Paşinyan
Böyük Britaniyada
da özünü ifşa etdi
Azərbaycanın davam
etdirdiyi uğurlu diplomatik fəaliyyət, çevik siyasəti nəticəsində vaxtilə
Hayastanda hakimiyyətdə
olmuş Koçaryan-Sarkisyan
hərbi xuntası, hazırda
isə Nikol Paşinyan daim çıxılmaz vəziyyətə
düşüblər.
Onların da iştirakı ilə keçirilən bütün
beynəlxalq tədbirlər,
sammitlər Azərbaycanın
maraqlarına uyğun
nəticə ilə yekunlaşıb: İlham Əliyev yüksək siyasi-diplomatik peşəkarlıqla
Hayastan rəhbərliyini
daim ifşa edib, onu rəzil
hala salıb və dünya erməniliyinin əsl məkrli mahiyyətini danılmaz faktlarla dünya ictimaiyyətinə
çatdırıb.
İndi anlamağa
başlayıblar ki, Hayastanın acınacaqlı
vəziyyətə düşməsinin
əsas səbəbi
30 ilə yaxın davam edən işğalçılıq siyasəti
və buna görə Azərbaycanın
həyata keçirdiyi
tədbirlər idi. Ümumilikdə son dönəmlər Hayastan ictimaiyyətinin mövqelərindən
aydın olur ki, onlar ölkələrinin
qurtuluşunu Azərbaycanla
münasibətləri normallaşdırmaqda,
sülh müqaviləsinin
imzalanmasında görürlər.
Prezident İlham
Əliyev rəsmi, qeyri-rəsmi şəkildə
görüşlərə razılıq verərək
Hayastana sülh üçün şans verir. Təəssüf ki, İrəvan ona verilən şansı dəyərləndirə
bilmir. Bunun növbəti dəfə Avropa Siyasi İcmasının İngiltərədə keçirilən
görüşü çərçivəsində
şahidi olduq. Hayastanla Azərbaycan arasında görüşün keçirilməsi
nəzərdə tutulsa
da, Paşinyan bundan imtina etməklə İrəvanın hər zamankı kimi sülhpozucu fəaliyyətlə
məşğul olduğunu
göstərdi.
Hayastanın "Demokratik
Alternativ" Partiyasının
sədri Suren Surenyants deyib ki, Paşinyanın İlham Əliyevlə görüşdən imtina
etməsini baş nazirin qaçışı
hesab edirəm, çünki Ermənistan
təmsilçisi rəhbərlik
etdiyi ölkənin çətin vəziyyətini
çox yaxşı bilir. Onun sözlərinə
görə, Paşinyan
ölkənin hansı
mərhələdə olduğunu
anlayaraq baş verə biləcək fəlakətlə üz-üzə
olduğunun fərqindədir:
"Ona görə də mən Paşinyanın qaçmasını
bununla əlaqələndirirəm.
Bu adam tələyə
düşüb. Onun yeganə xilası vaxt qazanmaq üçün
danışıqlardan imtina
etməkdir. Bu vəziyyət Paşinyanın
vasitəçisiz danışıqlara
sürüklənməsinin nəticəsidir, bundan sonra bunun axırının
necə olacağı
artıq proqnozlaşdırılan
idi. Paşinyanın İlham Əliyevin tələblərini yerinə
yetirəcəyi göz
qabağındadır".
Postmüharibə dönəmi
Azərbaycanla normal münasibətlər yaratmadan
Hayastanın bir dövlət kimi mövcudluğunu davam etdirməsi sual altındadır. Bu gün müasir Azərbaycandan bəhs edərkən onu xarakterizə edən əsas cəhətlər
sırasında ilk olaraq dünyanın ən sürətlə inkişaf edən, davamlı nailiyyətlərə
imza atan ölkəsi olmasına xüsusi diqqət yetirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə qazanılan bu uğurlar ölkəmizin beynəlxalq
miqyasda da mövqeyini əhəmiyyətli
dərəcədə gücləndirən
faktorlardan biri kimi çıxış edir.
Bütün bunlara
paralel olaraq uğurlu xarici siyasət Azərbaycanı
beynəlxalq ictimaiyyətə
daha yaxşı tanıtdırmaqla bərabər,
dünyanın diqqətini
ölkəmizə yönəldib.
Azərbaycanın beynəlxalq
aləmdə nüfuzlu
və etibarlı dövlətə çevrilməsinin
nəticəsidir ki, indi ölkəmizlə qarşılıqlı əməkdaşlığa
can atanların sayı durmadan artır.
Ölkəmizdə əldə
edilən bu uğurlar fonunda Hayastana nəzər saldıqda tamam əks mənzərənin
şahidi oluruq. Bunun ümdə səbəblərindən biri
Ermənistanın 30 il
davam edən işğal siyasəti, bu gün isə
sülh müqaviləsinin
uzadılmasıdır.
Sülh müqaviləsini
imzalamayacağı təqdirdə
qarşıdakı dövr
ərzində Hayastanı
daha böyük problemlər gözləyir.
Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Hayastanı
üstələməkdə davam edir. Ölkəni
tərk edənlərin
sayı sürətlə
artır. İndi görülən bütün
tədbirlərə baxmayaraq,
ölkədə əhalinin
sayı sürətlə
azalmaqda davam edir, xaricə köçənlər durmadan
artır. Əhalinin artım səviyyəsinin
get-gedə aşağı
düşməsi isə
erməni sosioloqlarının
hakimiyyətə ünvanlanmış
xəbərdarlıqlarının çoxalmasına səbəb
olub. Ancaq real vəziyyət Hayastanın faktiki olaraq demoqrafik böhran yaşadığını,
bu problemin həlli perspektivinin olmadığını göstərir.
Hayastanda bu sahədə araşdırma
aparan yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə
insan resursunun sürətlə tükəndiyini
meydana çıxarır.
Bununla yanaşı, Hayastan iqtisadiyyatında miqyası hər gün genişlənməkdə
olan tənəzzül
ölkənin xaricdən
asılılığını daha da artırır.
Eyni zamanda Hayastanın xaricdən götürdüyü borcların
miqdarı sürətlə
artır. Bunun nəticəsində məğlub
ölkənin xaricdən
maliyyə, iqtisadi, siyasi asılılığı
getdikcə daha da güclənir. Belə şəraitdə
Hayastanın formal müstəqilliyini davam etdirə biləcəyi böyük sual altındadır.
Elçin CƏFƏROV,
Azərbaycan.-2024.-
21 iyul (№ 152).- S.11.