Qərb Hayastanı yenə silahlandırır

 

 

Rusiya yaxın günlərdə İrəvana qarşı təzyiq rıçaqlarından istifadə edəcək

 

 

 

Hayastanda siyasi müstəvidə müşahidə edilən qütbləşmə getdikcə dərinləşməkdədir. Bütün bunların fonunda Moskva ilə İrəvan arasında vəziyyət daha da kritik hədd alıb. Yəni Hayastanda anti-Rusiya siyasəti zaman keçdikcə daha da güclənir.

İrəvan düşdüyü vəziyyətə görə bir çox xarici dövlətləri, o cümlədən əsas müttəfiqi olan Rusiyanı ittiham edir. Elə buna görədir ki, bütün istiqamətlərdə Rusiyanın maraqlarına uyğun gəlməyən addımlar atır.

Göründüyü qədərilə, rəsmi İrəvan hərbi müttəfiqi Rusiyaya qarşı çıxaraq Qərbin verdiyi vədlərə güvənir.  Hər halda, Paşinyan hakimiyyətinin nümayiş etdirdiyi xarici siyasətlə konkret seçim etdiyi görünür.

Bunun nəticəsi olaraq Avropa İttifaqı Şurası Hayastan Silahlı Qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardım ayırmaq barədə qərar qəbul edib. Məlumata görə, yardım Avropa Sülh Fondu (APF) çərçivəsində həyata keçiriləcək. Bu, Ermənistan üçün ilk belə qərardır. Məqsəd Hayastan Silahlı Qüvvələrinin maddi-texniki potensialını gücləndirmək, böhran fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Bildirilir ki, dəstək həmçinin Hayastanın dayanıqlığını artırmaq ölkənintərəfindən yerləşdirilən beynəlxalq hərbi missiya əməliyyatlarda gələcəkdə mümkün iştirakı halında onun silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır.

Avropa İttifaqının xarici işlər təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel Ermənistana ayrılan hərbi yardımı şərh edərək deyib ki, təhlükəsizlik Hayastanla ikitərəfli münasibətlərin getdikcə daha vacib elementinə çevrilir. Avropa Sülh Fondunun bu tədbiri ölkənin dayanıqlığına daha da töhfə verəcək. Xarici işlər təhlükəsizlik siyasəti üzrə dialoqu daha da genişləndirməkdə, eləcə Ermənistanın gələcəkdə Aİ-nin rəhbərlik etdiyi missiya əməliyyatlarda iştirakında qarşılıqlı maraq var.

Bu arada erməni analitik Manvel Levonisyan deyib ki, Paşinyan hakimiyyəti Rusiyaya qarşı atdığı addımlarla Moskvaya qara bir "quş" qoydu, digər tərəfdən , dünyaya Hayastanı Qərbə doğru çevirdiklərini göstərdi. Hayastan vasitəsilə regiona nüfuz edən Qərb Rusiyanı sıxışdırıb çıxarmaq kimi geosiyasi məqsədlərini həyata keçirir: "Bəs, İrəvanın xarici siyasətini Moskvadan Brüsselə dəyişməsində günahkar kimdir? 44 günlük müharibədə ondan sonrakı dövrdə Hayastana xəyanət edən yalnız Rusiyanın özüdür. Kreml Azərbaycan Türkiyəni razı salmaq üçün regionda yeganə müttəfiqinin maraqlarını heçə saydı. Doğrudanmı, Moskva bu qədər sadəlövh idi ki, İrəvanda heç bir əks-tədbir görülməyəcəyini düşünürdü? Hətta küncə sıxışdırılmış siçan vəhşi heyvana çevrilir. Təbii ki, Rusiyanın hələ Hayastana qarşı çoxlu təzyiq rıçaqları var. Unutmayaq ki, ölkəmiz sözün əsl mənasında, Rusiya hərbçiləri FTX-si ilə doludur. Şübhə etmirəm ki, yaxın günlərdə İrəvana qarşı bütün bu təzyiq rıçaqlarından istifadə olunacaq".

Beləliklə, Hayastanda hazırda baş verənlər bu ölkəni daha sürətlə hərtərəfli iflasa doğru aparır. Çünki İrəvan xarici himayədarlarsız yaşaya biləcək iqtidarında olan ölkə deyil.

 

Elçin CƏFƏROV,

Azərbaycan.- 2024.- 23 iyul (№ 153).- S.20.