Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır

 

Bu gün Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə istiqamətində önəmli addımlar atmaqla beynəlxalq arenanın diqqət mərkəzindədir. Ona görə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi təsadüfi deyil. Bu, Azərbaycan dövlətinin karbon emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi öhdəliyinə əməl etməsinin nəticəsidir.

Azərbaycan öz iqlim siyasətini təkmilləşdirmək COP29-a evsahibliyi etmək üçün genişmiqyaslı hazırlıqlar aparır, ekoloji dayanıqlığı artırmaq məqsədilə bu yönümdə tədbirləri sürətlə reallaşdırır. Bu tədbirlərə günəş külək enerjisi layihələrinin genişləndirilməsi, enerji səmərəliliyini artırmaq üçün yeni texnologiyaların şəhər planlamasında "yaşıl standartlar"ın tətbiqi daxildir. Qarabağ Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan edilməsi fakt kimi dünyaya nümayiş olunur. Kütləvi informasiya vasitələrində davamlı olaraq maarifləndirmə işi aparılır, icimaiyyət COP29-la bağlı məlumatlandırılır. bütün tədbirlər həyata keçirilərkən müasir texnologiya innovasiyalara xüsusi önəm verilir. Xüsusilə dövlət tullantıların idarə edilməsi, su resurslarının səmərəli istifadəsi atmosferə atılan zərərli qazların azaldılması sahəsində yeni texnologiyaları tətbiq etməklə ekoloji dayanıqlılığı gücləndirməyə çalışır.

Gizli deyil ki, hazırda iqlim dəyişikliyi nəticəsində dünyanın hər yerində fəlakətlər baş verir. Faciələr günbəgün artır böhran dərinləşir. Bunların qarşısını almağın yolları hər il keçirilən COP tədbirlərində müzakirə olunur. Noyabrda Bakıda baş tutacaq növbəti konfrans bu baxımdan növbəti şansdır. Qeyd edək ki, Azərbaycan hazırlıqlar dövründə ötənilki COP28 gələnilki COP30 arasında körpü rolunda çıxış edərək üçlük yaratmağa nail olub iqlim dəyişikliyi üzrə fəaliyyət planı tərtib edib. Prezident İlham Əliyev iyulun 20-də Şuşada keçirilən II Beynəlxalq Media Forumda jurnalistlərin suallarını cavablandırarkən COP üçlüyü haqqında dedi: "Biz "Troyka"nın təsis edilməsinin təşəbbüskarı olduq. Bu, ötən, hazırkı gələcək sədrlərin - Birləşmiş Ərəb Əmirliklərinin, Azərbaycanın Braziliyanın "Troykası"dır. Bu, bir mexanizmdir. Buna qədər bu, mövcud deyildi. Bizim bu təklifimiz Birləşmiş Ərəb Əmirlikləri Braziliya tərəfindən dəstəkləndi. COP, sadəcə, bir ya iki həftə davam edən tədbir deyil. Bu, davamlı bir prosesdir. Əgər bir ölkə hər hansı miras qoymaq istəyirsə, bu, tutarlı konkret töhfə olmalıdır. Sözlər, bəyanatlar kifayət deyil. Burada real addımlar atılmalıdır koordinasiya həyata keçirilməlidir. "Troyka" mexanizmini biz yaratmışıq əminəm ki, bu mexanizm gələcəkdə davam edəcək".

Qeyd edək ki, bu mexanizm temperaturun 1,5 dərəcədən aşağı saxlanılması öhdəliyinə sadiqliklə bağlıdır. Öhdəliyə əməl etmək üçün birinci növbədə bərpaolunan enerjidən səmərəli istifadə etmək hər dövlətin borcudur. Azərbaycan alternativ enerji məsələsində indiyə kimi başqalarına nümunə olacaq addımlar atıb. Ölkəmiz neft-qaz ölkəsi olsa da, ətraf mühitin qorunmasına töhfə verən dövlətlərdəndir. Hazırda Azərbaycan özünü ənənəvi enerji ilə təmin etməklə yanaşı, həm ətraf mühitə ziyan vurmayan "yaşıl enerji" istehsalı üçün əməli addımlar atır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda su, günəş, külək-elektrik stansiyaları tikilir gələcəkdə bu sahədə görüləcək işlərin miqyasının daha da artacağı nəzərdə tutulur. Ona görə paytaxtda regionlarda yeni "yaşıl enerji" stansiyalarının tikilməsi istiqamətində elmi-tədqiqat layihələndirmə işləri sürətləndirilir. Bu istiqamətdə görülən işlərin bir qismini dövlət başçısı sözügedən tədbirdə xarici jurnalistlərin diqqətinə çatdırıb: "Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb. Biz ən böyük Günəş-elektrik stansiyasını - 230 meqavat gücündə stansiyanı istifadəyə verdik. İndi isə 240 meqavatlıq külək-elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır tezliklə biz 240 meqavatlıq Günəş-elektrik stansiyasının açılışını edəcəyik. Birinci layihə "Masdar" şirkəti, ikinci layihə isə "Acwa Power" şirkəti tərəfindən həyata keçirilir. Üçüncüsü isə, BP tərəfindən inşa ediləcək. Yəni bunlar dünyanın aparıcı enerji şirkətləridir. Bununla yanaşı, ötən ay Bakıda biz üç Günəş külək-elektrik stansiyasının təməlini qoyduq, ümumi həcm bir qiqavatdır. Biz bu sahədə çox böyük işlər görürük. Böyük potensialımız var, həm texniki, həm iqtisadi potensialımız. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş külək stansiyalarının potensialı göstərir ki, biz 27 qiqavat həcm istehsal edə bilərik, yəni həcm böyükdür".

Azərbaycan bərpaolunan enerjinin quraşdırılmış gücdə payını 2026-cı ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmağa çalışır. 2027-ci ilədək 3 GVt külək enerjisi 1 GVt günəş enerjisinin istehsal olunması planlaşdırılır bu istehsalın 80 faizinin ixracı nəzərdə tutulur. 2037-ci ilədək isə gücün minimum 6 GVt-a qədər artacağı gözlənilir. Hələliksə bu istiqamətdə görülən işlər deməyə əsas verir ki, Azərbaycan özünü qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi tanıdıb. Qlobal konfrans çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçid iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər bu istiqamətdə gördüyü işlər daha geniş auditoriyanın diqqətinə çatdırılacaq. "Yaşıl enerji" növlərinin yaradılması onun dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 23 iyul (№ 153).- S.17.