İlham Əliyevin atdığı
addımlar həm bu günə, həm də gələcəyə hesablanır
Gələcəkdə başımıza nələrin
gələcəyini, hansı
sınaqlara məruz qalacağımızı, nələrlə
rastlaşmaq ehtimalının
olduğunu bilmək hər birimiz üçün maraqlıdır.
Ayrı-ayrı şəxslərin
gələcək taleləri
ilə bağlı nələrisə öyrənmək
niyyəti ilə falçılara, ekstrasenslərə
müraciət etmələri
də kimsəyə sirr deyil!
Lakin onların
söylədikləri "müştəri"ni
razı salmağa hesablanır və dediklərinin məsuliyyətini
daşımırlar.
Dövlətin, xalqın
taleyi ilə bağlı məsələlər,
inkişafın düzgün
istiqamətlərini müəyyənləşdirmək
və gələcəkdə
bunları nəzərə
alaraq hadisələri
qabaqlamaq, yaxud baş verə biləcəklərə irəlicədən
hazırlaşmaq isə
bambaşqadır.
Bu, dərin bilgi, zəngin təcrübə, uzaqgörənlik,
xüsusi istedad, həm də fəhm tələb edən bacarıqdır.
Bəli, dövlət
rəhbərlərini bir-birindən
fərqləndirən ən
mühüm xüsusiyyətlərdən
biri onların uzaqgörənliyidir.
Bu mənada Ulu Öndər Heydər Əliyevə bütün siyasətçilər
həsəd aparırdılar.
Ulu Öndərimiz
nəinki bir neçə il öncəni, hətta onillikləri belə qabaqcadan görür və olacaqlara hazırlaşırdı.
İyirmi ildən
çoxdur ki, cənab İlham Əliyev Azərbaycana rəhbərlik edir.
Bütün olanları
yazsaq, ötən iyirmi ildə baş verən dəyişiklikləri nəinki
bir məqaləyə,
hətta bir kitaba belə sığışdırmaq mümkün
deyil!
* Bu illərdə
Azərbaycan çox çətin sınaqlardan
üzüağ çıxdı.
* Bu illərdə
Azərbaycan dayanmadan inkişaf etdi, daim yüksəldi!
* Bu illərdə
Azərbaycan tarixinin ən qüdrətli dövlətinə çevrildi!
* Bu illərdə
Azərbaycan dünyada
böyük hörmət
qazandı, siyasi nüfuzu, sanbalı, sözünün təsiri
artdı, dostlarının,
əməkdaşlıq etdiyi
dövlətlərin sayı
çoxaldı!
* Bu illərdə
Azərbaycan bir sıra nüfuzlu beynəlxalq qurum və təşkilatlara rəhbərlik etdi, qəti, prinsipial, humanist mövqe nümayiş etdirdi!
* Bu illərdə
Azərbaycan əsas milli ideyanın reallaşmasına nail olaraq torpaqlarını işğaldan azad etdi!
Bütövlükdə Azərbaycan daim ucalıb, güclənib, xalqın sosial rifahı əsaslı şəkildə yaxşılaşıb.
* Azərbaycan dönmədən
Heydər Əliyevin siyasi kursu ilə irəliləyib.
* Azərbaycan daim
müstəqil, milli maraqların təmininə
əsaslanan siyasət
yürüdüb.
* Azərbaycan iqtisadiyyatını
şaxələndirib, qeyri-neft
sektorunun inkişafına
nail olub.
* Azərbaycan daim
hadisələri qabaqlayıb,
siyasi və təbii kataklizmlərə
hazır olub, müəyyən etdiyi bütün hədəflərə
çatıb.
Bütün bunlar
Prezident İlham Əliyevin uzaqgörənliyi,
nəyi nə vaxt və necə
etmək məharəti
sayəsində baş
verib!
***
Tarix üçün
iyirmi il böyük zaman sayılmır!
Son iyirmi ildə Azərbaycanda görülən işlərin
miqyası isə zamana sığmır!
Onların bir qisminə qısaca nəzər salaq.
Cənab İlham Əliyev
hələ Azərbaycanın
dövlət başçısı
seçilməzdən əvvəl
Milli Olimpiya Komitəsinə
rəhbərlik edirdi.
Həmin dövrdə
idmanımız tənəzzül
dövrünü yaşayırdı:
idman qurğuları qayğısızlıqdan və
ya köhnəldiyindən
sıradan çıxmış,
stadionlar ən yaxşı halda "tolkuçka"lara çevrilmiş,
təcrübəli məşqçilər
və tanınmış
idmançılar isə
xarici ölkələrə
üz tutaraq özgə bayraqları altında çalışırdılar.
Bu sahədə ciddi dəyişikliklərə nail olmaq,
ölkədə idmanı
yüksəltməkdən ötrü
İlham Əliyev gərgin
fəaliyyətə başladı.
Özünün də söylədiklərindən aydın
olurdu ki, cənab
İlham Əliyev idmanı
kütləviləşdirməklə təkcə gənclərin
fiziki cəhətdən
normal inkişafını, asudə
vaxtlarını səmərəli
keçirmələrinin təşkilini,
habelə pis vərdişlərə qurşanmalarının
qarşısının alınmasının
səmərəli vasitəsi
kimi baxmır.
Digər hədəflər
də vardır...
Dünya birliyində özünə
layiqli yer tutmağa çalışan
Azərbaycan, eyni zamanda idmanın inkişaf etdiyi ölkə statusuna da iddialı idi.
Bu iddia 2015-ci ildə ölkəmizdə keçirilən
I Avropa Oyunları zamanı öz təsdiqini tapdı.
İlk dəfə keçirilən
Avropa Oyunlarında Azərbaycan elə nümunə ortaya qoydu ki, elə standartlar müəyyənləşdirdi
ki, indiyədək Avropa
Oyunlarını keçirən
dövlətlər hələ
də bizdən öyrənməklə bizə
bənzəməyə çalışırlar.
İdman həm də gənclərdə iradə, cəsarət, mübarizlik, vətənpərvərlik
kimi keyfiyyətlərin
tərbiyəsində mühüm
vasitə sayılır.
İlham Əliyevin idman meydanlarında tərbiyə
etdiyi gənclər sonralar orduda xidmət edərkən beynəlxalq idman arenalarında rəqiblərinə,
o cümlədən erməni
rəqiblərinə necə
qalib gələrək
Azərbaycan himnini səsləndirib bayrağımızı
ucaltmışdılarsa, həmin
şücaətlərini döyüş
meydanlarında da nümayiş
etdirdilər, qələbə
bayrağını yüksəyə
qaldırdılar.
İdman yarışlarında
uğurla sınaqdan çıxan Azərbaycan
gənci 44 günlük
Zəfər müharibəsi
dövründə kütləvi
qəhrəmanlıqlar göstərdi!
Şuşa kimi qala şəhərini demək olar ki, yalın əllə aldı, 300-dən çox
yaşayış məntəqəsini
işğaldan azad edərək üçrəngli
bayrağımızı dalğalandırdı.
Öz gücünü,
qürurunu, mərdliyini
və vətənpərvərliyini
döyüş meydanında
da təsdiq etdi!
Lazım gələndə
Vətən uğrunda
canından keçərək
şəhidliyin ali məqamına yüksəldi!
***
Xalqın arzu və tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdan
Ulu Öndər Heydər Əliyev
Azərbaycanı bir dövlət kimi məhvolmadan, xaos və anarxiyadan xilas etdi:
İki dövlət
çevrilişi cəhdinin
qarşısını məharətlə
aldı, möhkəm
və dönməz sabitlik yaratdı!
"Əsrin müqaviləsi"
neft kontraktını imzalatdıraraq gələcək
sürətli inkişafın
əsasını qoydu!
Özlərini "demokrat"
adlandıran "bəylər"in
başı "şəxsi
problemləri"ni həll
etməyə elə qarışmışdı ki, zəruri
islahatları aparmağa
belə "vaxtları"
qalmamışdı.
Əslində, onlar ölkə miqyasında geniş islahatlar keçirməyə qadir də deyildilər.
Ulu Öndər Heydər Əliyev
iki dövlət proqramı qəbul edərək bazar iqtisadiyyatı
prinsiplərinə keçidi
təmin etdi!
Ən əsası,
çox çətin
sayılan torpaq islahatlarını uğurla
başa çatdıra
bildi...
Bundan sonrasına
tale imkan vermədi...
AXC-Müsavat iqtidarı dövründə kolxoz və sovxozlar dağıdılmış, balanslarında
olan texnika, mal-qara, müxtəlif tikinti və qurğular satılıb sovulmuşdu.
Kəndli işsiz
və yoxsul vəziyyətdə qalmışdı.
Kəndliyə sahib çıxmaq,
kəndi inkişaf etdirmək, bölgələrdə
həyatı dirçəltmək
ən mühüm vəzifələrdən sayılırdı.
Prezident İlham Əliyevin
təşəbbüsü ilə dörd "Regionların inkişafına
dair Dövlət Proqramı" qəbul edildi və müvəffəqiyyətlə yerinə yetirildi.
Regionlar dirçəldilərkən
bir çox vacib məsələ də uğurlu həllini tapdı:
* Kəndlərdə
fermer təsərrüfatları
yaradıldı, sahibkarlıq
inkişaf etdi.
* Kəndlərin
boşalmasının, paytaxt
Bakıya güclü
axının qarşısı
alındı.
* Kəndarası
yollar təmir olundu, yeniləri çəkildi.
* Yaşayış
məntəqələrinə fasiləsiz elektrik enerjisi verilməsinə başlandı.
* Ölkə
ərazisinin 95 faizdən
çoxu qazlaşdırıldı.
Bütövlükdə Azərbaycan
kəndi yeni inkişaf
dövrünə qədəm
qoydu!
***
Sovet dövründə
şose yolları ikicərgəli hərəkətə
əsaslanaraq salınırdı.
Nadir hallarda, həm də qısa məsafədə dördcərgəli
yol olardı.
Həmin yollar da
çox işlədildiyindən
dağılaraq sıradan
çıxmışdı.
Yol isə təkcə iqtisadiyyatla deyil, həm də mədəni inkişafla bağlıdır.
Yol çəkilişi həm
də böyük vəsait tələb edən sahədir.
Azərbaycana rəhbərliyi
dövründə İlham Əliyevin ən çox diqqət yetirdiyi sahələrdən
biri yolların təmiri və yeni yolların çəkilişi
olub.
Yol çəkilişinə və
çəkilən yolların
keyfiyyət göstəricilərinə
görə bu gün Azərbaycan dünyada fərqlənən
ölkələr sırasındadır.
Ölkə paytaxtından
çıxaraq bütün
regionlara rahat, dördzolaqlı, təhlükəsiz
yollarla getmək mümkündür.
Bu, insanların vaxta qənaət etmələrinə
də, yükdaşımaların
sürətlə həyata
keçirilməsinə də,
nəticədə iqtisadi
inkişafa da müsbət
təsirini göstərir.
Bu gün regionlarda həyat dirçəlib, rahat yollar turizmin
inkişafına da münbit
şərait yaradıb.
Paytaxtda yaşayanlar
hər istirahət və bayram günlərində Azərbaycanın
səfalı guşələrində,
istirahət mərkəzlərində
dincəlməyi ənənəyə
çeviriblər.
Bu, şəhərlini də razı salır, kəndlini də!
***
Tanrı Azərbaycana
gözəl təbiət,
münbit torpaqlar, zəngin yeraltı və yerüstü sərvətlər verib.
Tanrı nemətlərindən
biri də əlverişli coğrafi mövqeyimiz, iki qitənin qovşağında
yerləşməyimizdir.
Lakin Tanrının verdiklərindən
bəhrələnməyi bacarmaq,
onlardan dövlətin
və xalqın naminə səmərəli
istifadəyə nail olmaq
da böyük əhəmiyyət
daşıyır.
Ulu Öndər Heydər Əliyev
ilk dəfə olaraq Azərbaycan neftini qeyri-ənənəvi marşrutla
- Bakı-Tbilisi-Ceyhan əsas
ixrac boru kəməri ilə dünya bazarına çıxardı.
Bu kəmər hələ də işləyir, öz aktuallığını
qoruyub saxlayır.
İlham Əliyevin qətiyyəti
və iradəsi sayəsində bütün
əngəl və maneələrə baxmayaraq,
daha iki transmilli layihə - Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars dəmir yolu xətti reallaşdırıldı.
Neftdən fərqli
olaraq təbii qazın əvvəlcə
alıcısı müəyyənləşdirilməli,
müqavilə bağlanmalı,
sonra çıxarılmalıdır.
Çünki onu uzun müddət saxlamaq mümkün olmur.
Cənab İlham Əliyev
boru kəmərində
3 seqment üzrə -
TAP və TANAP xətləri
üzrə yenidənqurma
aparılmaqla ixrac imkanını daha da genişləndirdi və Avropa bazarına çatdırılmasına nail oldu!
Kimsənin irəlicədən
proqnozlaşdırmadığı hadisələr baş verdi.
"Cənub qaz dəhlizi" istifadəyə
verildikdən az sonra Ukrayna ilə
Rusiya arasında hərbi əməliyyatlar
başladı.
ABŞ və Qərb dövlətləri, Avropa
İttifaqı Rusiyaya
çoxsaylı sanksiyaların
tətbiqinə rəvac
verdi.
Avropa Rusiya qazından imtina etdi.
İlham Əliyevin uzaqgörənliyi
kara gəldi.
Avropa dövlətləri
Azərbaycandan təbii
qaz almaq üçün növbəyə
durdular, yeni sazişlər
bağlandı.
Sifarişlərin sayının
və həcminin artması Azərbaycana qaz istehsalını və nəqlini artırmağa əlverişli
şərait yaratdı.
Avropa İttifaqı
üzvlərinə də
təbii qaz satan Azərbaycan həm etibarlı tərəfdaş kimi tanındı, həm gərəkliliyini ortaya qoydu, həm də iqtisadi fayda götürdü.
Başqa bir misal.
Böyük İpək
yolunun salınması
üzərində uzun
müddət idi ki, iş aparılır, külli miqdarda sərmayə yatırılırdı.
Bakı-Tbilisi-Qars
dəmir yolu xəttini uğurla istifadəyə verən, Xəzərdə ən böyük mülki donanmaya sahib olan, okeana çıxışı
olmasa da, beynəlxalq logistika mərkəzi kimi tanınan Azərbaycan Orta dəhlizi
də işə salmağı bacardı.
Həm də elə bir vaxtda
ki, müharibələr - Rusiya-Ukrayna
və İsrail-HƏMAS
savaşı səbəbindən
ənənəvi yollarla
yükdaşımaları təhlükəli
olub.
Husilərin Qırmızı
dənizdəki gəmilərə
hücumları da dövlətləri
ticarət üçün
başqa yollar axtarmağa vadar edir.
Azərbaycan bu ərəfədə dostlarını,
tərəfdaşlarını, arzu edənlərin hamısını çox
qısa, həm də təhlükəsiz
sayılan Orta dəhlizdən
istifadəyə çağırır.
Azərbaycanın müəllifi
olduğu beynəlxalq
layihələrin indiki
məqamda işə salınması, dünyanın
həmin kəmər və yollara kəskin ehtiyac duyması Azərbaycan Prezidenti cənab İlham Əliyev uzaqgörənliyinin
sübutudur.
***
Azərbaycan Prezidenti
İlham Əliyev bir sıra beynəlxalq təşkilatlara seçki
əsasında rəhbərlik
etdi.
Bunlardan ikisini xüsusi qeyd etmək istərdik:
2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT-nin qeyri-daimi üzvü seçilərək
BMT Təhlükəsizlik Şurasının
iclaslarına sədrlik
etdi;
2019-cu ildə isə BMT-dən sonra ikinci böyük qurum sayılan Qoşulmama Hərəkatına
rəhbərliyi həyata
keçirdi.
BMT-nin Təhlükəsizlik Şurasının iclaslarına
sədrliyi zamanı cənab İlham Əliyev
sədrin səlahiyyətlərindən
istifadə edərək
bu yüksək tribunadan Ermənistanın
işğalçılıq siyasətini pislədi,
BMT-nin Təhlükəsizlik
Şurasının dörd
qətnaməsinin hələ
də icra olunmadığını tənqid
etdi.
Eyni zamanda
BMT-də islahatların
zamanının çatdığını
və bunun zəruriliyini diqqətə
çəkdi.
Qoşulmama Hərəkatına
rəhbərlik isə
COVID-19-un tüğyan etdiyi
dövrdə baş verdi.
İlham Əliyev Qoşulmama Hərəkatında bir sıra səmərəli
işlər gördü
və təşəbbüslər
irəli sürdü:
* Qurumun
institusional cəhətdən
inkişafına nail oldu;
* İqtisadi
cəhətdən zəif
ölkələrə yardım
göstərdi;
* "Vaksin millətçiliyi"ni
ifşa etdi;
* Vaksin
əldə edə bilməyərək COVID-19-da böyük itkilərə
məruz qalan ölkələrə peyvənd
və maliyyə yardımı çatdırdı;
* Yeni müstəmləkəçilik
münasibətlərindən əziyyət çəkən
ölkələrə mübarizə
üsullarını öyrətdi,
hüquqlarını izah
etdi;
* Gördüyü
xeyirxah və gərəkli işlər
sayəsində Azərbaycana
xeyli dostlar qazandırdı!
İlham Əliyevin uzaqgörənliyi
yenə öz təsdiqini tapdı.
Artıq bir çox dünya lideri də BMT-də dərin islahatların zamanının
çatdığını açıq şəkildə
söyləyir.
Dünyanın yeni müharibə
astanasında olduğu
bir vaxtda BMT dəfələrlə cəhd
etsə də, nə Ukrayna-Rusiya, nə də İsrail-HƏMAS cəbhəsində
atəşkəsə, sülhə
nail ola bilib.
Onu eşidən, sözünə
baxan yoxdur!
Qoşulmama Hərəkatına
rəhbərliyi dövründə
İlham Əliyevin Azərbaycana
qazandırdığı dostlar
isə vədəsində
karımıza gəldilər.
Ermənistanın "böyük
bacısı" Fransa Azərbaycana
qarşı açıq
düşmənçiliyə gedərək təkcə
erməniləri silahlandırmır.
BMT-nin daimi üzvlərindən
biri sayılan bu dövlət 44 günlük Vətən müharibəsində və
sonrakı dövrlərdə
beş dəfə əleyhimizə məsələ
qaldırsa da, qətnamə
qəbul etdirə bilmədi!
Qoşulmama Hərəkatında
qazandığımız dostlar
bu qərəzin qarşısını qətiyyətlə
aldılar!
***
Dünyada gedən
ziddiyyətli və qanlı proseslər, Avropa İttifaqının
müsəlman dövlətlərinə
ögey və qeyri-səmimi münasibəti,
MDB dövlətləri arasında
baş verən qarşıdurmalar, hərbi
toqquşmalar və torpaqların işğalı
prosesləri yeni müstəqillik
qazanmış dövlətlərin
öz tərəfdaşlarını
bir daha müəyyənləşdirməsinə,
yeni qayda və prinsiplərlə əməkdaşlıq
qurmalarına zərurət
yaradır.
Elə bir əməkdaşlıq ki, qarşılıqlı
maraqları təmin etsin, zorla kiminsə
iradəsinin qəbulundan
kənar olsun, ərazi bütövlüyünə
və beynəlxalq hüquqa hörmətlə
yanaşılsın.
Beləliklə, əvvəllər
iki dövlət arasında baş tutan sazişlər, sonradan digər dövlətlər tərəfindən
də bəyənilərək
çoxtərəfli əlaqələrə
və münasibətlərə
çevrildi.
Türk Dövlətləri Təşkilatı
zamanın sınaqlarından
bu sayaq çıxaraq həyata əbədi vəsiqə qazandı.
Türkdilli Dövlətlər
Şurası 3 oktyabr
2009-cu ildə Naxçıvanda
İlham Əliyevin təşəbbüsü
ilə yaradılmışdır.
Qurumun üzvləri
bir-birilərinə dost münasibəti
bəsləyir, beynəlxalq
təşkilatlarda bir-birilərinə
dəstək verərək
arxa dururdular.
Ticarət dövriyyəsi,
qarşılıqlı sərmayə
yatırılması isə
bir o qədər də böyük rəqəmlərlə ifadə
olunmurdu.
Dünyada baş verən mürəkkəb
proseslər, yeni dünya
düzəninin formalaşdırılması
zamanın çağırışlarına
adekvat cavablar verilməsini zərurətə
çevirdi.
Cənab İlham Əliyev
44 günlük Zəfər
müharibəsində möhtəşəm
qələbəyə imza
ataraq torpaqlarımızın
işğalına son qoydu,
dünyadakı prosesləri
dərindən təhlil
edərək doğru
və uzaqgörən
nəticələr çıxardı.
Fevral ayında
keçirilən inaqurasiya
mərasimindəki çıxışında
isə növbəti dövrün dəqiq proqnozunu verdi: "Bizim ailəmiz türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur!"
Artıq Türkiyə
ilə Azərbaycanın
qardaşlığına və
dostluğuna eyni istək və məhəbbətlə Özbəkistan,
Qazaxıstan, Qırğızıstan
və digərləri
də qoşularaq bərabər hüquqlar və maraqların qarşılıqlı təmini
əsasında sıx
əməkdaşlığa, strateji müttəfiqlik münasibətləri quraraq
bir mövqedən çıxış etməyə
başlamışlar.
Qısa vaxtda bir sıra layihələrin
icrasına start verilmiş,
investisiya qoyuluşlarının
və ticarətin həcmi nəzərəçarpacaq
dərəcədə yüksəlmişdir.
Bu münasibətlər hərbi
sahədə əməkdaşlığı
da əhatə edir, hərbi sənaye komplekslərinin məhsullarının
satışını və
birgə istehsalını
da nəzərdə tutur.
Qardaş ölkələr
öz münasibətlərini
Şuşa Bəyannaməsini,
Qarabağ Bəyannaməsini
imzalamaqla bütün
dünyaya da bildirdilər.
Azərbaycanın "Şanxay
plyus" təşkilatında
dialoq üzrə tərəfdaş kimi iştirakı və yaxın müddətdə
müşahidəçi statusunu
qazanması imkanı,
habelə dünyanın
əsas iqtisadi nəhənglərindən biri
sayılan Çinlə
münasibətlərin daha
da sıxlaşdırılaraq "Azərbaycan Respublikası
ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında"
birgə bəyannamənin
imzalanması da uzaqgörən
siyasətin nəticəsidir.
Azərbaycanın haqq işini daim dəstəkləyən, işğal
faktına görə
bu günədək Ermənistanla diplomatik əlaqələr qurmayan,
İkinci Qarabağ müharibəsində bizə
siyasi dəstək verən Pakistanla əlaqə və münasibətlərin yeni səviyyəyə
qaldırılması da fərəh
doğuran hadisələrdəndir.
***
Azərbaycan Prezidenti
İlham Əliyev həm
də bütün dünyada sözünün
sahibi olan lider kimi tanınır.
Həmişə də dediyini edib!
Bir qarış torpağımızı
kimsəyə güzəştə
getməyəcək, Azərbaycanın
ərazisində ikinci
erməni dövlətinin
yaradılmasına imkan
verməyəcəyik, - demişdi!
Dedi və etdi!
Torpaqlarımızı erməni
işğalından azad
edəcəyik, - demişdi!
Dedi və etdi!
Məcburi köçkünləri
doğma el-obalarına
qaytaracağıq, - demişdi!
Artıq Böyük
qayıdış başlayıb
və sürətlə
davam edir!
Cənab İlham Əliyev
Azərbaycan xalqına
"Qarabağı yenidən
tikib-quracaq, cənnətə
çevirəcəyik" - vədini də verib.
Bu sözünə də layiqincə əməl edir.
Qarabağ və Şərqi Zəngəzur
özü boyda tikinti meydanına çevrilib!
Bu ərazilərdə aparılan
inşaat işləri,
gerçəkləşdirilən layihələr gələcəyə
ünvanlanıb:
* Müasir,
hər cür şəraiti olan rahat evlər və binalar tikilir;
* "Smart" tipli yaşayış məntəqələri salınır;
* Yeni yollar çəkilir, körpülər,
vladuklar atılır,
tunellər qazılır;
* İndidən beynəlxalq
turizmin inkişafına
xidmət edən infrastruktur yaradılır;
yeni iş yerləri açılır;
* "Yaşıl enerji"
istehsalı diqqət mərkəzində saxlanılır.
Bir sözlə,
gələcəyin işləri
indidən görülür,
dünyanın həsəd
aparacağı kəndlər,
qəsəbələr, şəhər,
qurğular dalbadal həyat vəsiqəsi qazanır!
***
* Azərbaycan iqtisadi
imkanları ilə güclüdür!
* Azərbaycan siyasi
nüfuzu, dünyadakı
mövqeyi ilə güclüdür!
* Azərbaycan etibarlı
dostları, sadiq tərəfdaşları ilə
güclüdür!
* Azərbaycan
qüdrətli, qalib ordusu ilə güclüdür!
Azərbaycan qətiyyətli,
uzaqgörən, atdığı
hər addımında
təkcə bu günümüzü deyil,
sabahı, gələcəyi
də görməyi bacaran rəhbəri, sərkərdəsi ilə
güclüdür!
Kənarda özünə
arxa axtaran, nisyə silah alan, ianələr hesabına yaşayan, ərazisində bir dövlətin hərbi bazası olduğu halda başqa bir dövlətin əsgərləri ilə
birgə təlimlər
keçən, revanşizm
hissi ilə yaşayan Ermənistan da bunu yaxşı
bilməli və yadında möhkəm saxlamalıdır!
Azərbaycan
atılacaq hər bir addıma, baş verə biləcək hər
bir xəyanət hərəkətlərinə irəlicədən,
həm də hərtərəfli şəkildə
hazırdır.Müzəffər Ali Baş Komandan İlham
Əliyev isə dəfələrlə xəbərdarlıqlarını
edib!
Biz sülh istəyirik!
"Dəmir
yumruq" isə hər an hazır vəziyyətdədir!
Bəxtiyar
SADIQOV
Azərbaycan.-2024.-
24 iyul (¹ 154).- S.5.