Çində İqlim Fəaliyyəti üzrə Nazirlərin 8-ci iclası keçirilib

 

Yaşıl dünya naminə həmrəylik ili - 2024

 

Çinin Uhan şəhərində İqlim Fəaliyyəti üzrə Nazirlərin (MoCA) “Qlobal iqlim fəaliyyətinin gücləndirilməsi və stimullaşdırılması: Paris İqlim Sazişinin məqsədlərinin uzunmüddətli perspektivdə həyata keçirilməsi” mövzusunda 8-ci iclası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Çinin Ekologiya Ətraf Mühit Nazirliyinin təşkilatçılığı, COP28-in ev sahibi Birləşmiş Ərəb Əmirliklərinin, COP29-un ev sahibi Azərbaycanın COP30-un ev sahibi Braziliyanın dəstəyi ilə keçirilən tədbirdə iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunur.

Konfransın açılış mərasimində çıxış edən Çin Xalq Nümayəndələri Yığıncağının sədr müavini Din Conli, Çinin ekologiya ətraf mühit naziri, MoCA-nın sədri Huan Runçiu, Birləş Ərəb Əmirliklərinin sənaye qabaqcıl texnologiyalar naziri, COP28-in prezidenti Sultan Əhməd Əl-Cabir, COP30-a ev sahibliyi edəcək Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni 2017-ci ildən təsis edilən MoCA platformasının iqlim dəyişikliyi ilə əlaqəli çoxtərəfli proseslərin təşviqində mühüm rol oynadığını bildiriblər. MoCA-nın 8-ci iclasının bu sahədə beynəlxalq tərəfdaşlığı daha da inkişaf etdirəcəyinə, COP28-in nəticələrini həyata keçirmək, COP29-a COP30-a aparan dinamikanı qorumaq üçün kritik mövzularda hərtərəfli müzakirələrin aparılacağına əminlik ifadə olunub.

Azərbaycanın ekologiya təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev tədbirdə çıxış edərək ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq barədə danışıb. Deyib ki, COP29 Sədrliyinin danışıqlar prioritetlərindən biri iqlim dəyişikliyinə qarşı mübarizənin maliyyələşdirilməsində ədalətli hədəfə nail olunmasıdır.

M.Babayev Azərbaycanın COP28, COP29 COP30 sədrliklərindən ibarətÜçlüy”ün beynəlxalq əməkdaşlığı gücləndirmək niyyətini vurğulayaraq, iqlim dəyişikliyi ilə mübarizəyə kollektiv yanaşmanın vacibliyini diqqətə çatdırıb. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfələrdən, irəli sürdüyü təşəbbüslərdən danışan M.Babayev ölkəmizin COP29-un ev sahibi kimi öhdəliklərini yerinə yetirmək əzmində olduğunu, tərəfləri birləşdirmək üçün səylərini davam etdirəcəyini bildirib.

İki gün davam edəcək iclas çərçivəsində COP28-ə baxış COP29-dan gözləntilər, aşağı karbonlu keçid, iqlim dəyişikliyinə davamlılıq, bərpaolunan enerjinin tətbiqi digər mövzularda bölmə iclasları keçirilir. Azərbaycan nümayəndə heyətinin üzvləri bölmə iclaslarındakı müzakirələrdə fəal iştirak edirlər.

 

Azərbaycan.-2024.- 23 iyul (¹ 153).- S.17.