2024-cü il
sentyabrın 1-nə təyin
edilmiş Azərbaycan
Respublikasının Milli
Məclisinə növbədənkənar
seçkilərdə Mərkəzi
Seçki Komissiyasına
daxil olmuş 20 iyul 2024-cü il tarixli 01 saylı müraciətə baxılması
barədə Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
QƏRAR № 22/105
2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
24 saylı Nizami birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə
irəli sürülmüş
Fərziyev Güləli
Şahüseyn oğlu
20 iyul 2024-cü ildə
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət
edərək, namizəd
kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının
19 iyul 2024-cü il tarixli 12/37 saylı qərarını mübahisələndirmiş,
həmin qərarın
ləğv olunmasını
və namizədliyinin
qeydə alınması
barədə qərar
qəbul edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (bundan
sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması
ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi
və onlara baxılması qaydaları
haqqında Təlimat"da
nəzərdə tutulmuş
müddətdə və
qaydada verildiyindən,
Mərkəzi Seçki
Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən
araşdıralaraq rəy
verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə
bağlı şikayətçi
ilə əlaqə saxlanılmış, araşdırma
və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması
izah edilmiş, onun Komissiyanın iclasında iştirakı
təmin edilmişdir.
2024-ci il sentyabrın
1-nə təyin edilmiş
Milli Məclisə növbədənkənar seçkilərdə
24 saylı Nizami birinci seçki dairəsi üzrə G.Ş.Fərziyevin namizədliyi
öz təşəbbüsü
ilə irəli sürülmüş və
dairə seçki komissiyasının 08 iyul
2024-cü il tarixli
7/21 saylı Qərarı
ilə təsdiq edilmişdir.
Namizəd G.Ş.Fərziyev
tərəfindən namizədliyin
qeydə alınması
üçün toplanmış
seçici imzaları
olan imza vərəqələri və
onlara əlavə edilmiş digər seçki sənədləri
13 iyul 2024-cü il tarixdə dairə seçki komissiyasına təqdim edilmişdir.
Dairə seçki
komissiyasının üzvləri
tərəfindən 15 iyul
2024-cü il tarixdə
tərtib olunmuş aktdan müəyyən edilir ki, namizədin
qeydə alınması
üçün təqdim
edilmiş seçki sənədlərində və
imza vərəqələrində
düzəldilməsi mümkün
olan səhvlər və pozuntular aşkarlanmış və
onların aradan qaldırılması üçün
Seçki Məcəlləsi
ilə müəyyən
edilmiş müddətdə
namizəd G.Ş.Fərziyev
məlumatlandırmış, buraxılmış səhvlərin
düzəldilməsi ona
təklif edilmiş, namizəd isə həmin düzəlişləri
etməkdən imtina etmişdir.
Dairə seçki
komissiyası namizədliyi
irəli sürülmüş
G.Ş.Fərziyevin namizəd
kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin təqdim etdiyi imza vərəqələrində
olan 499 seçici imzasından 371 imza dislokasiyadan kənar toplanmışdır. Bundan
əlavə, çoxlu
sayda digər xarakterli pozuntulara da yol verilmişdir.
İmzaların seçki
dairəsinin ərazisindən
kənarda toplanması
səbəbindən G.Ş.Fərziyevin
namizədliyinin qeydə
alınması mümkün
olmamışdır.
Araşdırma ilə
əlaqədar seçki
sənədləri dairə
seçki komissiyasından
tələb edilərək
imza vərəqələrində
olan məlumatlar təkrar araşdırılmışdır.
Namizədin qeydə alınması üçün
G.Ş.Fərziyev tərəfindən
dairə seçki komissiyasına təqdim edilmiş 499 seçicinin
məlumatının olduğu
10 ədəd imza vərəqindən 5-də (səhifə
1-10) olan 249 seçicinin
məlumatının araşdırılması
nəticəsində müəyyən
edilmişdir ki, onlardan 177 seçici imzası seçki dairəsi ərazisindən
kənarda toplanmışdır.
Yerdə qalan seçici imzaları Seçki Məcəlləsinin
147.1-ci maddəsinin tələbinə
əsasən namizədin
qeydə alınması
üçün kifayət
etmədiyindən məlumatların
yoxlanılması dayandırılmışdır.
Seçki Məcəlləsinin
56.2-ci və 147.1-ci maddələrinə
əsasən namizədin
müdafiəsi üçün
onun irəli sürüldüyü seçki
dairəsinin ərazisində
seçicilərin azı
450 imzası toplanmalıdır.
Qeyd olunanlara əsasən müəyyən
edilir ki, seçki dairəsi ərazisindən toplanmış
seçici imzalarının
sayı namizədin qeydə alınması üçün kifayət
etmədiyindən G.Ş.Fərziyevin
namizəd kimi qeydə alınmasından
imtina edilməsi barədə dairə seçki komissiyasının
qərarı əsaslı
olmuşdur. Ona görə də şikayətin təmin edilməsi üçün
hüquqi əsaslar mövcud deyildir.
Beləliklə, müraciət
əsassız olduğundan
təmin edilməməli,
G.Ş.Fərziyevin namizəd
kimi qeydə alınmasından imtinaya dair 24 saylı Nizami birinci seçki dairəsi dairə seçki komissiyasının 19 iyul
2024-cü il tarixli
12/37 saylı qərarı
dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri
əsas götürərək,
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü, 28.2-ci,
56.2-ci, 60-cı, 112-ci, 112-1-ci, 147-ci və
148.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə
əsasən qərara
alır:
1. 2024-cü il sentyabrın
1-nə təyin edilmiş
Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərdə
namizədliyi öz təşəbbüsü ilə
irəli sürülmüş
Fərziyev Güləli
Şahüseyn oğlunun
20 iyul 2024-cü il tarixli 01 saylı müraciəti əsassız
olduğundan təmin edilməsin, 24 saylı Nizami birinci seçki dairəsi dairə seçki komissiyasının 19 iyul
2024-cü il tarixli
12/37 saylı qərarı
dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
22.07.2024
Azərbaycan.-2024.-
23 iyul (№ 153).- S.16.