AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİNİN QƏRARI

 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmə­tinin 2017-ci il 20 iyul tarixli Q/15 nömrəli Qərarı ilə təsdiq edilmişGötürülmüş əşyaların, pulların digər qiymətlilə­rin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da dəyişiklik edilməsi haqqında

“İstehsalat və məişət tullantı­ları haqqında” Azərbaycan Res­publikasının Qanununda dəyişik­lik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respubli­kasının 2024-cü il 23 fevral tarixli 1103-VIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 164s nömrəli Sərənca­mının 2-ci hissəsinin icrasının təmin edilməsi, habelə Azərbay­can Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il 20 iyul tarixli Q/15 nömrəli Qərarı ilə təsdiq edilmiş “Götürülmüş əş­yaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Tə­limat”ın təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizli­yi Xidməti haqqında Əsasnamə”nin 5.7.5-ci yarımbəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il 20 iyul tarixli Q/15 nömrəli Qərarı ilə təsdiq edilmiş “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmə­nin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükə­sizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”ın 1.2.5-ci yarımbəndində birinci halda “məişət tullantılarında” sözləri “məişət məmulatlarında” sözləri ilə, “istehsal və məişət tullantılarında” sözləri “tullantılarda” sözü ilə əvəz edilsin.

2. Hüquqi təminat idarəsi: bu Qərarın Azərbaycan Respub­likasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirli­yinə təqdim olunması təmin edilsin.

 

Əli NAĞIYEV,

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik

Azerbaycan.-2024.- 23 iyul, ą 153.- S.9.