Fransız
kolonializmi ilə bağlı hesabatın təqdimatı olub
II
Şuşa Qlobal Media Forumu
“Yalan məlumatların
ifşası: Dezinformasiyaya qarşı mübarizə”
mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində
Bakı Təşəbbüs Qrupunun sifarişi ilə BMT-in
tanınmış eksperti, ABŞ vətəndaşı
Karlayl Korbin tərəfindən hazırlanmış
“Fransız kolonializminin təkamülü: Siyasi və
konstitusional tədqiqat” adlı hesabatın təqdimatı
keçirilib.
AZƏRTAC xəbər
verir ki, təqdimatı müəllif Karlayl Korbin və
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru
Abbas Abbasov ediblər.
A.Abbasov
çıxışında Fransanın müstəmləkəçilik
siyasətinin Bakı Təşəbbüs Qrupunun səyləri
nəticəsində beynəlxalq ictimaiyyətə
çatdırıldığını qeyd edib. Niderland
koloniyasının da dəstək verdiklərini vurğulayan
icraçı direktor bildirib ki, təkcə beynəlxalq
arenada keçirilən tədbirlərdə yox, bu cür tədqiqatların
təqdim edilməsi də müstəmləkəçiliyə
son qoya bilər. O qeyd edib ki, biz müstəmləkəçilikdən
əziyyət çəkən xalqlara kömək edirik.
Müstəmləkəçilikdən əziyyət çəkən
regionlar dəstək üçün hər zaman müraciət
edə bilər.
BMT-in
tanınmış eksperti Karlayl Korbin müstəmləkəçilikdən
əziyyət çəkən xalqların mövcud imkanlardan
məlumatsız olduqlarını diqqətə
çatdırıb. Qeyd edib ki, mübarizəni yalnız
BMT-nin siyahısında olan ərazilərdə aparmaq
mümkündür. Məsələn, siyahıya daxil olmayan
Fransa Polineziyasının əhalisi Sakit okeanda baş verən
hadisələrdən xəbərsizdir. Xalqı məlumatlandırmaq
lazımdır. Azərbaycan bu işdə bizə çox
kömək olur.
Fransız
Polineziyasında 30 ilə yaxındır nüvə
silahlarının sınağını keçirildiyini
vurğulayan ekspert bunun xalqın sağlamlığına mənfi
təsir göstərdiyini deyib. O bildirib ki, Fransa müstəmləkə
ərazilərinə başqa xalqları köçürməklə
yerli xalqın tərkibini dəyişməyə
çalışır.
“2010-cu ildə
Karib hövzəsində keçirilən referendumda da yerli
xalqa səsvermə zamanı məhdudiyyətlər
qoyulmuşdu. Kənardan müdaxilələr var idi.
"Statusu dəyişmək üçün səs versəniz,
iqtisadi inkişafı itirəcəksiniz" kimi sözlər
deyilirdi. Fransa bu yolla yerli xalqın ondan
asılılığı saxlamağa
çalışırdı", - deyə o bildirib.
Müstəmləkəçilik
probleminin gündəmdə qalmasına Azərbaycanın
kömək etdiyini deyən K.Korbin ölkəmizin çox
güclü tərəfdaş olduğunu vurğulayıb:
"Müstəmləkə ərazilərinin geniş
auditoriyaya çıxışı üçün hər
hansı platformaları yoxdur. Azərbaycan bu məsələdə
bizə böyük imkanlar yaradır. Azərbaycanın bu
işdə müttəfiqimiz olmasından çox
şadıq".
Karlayl Korbin
140 səhifəlik tədqiqatda Fransanın keçmiş və
hazırkı koloniyaları – Vyetnam, Əlcəzair, Yeni
Kaledoniya (Kanaky), Fransız Polineziyası (Maohi Nui), Saint Martin,
Saint Barthelemy, Mayot (Qəmər Adaları
İttifaqının ərazisi hesab olunur), Reunyon, Martinik,
Qvadelupa və Fransız Qvianasının müstəmləkəyə
çevrilməsinin tarixçəsi, habelə Fransanın
hazırki kolonial siyasəti barədə ətraflı məlumat
verib.
Qeyd olunub ki,
Yeni Kaledoniyada hazırda cərəyan edən proseslərin əsasında
Fransa Prezidenti Emmanuel Makronun aborigen əhalinin dekolonizasiya
prosesi ilə əlaqədar tələblərinə göz
yumması, öz kolonial siyasətini zorla irəlilətmək
istəyi olub. Bundan əlavə, Fransa rəsmilərinin Yeni
Kaledoniyada baş verən son iğtişaşların xarici
qüvvələrinin, xüsusilə də Azərbaycanın
müdaxiləsi ilə əlaqələndirməsinin əsassız
olduğu qeyd edilir, bunun beynəlxalq ictimaiyyəti yerli Kanak
xalqının haqlı tələblərindən
yayındırmaq məqsədi daşıdığı
vurğulanır. Tədqiqat Fransa Hökuməti tərəfindən
koloniyalarda beynəlxalq hüquqa zidd olan hərəkətləri
barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının
artırılmasına, ümumilikdə çağdaş
dövrün bəlalarından biri olan kolonializm probleminə
diqqət çəkməyə xidmət edəcək.
Hesabatın BMT və onun ixtisaslaşmış qurumlarına,
habelə Qoşulmama Hərəkatı, Avropa İttifaqı,
Afrika İttifaqı, ATƏT və digər beynəlxalq təşkilatlara
göndərilməsi nəzərdə tutulur.
Azərbaycan.-2024.-
23 iyul (¹ 153).- S.10.