“Kazinform”:
AQEM-in baş katibi Nyu-Yorkda keçirdiyi görüşlərdə
COP29-un əhəmiyyətini qeyd edib
Asiyada Qarşılıqlı
Fəaliyyət və
Etimad Tədbirləri
üzrə Müşavirə
(AQEM) təşkilatının baş katibi Kayrat Sarıbay Birləşmiş Millətlər
Təşkilatının Nyu-Yorkdakı
mənzil-qərargahında Yüksək Səviyyəli
Siyasi Forumun nazirlər seqmentində iştirak edib.
AZƏRTAC “Kazinform” agentliyinə
istinadla xəbər verir ki, Kayrat
Sarıbay BMT rəsmiləri
ilə bir sıra yüksək səviyyəli görüşlər
keçirib. Onun BMT Baş katibinin müavini və BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə
yüksək səviyyəli
nümayəndəsi Migel
Moratinos ilə görüşündə dinlərarası
və mədəniyyətlərarası
dialoqun təşviqində
AQEM Gənclər Şurası
ilə Qazaxıstan və Azərbaycanın təşəbbüsləri, cari
və gələcək
əməkdaşlıq məsələləri
müzakirə edilib.
Səfir Sarıbay,
həmçinin BMT Baş
katibinin müavini Li Junhuanı ilə görüş əsnasında
Bakıda keçiriləcək
COP29 iqlim konfransının
əhəmiyyətini qeyd
edib və AQEM Nazirlər Şurasının
iclasına hazırlıqla
bağlı məsələlər
haqqında məlumat verib. O vurğulayıb ki, Bakı BMT-nin bu mötəbər
tədbiri ilə bağlı mühüm təşəbbüslərlə çıxış edir.
Görüşdə beynəlxalq
inkişaf məsələləri,
o cümlədən gənclərin
səlahiyyətlərinin artırılması
ilə bağlı təkliflər də səsləndirilib.
Asiyada çoxtərəfliliyin
gücləndirilməsi BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit
Okean üzrə köməkçisi Xalid Xiari ilə görüşün əsas
müzakirə mövzusu
olub. Danışıqlarda
cari regional və qlobal çağırışlar, inkişaf
layihələri və
AQEM-in etimadın möhkəmləndirilməsi tədbirlərinin
həyata keçirilməsi
üçün yollar
araşdırılıb.
AQEM-in çağırılması
haqqında təşəbbüs
ilk dəfə 5 oktyabr 1992-ci ildə Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev tərəfindən
BMT Baş Assambleyasının
47-ci sessiyası zamanı
irəli sürülüb.
Bu təşəbbüsün
irəli sürülməsində
əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin
təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub.
Azərbaycan AQEM-in
çağırılması ilə bağlı təşəbbüsü dəstəkləyən
ilk dövlətlərdən
biri olub. Ölkəmiz “Təhlükəsiz
və səmərəli
nəqliyyat dəhlizlərinin
inkişaf etdirilməsi”
sahəsində etimad-quruculuğu
tədbirinin əlaqələndiricisi
funksiyalarını yerinə
yetirir. Bu xüsusda, Azərbaycan tərəfi 20-21 aprel
2011-ci il tarixlərində
Bakıda etimad-quruculuğu
sahəsində ekspertlərin
görüşünə ev
sahibliyi edib, 2021-ci ilin sentyabrında isə “Nəqliyyat və logistika əməliyyatlarında rəqəmsallaşmanın
gücləndirilməsi istiqamətində
əməkdaşlığın təşviqi” mövzusunda
ekspertlərin növbəti
görüşünü virtual
formatda təşkil edib. 2018-ci il aprelin 13-14-də Bakıda
“Sülh, təhlükəsizlik
və davamlılıq
kontekstində beynəlxalq
gənclər əməkdaşlığı”
mövzusunda AQEM-in Gənclər Şurasının
üçüncü konfransı
da keçirilib.
Azərbaycan.-2024.-
23 iyul (¹ 153).- S.17.