Forum işini başa çatdırıb
II
Şuşa Qlobal Media Forumu
“Yalan məlumatların
ifşası: Dezinformasiyaya
qarşı mübarizə”
mövzusunda təşkil
olunan 2-ci Şuşa Qlobal Media Forumu iyulun 22-də işini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, Forumun
sonuncu sessiyası “İqlim hərəkatı
və media” mövzusuna həsr olunub.
“Riqa TV24” və
“Radio Latvia”nın aparıcısı Ansis Bogustovsun moderatorluğu ilə keçirilən sessiyada çıxış
edən COP29-un BMT-nin İqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu
Nigar Arpadarai COP-un özlüyündə təkcə hökumətlərarası
danışığı deyil,
bütün cəmiyyəti
əhatə etdiyi bildirib. O diqqətə çatdırıb ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə inklüziv
yanaşmanı istəyir.
COP-un böyük
proses olduğunu vurğulayan Nigar Arpadarai əlavə edib: “Biz hamını
Bakıya dəvət
edirik. Çünki hər bir insan
iqlim dəyişikliyi
ilə mübarizədə
töhfə verə bilər. Bakı bu baxımdan uyğun müstəvidir”.
N.Arpadarai Azərbaycanın
bərpaolunan enerjiyə
çox böyük üstünlük verdiyini
də vurğulayıb.
Böyük Britaniyanın
“Methinks” şirkətinin
enerji təhlükəsizliyi
üzrə mütəxəssisi
Con Roberts Azərbaycanın neft-qaz istehsalçısı kimi
bir çox xarici media tərəfindən
qınaq obyektinə çevrildiyini deyib. “Sanki Azərbaycan ekologiyaya zərər verir. Lakin bir
çox ölkələr,
ən əsası da ekoloji problemlərdən
danışan ölkələr
təbiətə zərər
verənlərdən biridirlər.
Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın öz qazını Avropaya çatdırmaq üçün
gücü var. Lakin kabelləşmə, qazın daşınması
xərcləri kimi çətinliklərlə üzləşir”,
- deyə o bildirib.
“Berliner Zeitung” qəzetinin icraçı direktoru Holger Fridrix, “Arabian Gulf Business Insight” xəbər
portalının baş
redaktoru Fransis Martin Kane payızda keçiriləcək COP29 çərçivəsində
müzakirələrdə ziddiyyətli
mövqelər, maraqlar
arasında balansın
yaradılmasının vacibliyini
qeyd ediblər.
Jurnalistlərin ekoloji
problemlərlə bağlı
mesajlarını çatdırmaları
üçün bacarıqlı
olmalı olduqlarını
diqqətə çatdıran
qonaqlar sensasiya, reklam xatirinə xəbər paylaşmağı
düzgün hesab etmədiklərini vurğulayıblar.
Natiqlər iqlim dəyişikliyinin çox
ciddi və məsuliyyətli mövzu
olduğunu, jurnalistlərin
bu məsələdə
daha çox məlumatlı olmalarının
vacibliyini söyləyiblər.
Bildirilib ki, dünyada iqlim dəyişmələrinin qarşısının
alınması, ekoloji
sabitliyin və tarazlığın yaradılması,
dayanıqlı inkişafın
təşviq edilməsi
və bu istiqamətdə əhəmiyyətli
nəticələrin əldə
olunmasında media xüsusi rol oynayır. Bu səbəbdən media və kommunikasiya vasitələrinin mövcud
proseslərdə düzgün
istifadə edilməsi,
hədəf auditoriyaya
hesablanan təsirli mesajları ötürməsi,
kütləvi fərqindəlik
və məsuliyyət
hisslərini formalaşdırması
iqlim dəyişmələrinə
qarşı kollektiv qabaqlayıcı tədbirlərin
görülməsi və
ya belə tədbirlərin effektivliyinin
artırılmasında zəruridir.
Panel sessiyada, həmçinin iqlim hərəkatında medianın
rolu, yaşıl dünya naminə səmərəli məlumatlandırma
mexanizmlərinin hazırlanması,
iqlim dəyişmələrinin
qarşısının alınması
və fəsadlarının
aradan qaldırılması
istiqamətində ictimai
gündəmin yaradılmasında
medianın əhəmiyyəti
kimi mövzularda müzakirələr aparılıb.
Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox
xarici qonağın, o
cümlədən 30-a yaxın
ölkənin informasiya
agentliyinin, 3 beynəlxalq
təşkilatın və
82 media qurumunun nümayəndələrinin qatıldıqları
Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması
rolunu oynayır.
Azərbaycan.-2024.-
23 iyul (¹ 153).- S.11.