olmadığını bildirib. Eyni zamanda demokratların əksəriyyəti vitse-prezident Kamala Harrisin prezident olmasını istəyir. Belə ki, Demokratlar Partiyasının hər 10 üzvündən 6-sı Harrisin prezident seçilməyə daha çox layiq olduğu fikrindədir.

AP-NORC İctimaiyyətlə Əlaqələr üzrə Araşdırmalar Mərkəzinin sorğusuna əsasən, qalan 4 nəfərdən 2-si onun bu vəzifəsini icra edə biləcəyinə inanmayıb, digər 2-si isə fikir bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, ötən ayın 27-də sabiq prezident Donald Trampla debat zamanı Co Baydenin uğursuz çıxışından sonra Demokratlar Partiyasında Kamala Harrisin dəstəkçilərinin sayı artıb. Partiya təmsilçiləri indiki prezidenti seçki mübarizəsindən geri çəkilməyə Kamala Harrisin namizədliyini irəli sürməyə çağırırlar. Demokratlar Partiyasının namizədinin adı partiyanın avqustun 19-22-də Çikaqoda keçiriləcək Milli Qurultayında elan olunacaq.

Son məlumata görə, ABŞ Demokratlar Partiyasının ən böyük donorlarından biri, milyarder Maykl Morits Co Baydenin seçki kampaniyasına sponsorluq etməkdən imtina edərək onu yarışdan çəkilməyə çağırıb. Bu barədə "The New York Times" qəzeti yazır.

Moritsin vurğuladığı kimi, "o, ya ölkəni qaranlıq qəddar dövrlərə məhkum edə , ya da Zamanın Atasının səsini dinləyə bilər. Vaxt bitib".

Qəzetin redaktoruna yazdığı məktubda biznesmen təkcə Baydenə deyil, bütün Demokratlar Partiyasına vəsaitin ayrılmasını dayandırdığını açıqlayıb. Eyni zamanda o, Baydenə səs verəcəyini, lakin demokratların pultoplama çağırışlarına bir sent ayırmayacağını bildirib.

Qeyd olunur ki, Morits 2024-cü il seçki dövründə Baydenin kampaniyasına 7,8 milyon dollar verib bu pulun böyük hissəsi Donald Trampı gözdən salan reklamlar yayımlayan "American Bridge PAC" təşkilatının işinə xərclənib.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2024.- 21 iyul (№ 152).- S.11.