Ustad xanəndə muğam bilicisi

 

Bu dünyadan köçdüyü vaxtdan uzun illər ötsə , tarixi qədim, ənənələri zəngin olan milli musiqimizi dərindən öyrənmiş, layiqincə yaşatmış, öyrətmiş, inkişaf etdirmiş xanəndələrimizdən biri kimi Keçəçi oğlu Məhəmməd hər zaman xatırlanır, adı Qarabağ muğam məktəbinə mənsub böyük sənətkarlar sırasında çəkilir... Bu il ustad xanəndənin anadan olmasının 160 illiyidir.

XIX əsrin ikinci yarısı idi. Qədim qala şəhərində keçəçi dükanında ortaboylu, sağlam görünüşlü bir gənc keçə təmizləyə-təmizləyə zümzümə edirdi. Şuşada bənzərsiz ifası ilə dinləyənləri heyran edən, muğamı incəliklərinə qədər bilən xanəndələr az deyildi. bu şəhərdə xanəndəlik etməsə , çoxunun gözəl, məlahətli səsi vardı. Şuşada, demək olar ki, hər kəs musiqi vurğunu, muğam xiridarıydı. Odur ki, ifası ilə diqqəti cəlb etmək asan məsələ deyildi. O da Xarrat Qulu kimi Şuşada xanəndəlik məktəbi yaratmış ustad ola...

Ancaq o gün keçəçi dükanının yanından ötərkən gəncin ifasını eşidən Xarrat Qulu ayaq saxladı. Onu heyranlıqla dinlədikdən sonra dükana girdi... Xarrat Qulu öyrəndi ki, bu istedadlı gənc Məhəmməd Məşədi Xəlil oğludur. O, 1864-cü ildə Şuşa şəhərində dünyaya gəlib. Məhəmməd keçəçilik peşəsini kiçik yaşlarından atası Məşədi Xəlildən öyrənib. Məşədi Xəlil şəhərdə keçə ustası kimi yaxşı tanınırdı.

Xarrat Qulu gənci öz məktəbinə dəvət etdi. bu dəvət Məhəmmədin həyatını yeni məcraya yönəltdi. Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun məktəbində məşhur xanəndə Məşədi İsidən öyrənən gənc çox keçmədi ki, nəinki Şuşada xanəndə kimi tanındı, hətta Keçəçi oğlu Məhəmməd adı ilə məşhurlaşdı.

Şuşa - Keçəçi oğlu Məhəmmədin ruhuna doğma olan bu şəhər musiqinin, poeziyanın beşiyi idi. Ancaq getdikcə şöhrəti bu şəhərin hüdudlarını aşırdı. Artıq Azərbaycanın digər yerlərində hətta sərhədlərini keçərək konsertlərdə, toy şənliklərində çıxış edir, şan-şöhrəti artırdı...

XX əsrin əvvəllərində əsrarəngiz Bakı şəhəri sürətlə inkişaf edirdi. Neft qoxulu bu şəhərin diqqət mərkəzində olmasının səbəbi yalnız təbii sərvətləri tikilən yeni möhtəşəm binalarla görkəminin gündən-günə dəyişməsi deyildi. Bakı Azərbaycanın açıq fikirli, qabaqcıl insanlarının toplaşdığı mərkəzə çevrilmişdi. Keçəçioğlu Məhəmməd ilk dəfə, 1902-ci ildə bu şəhərdə xanəndə kimi çıxış etdi. Burada təşkil olunmuş konsertdə o, "Şüştər" muğamını elə oxudu ki, dinləyənlər heyran qaldılar. O vaxt "Kaspi" qəzeti bu barədə yazırdı: "Xanəndə Məhəmməd "Şüştər" muğamını incə bir səslə ürəkdən elə gözəl oxudu ki, dinləyicilərin məhəbbətini daha çox qazandı". Həmin konsertdə Məhəmməd Füzulinin "Leyli Məcnun" poemasından bir parça da təqdim olundu. Keçəçioğlu Məhəmməd Cabbar Qaryağdıoğlunun deyişmələri böyük uğur qazandı.

Bu konsertdən sonra Bakının mədəni həyatı Keçəçi Məhəmmədi daha çox cəlb etməyə başladı. O, 1904-cü ilin əvvəllərində Bakıya köçdü. Burada xanəndəlik sənətini davam etdirdi. Bakıda Keçəçi oğlu Məhəmmədi məşhur tarzənlərdən Məşədi Zeynal Haqverdiyev, Mərdi Canıbəyov, sonralar isə Qurban Primov müşayiət edirdilər.

Xanəndə kimi bütün Qafqazda məşhurlaşdığı bir vaxtda, 1912-ci ildə Keçəci oğlu Məhəmməd "Sport-Rekord" Səhmdar Cəmiyyətinin dəvəti ilə Varşava səhərinə yollandı. Varşavada onun ifasında "Rahab", "Şahnaz", "Qarabağ şikəstəsi", "Dəşti", "Xuraman", "Axşam oldu" muğam təsnifləri vala yazdırıldı.

Birbaşa vətənə dönmədi. Yolüstü bir neçə gün Moskvada qaldı. "Metropol" mehmanxanasının zalında Keçəci oğlu Məhəmməd, Cabbar Qaryağdı oğlu, Məşədi Məmməd Fərzəliyev Davud Səfiyarovun iştirakı ilə "Şərq konserti" verildi.

1914-cü ildə isə Keçəci oğlu Məhəmməd Kiyevə dəvət olundu. Xanəndənin ifasında bir sıra muğam, təsnif xalq mahnıları Kiyevdə "Ekstrafon" şirkətləri tərəfindən qrammofon valına yazıldı.

Keçəçi Məhəmmədin repertuarında klassik muğamlar, təsnif xalq mahnıları xüsusi yer tuturdu. Xanəndə bütün muğamları məharətlə oxusa da, "Hümayun"u, "Nəva"nə, "Mahur"u, "Zəmın-xarə"ni, "Bayatı-Qacar"ı xüsusilə fərqli bir duyğu ilə, böyük ustalıqla ifa edirdi. Keçəci oğlu Məhəmmədin Cabbar Qaryağdıoğlu ilə birgə Füzulinin "Leyli Məcnun" poemasından səhnələri duet şəklində oxumaları da olduqca məşhur idi.

1921-ci ildə Keçəçi Məhəmməd "Təşviqat qatarı" ilə Azərbaycanın bir sıra rayonlarını gəzdi, təşkil olunan konsertlərdə fəal iştirak edən xanəndələrdən biri oldu.

Dahi həmyerlisi, professional Azərbaycan musiqisinin banisi Üzeyir bəy Hacıbəyli onu Azərbaycan Dövlət Konservatoriyasına dəvət etdi. O, konservatoriyada muğamların tədrisinə başladı. Keçəçioğlu Məhəmməd Cabbar Qaryağdı oğlu Seyid Şuşinski ilə birlikdə Azərbaycanda bir cox xanəndə yetişdirdi, onlara xalq mahnılarımızı, muğamlarımızı dərindən öyrətdi.

Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndələrindən biri, Qarabağ muğam məktəbinə mənsub ən böyük sənətkarlar sırasında yer olan Keçəçioğlu Məhəmməd 1940-cı il noyabrın 20-də Qubada vəfat etdi.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 23 iyul (№ 153).- S.19.