“Yaşıl
dünya naminə həmrəylik - COP29” adlı təqdimat
keçirilib
II
Şuşa Qlobal Media Forumu
“Yalan məlumatların
ifşası: Dezinformasiyaya qarşı mübarizə”
mövzusunda təşkil olunan 2-ci Şuşa Qlobal Media Forumu
çərçivəsində iyulun 22-də “Yaşıl
dünya naminə həmrəylik - COP29” adlı təqdimat
keçirilib.
AZƏRTAC xəbər
verir ki, təqdimatı Azərbaycan Respublikası energetika
nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur
Soltanov edib.
Təqdimatda
Elnur Soltanov Azərbaycanda keçiriləcək BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən
tədbirlər və hazırlıq işləri, ölkə
səviyyəsində iqlim dəyişikliyinin təsirləri
ilə aparılan mübarizə, işğaldan azad edilmiş
ərazilərdə bərpa və yenidənqurma prosesində
sərgilənən dayanıqlı yanaşma barədə məlumat
verib, iştirakçıların suallarını
cavablandırıb.
Azərbaycan.-2024.-
23 iyul (¹ 153).- S.11.