Azərbaycan
ilə Misir arasında əlaqələrin dərinləşməsi
üçün yaxşı imkanlar yaranmışdır
Misir
Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab
Əbdülfəttah əs-Sisiyə
Hörmətli
cənab Prezident,
Misir Ərəb
Respublikasının milli bayramı – İnqilab Günü
münasibətilə Sizi və Sizin simanızda bütün
xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından səmimi-qəlbdən təbrik edir, ən
xoş arzularımı çatdırıram.
Biz Misir ilə
ənənəvi dostluq və əməkdaşlıq
münasibətlərimizə böyük əhəmiyyət
veririk. Hazırda ölkələrimiz arasında əlaqələrin
dərinləşməsi, müxtəlif sahələrdə əməkdaşlığın
genişlənməsi və yeni məzmunla zənginləşməsi
üçün yaxşı imkanlar yaranmışdır.
Siyasi dialoqumuzun müntəzəm xarakter daşıması
birgə fəaliyyətimizin inkişafına öz müsbət
təsirini göstərir. Bu baxımdan iyun ayının əvvəlində
Misirə həyata keçirdiyim səfər çərçivəsində
əldə olunmuş razılaşmaların və
imzalanmış sənədlərin əhəmiyyətini
xüsusi vurğulamaq istərdim.
Əminəm
ki, dövlətlərarası münasibətlərimizi
möhkəmləndirmək, həm ikitərəfli, həm də
çoxtərəfli müstəvidə
qarşılıqlı maraq doğuran əməkdaşlığımızın
potensialından tam bəhrələnmək üçün
bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram
günündə Sizə möhkəm
cansağlığı, xoşbəxtlik, işlərinizdə
müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 20 iyul 2024-cü il
Azərbaycan.-2024.-
24 iyul (№ 154).- S.1.