2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə "Ana Vətən" Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

 

QƏRAR № 22/104

 

 

 

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə "Ana Vətən" Partiyası İdarə Heyətinin 2024-cü il 19 iyul tarixli Qərarı ilə səlahiyyətli nümayəndələr təyin edilmiş həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü,   19.14-cü, 28.2-ci, 28.4-cü 52-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər "Ana Vətən" Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

 

Mehman Canmirzə oğlu Əsədov

İman Qaraxan oğlu Miriyev

Müşkünaz Əli qızı Əliyeva

Güloğlan Qəzənfər oğlu Hümmətov

Tural Mehman oğlu Allahyarov.

 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

22.07.2024

Azərbaycan.-2024.- 23 iyul (№ 153).- S.16.