XİN: Aİ-nin Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış təhlükəli addımdır

 

 

Fransa tərəfindən ErmənistanınBastionçoxməqsədli zirehli avtomobilləri Sezarözüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra Avropa İttifaqının (Aİ) Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış təhlükəli addımdır, regionda gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli qərəzli xarakter daşıyır, bölgədəbölücü xətləryaratmaq siyasətinin təzahürüdür.

Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə medianın sualına cavabında səsləndirib.

Mətbuat katibi qeyd edib: “Ermənistana sözügedən hərbi yardım belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək.

Avropa İttifaqı Şurası tərəfindən verilmiş bu qərara qətiyyətlə etiraz edir, göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözləyirik.

bölgədə silahlanmaya hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bölüşəcək”.

 

Azərbaycan.-2024.- 23 iyul (¹ 153).- S.9.