Azərbaycan
regionda təhlükəsizliyin
qarantıdır
Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumundan dünyaya yeni mesajlar ünvanladı
"Prezident İlham
Əliyev iyulun 20-də
"Yalan məlumatların
ifşası: Dezinformasiyaya
qarşı mübarizə"
mövzusunda II Şuşa
Qlobal Media Forumunda çıxışı ilə
dünyaya yeni mesajlar ünvanladı. Nəinki Azərbaycanı,
bəşəriyyəti narahat
edən ciddi məsələləri gündəmə
gətirdi".
Bu sözləri
"Azərbaycan" qəzetinə
Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat
bildirib ki, 50-yə yaxın ölkədən
150-dən çox xarici
qonağın, 30-a yaxın
informasiya agentliyinin, beynəlxalq təşkilatların,
media qurumlarının
iştirak etdiyi forumda ölkəmizin rəhbərinin səsləndirdiyi
fikirlər, bəzi dövlətlərə və
təşkilatlara ünvalanan
iradlar əsassız deyildi. Çünki Azərbaycan uzun illərdir dezinformasiyalardan,
yalan və şantaj kampaniyalarından
əziyyət çəkən
ölkədir.
Torpaqlarımız erməni
işğalı altında
olduğu illər ərzində biz bunun şahidi olmuşuq. Təəssüfləndirici
haldır ki, bu gün də
Avropa dövlətləri
tərəfindən ölkəmizə
qarşı məkrli
məlumatlar yayılmaqda,
çirkli kampaniyalar təşkil edilməkdədir.
Bu gün bir çox ölkələr regionda və Azərbaycanda baş verən hadisələrə obyektiv
yanaşmır, reallıqlar
təhrif edilir, ədalətli mövqe nümayiş etdirilmir.
"Qərb, Avropa İttifaqı, bu ölkələrin parlamentləri,
siyasi dairələri,
eləcə də informasiya, media orqanları kiminsə uydurduğu dezinformasiyaları
götürüb Azərbaycana
qarşı saxta qərarlar, qətnamələr
qəbul edirlər, dövlətimizi gözdən
salmağa çalışırlar.
Onlar torpaqlarımızı
işğal altında
saxlayan, şəhər
və kəndlərimizi,
dini-mədəni abidələrimizi
viran qoyan, BMT Təhlükəsizlik Şurasının,
beynəlxalq təşkilatların
qərarlarına məhəl
qoymayan Ermənistanı
demokratik, sülhsevər
dövlət adlandırmaqla,
təcavüzə məruz
qalan Azərbaycanı
günahlandırmaqla bəşəriyyətə
xəyanət etdiklərini
hələ də anlamırlar. Öz torpaqlarını azad edən bir dövləti
suverenliyini bərpa etməkdə təqsirkar hesab edənlər bunu informasiya şəbəkələrində işıqlandırmaqla, təcavüzkara
bəraət qazandırmaqla,
onu silahlandırmaqla gələcək münaqişələrə
zəmin yaradırlar",
- deyə müsahibimiz
əlavə edib.
Prezident İlham
Əliyev dünyanın
bir çox ölkələrinin ikili standartlardan əziyyət çəkdiyini qeyd edərək onun səbəbkarlarını da
göstərib və bildirib ki, natamam,
qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar daha çox Qərbdən qaynaqlanır. Bu, müstəqil siyasət yürüdən, haqq-ədalət
yolunu tutan, suverenliyini öz gücünə tam bərpa edən Azərbaycan üçün
təsir vasitəsidir.
Ancaq dövlət başçısının dəfələrlə
qeyd etdiyi kimi, belə saxta hesabatlar, əsassız qətnamələr,
yalan bəyanatlar xalqımızı haqlı
mübarizəsindən çəkindirə
bilməz.
Ölkə rəhbəri
Türk Dövlətləri
Təşkilatının fəaliyyətinin
inkişafını diqqətə
çatdırmaqla bildirdi
ki, biz bu
birliyi daha da gücləndirməklə
TDT-ni dünyanın güc mərkəzinə
çevirməliyik. Deputat
vurğulayıb ki, bu gün bir
sıra təşkilatlar
tənəzzüldədir, lakin Türk Dövlətləri Təşkilatı
yüksəliş dövrünü
yaşayırlar: "Prezident
Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının, dostluq və qardaşlığının
inkişafa, xoşbəxt
gələcəyə xidmət
etdiyini qürurla səsləndirdi. Azərbaycanın
Avropanın enerji təhlükəsizliyindəki səmərəli
rolunu qeyd edərək COP29-un ölkəmizdə
keçirilməsinin əhəmiyyətini
xüsusi vurğuladı.
II Şuşa Qlobal
Media Forumu dünyaya bir daha göstərdi
ki, Azərbaycan Prezidenti sülhün, demokratiyanın, sağlam əməkdaşlığın, tərəqqinin tərəfdarıdır.
Bəşəriyyətin xoşbəxt
gələcəyinin təmin
edilməsi, haqqın,
ədalətin qorunması
əzmindədir".
Tahir Rzayev qeyd edib ki,
Azərbaycan Cənubi
Qafqazda lider dövlət olmaqla, bu gün regionda
təhlükəsizliyin təminatçısı,
inkişafın qarantıdır.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
23 iyul (№ 153).- S.15.