"Azərbaycan
Respublikası ilə Bolqarıstan Respublikası
arasında ticarət-iqtisadi
və elmi-texniki əməkdaşlıq üzrə
Müştərək Komissiyanın
Azərbaycan Respublikası
tərəfindən yeni
tərkibinin təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli Sərəncamında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası
ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq
üzrə Müştərək
Komissiyanın Azərbaycan
Respublikası tərəfindən
yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2008-ci il 6 mart tarixli 2708 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2008, № 3, maddə
203 (Cild I) adında və 1-ci hissəsinin birinci abzasında "Azərbaycan Respublikası
ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi
və elmi-texniki əməkdaşlıq üzrə
Müştərək" sözləri "İqtisadi
əməkdaşlıq üzrə
Azərbaycan-Bolqarıstan Hökumətlərarası"
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi bu Sərəncamın 1-ci hissəsi
ilə edilən dəyişiklik barədə
Bolqarıstan Respublikası
tərəfinə müvafiq
bildiriş göndərsin.
3. Bu Sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 iyul 2024-cü il
Azərbaycan.-2024.-
23 iyul, № 153.- S.9.