Şuşa Bəyannaməsi
regionda turizmin canlanmasına da töhfə
verir
Şuşa Bəyannaməsi
Azərbaycanla Türkiyə
arasında müttəfiqlik
əlaqələrini daha
da gücləndirdi. Bu sazişin
imzalanması ilə iki ölkə arasında əməkdaşlıq
daha da dərinləşərək
regionda sülh və sabitliyə töhfə verir.
Şuşa Bəyannaməsi
Azərbaycan və Türkiyə arasında iqtisadi, ticarət, enerji, infrastruktur, mədəniyyət, təhsil,
humanitar yardım və sosial sahələrdə hərtərəfli
əməkdaşlıqların yeni mərhələyə keçidini
reallaşdırdı, geniş
perspektivləri ortaya qoydu. Bu saziş hər iki ölkənin
bir çox sahələrdə daha dərindən əməkdaşlıq
etmək niyyətini nümayiş etdirdi. Bundan əlavə, yeni layihələrin həyata
keçirilməsini, investisiyaların
artırılmasını və
insan resursları sahəsində daha əhatəli qarşılıqlı
əməkdaşlığın genişləndirilməsini reallaşdırdı.
Bu mühüm sənəd
hər iki ölkənin iqtisadi potensialını artırmaqla
regional inkişafa mühüm
töhfələr verəcək.
Şuşa Bəyannaməsi
Atatürkün vətənpərvərlik
və millətçilik
ideallarına və
Heydər Əliyevin rəhbərliyi
ilə Azərbaycanın
öz müstəqilliyini
və ərazi bütövlüyünü qoruyub
saxlaması istiqamətində
aparılan siyasətə
sadiqliyin təsdiqidir.
Bu sənəd Türkiyə
və Azərbaycan arasında tarixi və mədəni əlaqələrin möhkəmləndirilməsinə,
hər iki liderin irsinin yaşadılması üçün
bir araya gəlməyə yönəlib.
İşğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpasında Türkiyə ilə Azərbaycan arasında güclü əməkdaşlıq
önə çıxır.
Bu əməkdaşlıq infrastruktur
layihələri, sosial
inkişaf proqramları
və iqtisadi investisiyalar vasitəsilə
işğal olunmuş
əraziləri canlandırmaq
məqsədi daşıyır.
Türkiyənin texniki
imkanları, təcrübəsi
və resursları ilə Azərbaycana dəstəyi regionda sabitliyin artırılmasında
və insanların həyat səviyyəsinin
yüksəlməsində mühüm
rol oynayır. Bu proses
Türkiyə-Azərbaycan əməkdaşlığının
strateji və humanitar ölçülərini
daha da gücləndirir.
Zəngəzur dəhlizi
qərb və şərqi birləşdirərək
iqtisadi, ticarət və nəqliyyat baxımından strateji tranzit marşrutu olacaq. Bu dəhliz regionda ticarət və iqtisadiyyatın inkişafına mühüm
töhfələr verməklə
Azərbaycanın regional liderliyini
gücləndirəcək. Eyni zamanda Zəngəzur
dəhlizi Türkiyənin
Mərkəzi Asiya və
Qafqaza çıxışını
asanlaşdıracaq, regionda
iqtisadi inteqrasiyanı
artıracaq və
regional sabitliyə dəstək
verəcək.
Şuşa Bəyannaməsi
Qarabağda təhlükəsiz
investisiya mühiti yaratmaqla iqtisadi yüksəlişə kömək
edəcək. Bu razılaşma
regionda investisiyaları
artırmaqla inkişafı
daha da yüksəldəcək.
Qarabağda sülhün
və sabitliyin bərqərar olması ilə bölgəyə investisiyaların artacağı,
yeni iş imkanlarının
yaranacağı və
iqtisadi artımın sürətlənəcəyini proqnozlaşdırır. Bu, region iqtisadiyyatının dirçəlməsinə,
cəmiyyətin rifahının
yüksəlməsinə gətirib
çıxaracaq.
Şuşa Bəyannaməsi
Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində
əməkdaşlığı dərinləşdirmək və
qarşılıqlı hərbi
yardım məsələlərini
həll etmək məqsədi daşıyır.
İki ölkə arasında imzalanan bu sənədə müdafiə sənayesi sahəsində əməkdaşlığın
gücləndirilməsi, birgə
hərbi təlimlərin
təşkili və hərbi texnologiya transferinin dəstəklənməsi
daxildir. Bu yolla Türkiyə və Azərbaycanın müdafiə
qabiliyyəti artacaq. Bundan əlavə, Şuşa Bəyannaməsinin
müdafiə sahəsində
əməkdaşlığı həm də regionun digər ölkələri ilə əlaqələri gücləndirəcək
və regional təhlükəsizliyin
gücləndirilməsi üçün
birgə səylərə
təkan verəcək.
Şuşa Bəyannaməsinin
imzalanması Türkiyə
ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və
regional sülhün qorunması
əzminin ifadəsidir.
Bu saziş Qarabağ müharibəsindən sonra
imzalanıb və Azərbaycanın Qarabağda
qələbəsinin ifadəsi
kimi qəbul edilib. Şuşa Bəyannaməsinin simvolik
mənası Azərbaycanın
müstəqillik və
ərazi bütövlüyü
uğrunda mübarizədə
qətiyyətini, tarixi-mədəni
bağlarını, ölkənin
Qarabağda qələbəsini
simvolizə edir. Şuşa Azərbaycan üçün tarixi və mədəni əhəmiyyətli şəhərdir
və onun sənədin adı kimi seçilməsi Azərbaycanın Qarabağda
strateji uğurlarını
vurğulayır. Ona görə
də Şuşa Bəyannaməsi Azərbaycan
üçün böyük
qürur mənbəyi
və milli rəmz hesab olunur.
Bəyannamə Ermənistandakı
revanşist qüvvələrə
regionda söz sahibinin Türkiyə və Azərbaycan olduğuna açıq mesajdır. Bu sənəd
Türkiyə və Azərbaycanın qətiyyətlə
hərəkət edərək
regionda sabitliyin və təhlükəsizliyin
təmin edilməsinə
dair birgə öhdəliklərini əks
etdirir. Eyni zamanda sülhsevər gələcək üçün
diplomatik həll yollarını,
bölgədə gərginliyin
azaldılması və
problemlərin yoluna qoyulmasının vacibliyini
vurğulayır.
Şuşa Bəyannaməsi
Türkiyə-Azərbaycan əlaqələrinin
dərinliyini və strateji tərəfdaşlığını
bir daha təsdiqlədi. İki ölkə arasında daha sıx iqtisadi
əlaqələrin inkişafına
geniş imkanlar açdı. Bu, ticarət,
investisiyalar və infrastruktur layihələri
kimi sahələrdə
daha da sıx iş birliyinin qurulmasına şərait
yaratdı.
Şuşa Bəyannaməsi
məcburi köçkünlərə
dönüş, tarixi
abidələrin bərpası
və mədəni irsin qorunması kimi humanitar məsələlərin həllinə
dair yol xəritəsidir. Bir çox
ölkə və beynəlxalq təşkilatlar
bu sənədi dəstəkləyir və
müsbət iradələrini
ifadə edirlər. Şuşa Bəyannaməsi
regionun ümumi stabilliyinə əhəmiyyətli
təsir edir. Sülh prosesinin inkişafı, bölgədə
daha çox iqtisadi iş birliyi və investisiyaların artırılmasına
yönələn təşəbbüslər,
turizmin canlanmasına sanballı töhfələr
bəyannamənin xüsusi
rola malik olduğunu göstərir.
Hikmət
HEYDƏROV,
Qarabağ Regional Turizm
İdarəsinin rəisi
Azərbaycan.-2024.-
23 iyul (№ 153).- S.19.